Yaşanan problemləri həll edə bilmək üçün müsbət yöndən baxa bilməliyik. Bu da zamanla inkişaf etdirilə biləcək bir qabiliyyətdir. Hər sınaqda daha yaxşısını edə bilmək üçün müsbət olmaq şərtdir.
Müvəffəqiyyətli olanlar imtina etməyənlərdir. İmtina etməyənlər isə etdikləri işə böyük bir ehtiras və inancla bağlananlardır. Başqalarının görə bilmədiyi fürsətləri, əskiklikləri görə bilənlərdir. İş həyatında da bu hər vaxt belə olmuşdur.
Təşəbbüskarlar fürsətlərə və etdikləri işə inananlardır. Bir bərbər olaraq sizin də dəyişikliklər etmək istədiyiniz dövrlər olmuşdur. Lakin ətrafınızdakı kimsə sizə inanmamış ola bilər. Çox vaxt ola bilər ki, ətrafınızdakı reaksiyalar üzündən dəyişiklik etməkdən imtina etmisiniz. Amma içinizdə bir yerlərdə hələ etmək istədiyiniz şeyin doğru olduğuna dair bir hiss vardır. Məhz sizi digərlərindən ayıra biləcək kiçik fərq budur.
Mənim həyatım konkret olaraq tərəfimdən müəyyən olunmuş prinsiplər üzərində qurulub. Bu prinsiplər əvəzedilməz, dəyişilməz və ləğvedilməzdir. Əks halda bu mənim sonumdur. “SON” olmamaq üçün düşünürəm.
Varsansa, gülümsə. Sadəcə şəkil çəkdirərkən deyil, şəkil çəkərkən də gülümsə. Gülümsə, müləq gülümsə! Sabah bundan da pis ola bilər. Amma sən hər zaman gülümsə. Uğurun gülüşündən asılıdır. Sən gülürsən və uğurun nə vaxt qazandığını hiss belə eləmirsən. Yəni, uğurun öz əlindədir.
Nə? Şans? Yox, qətiyyən inanma! O sənin də qapını döymüşdü, evdə yox idin, bəs harada idin?! Mən bilirəm, öz şansın və uğurunun arxasınca getmişdin.
İnanmaq bacarmağın yarısıdır.
Həyatda hər istədiyimizin ola bilməyəcəyini valideynlərimiz bizlərə kiçik ikən öyrədərlər.
Onlar da həyatda yaşayaraq əldə etdikləri təcrübələrində hər istədiklərinin olmadığını görüblər və yetişdirdikləri nəslin də bədbəxt olmaması üçün hər istədiklərinin ola bilməyəcəyini öyrədərlər.
"İnanmaq bacarmağın yarısıdır" deyimini hamımız eşitmişik, həqiqətən də inanmaq bacarmağın yarısıdır, hətta hamısına yaxınıdır.
Bəzən yaş amili, bəzən də qabiliyyətləriniz nöqteyi-nəzərdən özünüzü qiymətləndirər, bacaracağınız işlər haqda yanlış qənaətə gələrsiniz. Fəaliyyət göstərmək istədiyiniz sahədə sizdən yaşca böyük insanlar mövcuddur. Ya da iş həyatına atılan insanların ortalama yaşı sizin yaşınızın çox üstündədir. Müvəffəq olmaq üçün aylara, aylardan mürəkkəb illərə ehtiyacınız var. Yanlış qəbullanma… Düşüncələrinizi öz inamla yoğurub, çalışmalarınızla canlılıq qazandırdıqdan sonra müvəffəq olmaq üçün tələb edilən mütləq yaş həddindən söz gedə bilməz. Tarixin hər səhnəsi bunu təsdiqləyəcək örnəklərlə doludur.
• Şah İsmayıl Xətai Səfəvi dövlətini qurarkən 13 yaşında idi.
• Napoleon Bonapart İtaliyanı 27 yaşında işğal etmişdi.
• Fateh Sultan Məhməd Bizans imperiyasının paytaxtı Konstantinopolu fəth edərkən 21 yaşında idi.
• Uilliam Pitt 24 yaşında İngiltərənin baş naziri olmuşdu.
• Motsartın konsert verməyə başladığında 6 yaşı var idi.
Millət olaraq utanma duyğusu genlərimizə qədər işləmişdir. Bu, millətimizə xas nəcibliyin əlamətidir. Bununla belə, hər duyğunun yerində və tələb edildiyi şəkildə istifadəsi zəruridir. Məsələn, mərhəmət duyğusu. Canavara qarşı mərhəmət göstərmək, onun iştahanı açar, sonra da dişinin kirayəsini istədər. Azğına mərhəmət onu daha da azğınlaşdırar və başqasına təcavüzə təşviq edər. Əli qanlı, üzü qanlı, könlü qanlıya mərhəmət bütün məzlumlara göstərilən qorxunc mərhəmətsizliyə çevrilər. Halbuki mərhəmət varlığın ilk mayasıdır. Onsuz hər şey bulamac və xaosdur. Hər şey mərhəmətlə var olar və mərhəmətlə varlığını sürdürər. Utanma duyğusu da belədir. Yerində işlədilərkən abı-həyat bəxş edən bir iksir kimi, sui-istifadə edilərkən isə düşüncələrimizi ölümə götürən zəhər kimidir.
Fərdin xarakterinin formalaşmasında ətraf mühitin rolu böyükdür. Belə ki, fərdin duyğu və düşüncələri ətraf mühit potasından süzüldükdən sonra öz nəhayət təşəkkülünü tapmaqdadır. Nəzər yetirsək, mütəmadi olaraq təhqir edilən insanlarda ümidsizliyin və öz güvən yoxluğunun şahidi olarıq və ya əksinə. Bu, birmənalı olaraq insanların böyük əksəriyyətinin həyat arenasında ətraf mühitin tələb etdiyi rolu ifa etdiyini göstərir.