Müvəffəqiyyətə gedən yol kateqoriyası üzrə məqalələr

5. Əngəllərlə mübarizə

Paroxodlar yelkənli qayıqları dənizdən qovdular,
çünki onlar külək olsa da, olmasa da hərəkət edirlər.
Herbert N. Kasson

Uşaqlıq dövrləri iztirabla keçmişdi. Yoxluq, dərd, qəm, kədər sanki onu təqib edirdi. İçki düşkünü atanın yanında böyümüşdü. Hələ kiçik yaşlarından döyülür, vurulur, pul qazanmağa məcbur edilirdi. Atılan hər addımı əngəl dənizinin sahilinə varırdı. Lakin o, bütün bunlara sinə gərir, bir qəhrəman ədası ilə mübarizə aparırdı.
Çox keçmədən adı əfsanə olmuşdu. Milyonları sənətinə heyran buraxan Lyudviq van Bethoven. Qət etdiyi məsafələrə, ram etdiyi əngəllərə baxaraq «Bir neçə milçəyin sancması qaçmağa əzm etmiş atı dayandıra bilməz», — deyirdi. Bunları dilə gətirərkən isə baş verəcək böyük fəlakətdən xəbərsiz idi.

Davamı →

4.2. Əzmlə çalışmaq

Sizə müvəffəqiyyətin ən böyük sirrini açıqlayıram: İsrar etmək! Hədəflərinizə doğru irəliləyərkən inamınızı artıracaq bundan daha güclü yol bilmirəm. Polşa milli qəhrəmanı Marşal Yozef Pilsudskinin tərif etdiyi kimi «Məğlub olmaq, ancaq əsla təslim olmamaq… Zəfər budur» ədası ilə fiasko ilə nəticələnən hər həmlənin sonunda yenidən inamla yolunu davam etdirmə, gündüzlərin eşqinə gecələrə sinə gərmə, şərtlər necə olursa, olsun, vəziyyət nə tələb edirsə-etsin, dayanma bilmədən israr etmə...
Konfutsinin bir sözü var: "Ən böyük müvəffəqiyyət yıxılmamaq deyil, yıxıldıqdan sonra yenidən dirçəlməkdir". Baxın insanlara, çoxunun ilk uğursuzluqda vaz keçdiyini görəcəksiniz. «Quru Məmulatlar üzrə Milli Pərakəndə Satış Assosiasiyası”nın (National Retail Dry Goods Association) apardığı bir araşdırmaya görə satıcıların 42%-i ilk, 25%-i ikinci, 15%-i isə üçüncü həmlələrindən sonra vaz keçirlər. Sadəcə geriyə qalan 12%-lik qisim israrla işlərini davam etdirir və bütün satışların 80%-ni həyata keçirirlər.
Davamı →

4.1. İnanmaq və əzmlə çalışmaq

Ağıllı və oyanıq olun, sizi ümidsizliyə götürən
hadisələr səadətə də götürə bilər.

Delaunay


Makedoniyalı İsgəndər imperator olduğu zaman atadan qalma bütün mirasını yaxınlarına bağışlamış, "Özünə nə saxladın?" — deyə soruşanlara da ümid adlı ən böyük varlığı cavabını vermişdi. Pay olaraq seçdiyi ümidi və əzmi sayəsində böyük əraziləri ələ keçirmiş, bir güruh insanın tanıdığı İsgəndər ikən, milyonların İsgəndəri olmuşdu.
Makedoniyalı İsgəndər bu sərvətə necə nail olmuşdu? Müvəffəqiyyətinin təməlində nə sirr yatırdı? Hansı ümid ona bu uğuru bəxş etmişdi? Və nə səbəbdən o, fizioloji olaraq onunla eyni xüsusiyyəti daşıyan milyonlarla insandan fərqli olmuşdu?

Davamı →

3. Hədəf müəyyənləşdirmək

Məqsədi və ona çatmaq üçün zəhməti olmadan
heç bir insan yaşaya bilməz.
Fyodor Dostoyevski


Qoca yemir-içmir, böyük çətinliklərə qatlanaraq pul yığır və ev alır. Evi aldığı ilk gün «Evim, sən mənim illərdir çəkdiyim zəhmətin bəhrəsisən. Ömür boyu sənin üçün işləmiş, həyatımı tükətmişəm. Ona görə səndən bir xahişim var. Heç olmasa yıxılmazdan əvvəl məni xəbərdar et ki, ehtiyatımı görə bilim», — deyə səslənir. Evdən isə heç səs çıxmır, qoca da bunu razılaşmanın ifadəsi olaraq anlayır. Bu anlaşmanın üstündən bir il keçir. Bir gün pəncərə tərəfdəki divar çatlayır, qoca mala ilə ora sement vurur. Sonra qapı tərəfdəki divar çatlayır, qoca oraya da sement vurur. Bir müddət sonra başqa bir yer, qoca oranı da təmir edir.

Davamı →

2. Xəyal qurmaq

Ən böyük işlər böyük xəyallar qurma
xüsusiyyəti olan insanlar tərəfindən həyata keçirilmişdir.
Uilliam Russell


Xəyal hər hansı vəziyyət və ya hadisəni zehnidə canlandırma deməkdir. Xəyal qurmaq müvəffəqiyyət və fərdi inkişafın ayrılmaz tərkib hissəsidir.
Həyatda düşüncə hərəkətdən öncə gəlir. Reallaşdırılması planlanan bütün layihələr əvvəlcə zehində canlandırılır, daha sonra tətbiq olunur. Məsələn, televizor ixtira etmə fikri əvvəlcə xəyal edilmiş, sonra praktikada tətbiq olunmuşdur. Fateh Sultan Məhməd İstanbulu fəth etməyin əvvəl xəyalını qurmuş, daha sonra düşüncələrini həyata keçirmişdir. Yenə telefonun ixtirası, kompüterin ixtirası əvvəl zehnidə canlandırılmış, sonra praktikada tətbiq olunmuşdur.

Davamı →

Kasıblıq amili

Özünüzü kəşf etdikcə, bacaracağınıza inamınız artar qabiliyyətləriniz haqda böyük düşünərsiniz. Planlar qurar, müvəffəq olmanın yollarını araşdırarsınız. Hər əngəlin aşılacağını qəbullanarsınız, ancaq kasıblığın, əsla. Dəfələrlə zənginlərin böyük əksəriyyətinin öncələr kasıb həyat yaşadıqlarını eşitməyinizə baxmayaraq, varlı olmaq ölüm kimi inanılmaz gələr sizə. «Dediklərinə haqq verirəm, amma lazımi maddi dəstəyi haradan tapaq...», "Çox fikirlərim var, ancaq heyf ki, bunları reallaşdırmaq üçün maddi imkana sahib deyiləm", «Onların ataları zəngindir, müvəffəqiyyətlərinin təməlində bu yatır»… Ümid edirəm, böyük əksəriyyətin bura əlavə edəcəyi düşüncəsi var. «Kasıblıqdan qurtuluş yoxdur» şüarını hər kəsə qəbul etdirmək üçün nə qədər də istəkli görünürsünüz. Ya yollar aramaq, heç olmasa xəyallarınıza qonaq olurmu?

Davamı →

1. addım-Özünü kəşf etmək

Özünü tanımayan insanlar öz
həbsxanalarını inşa edən məhkumlar kimidir.
Con U.Qardner


Sirakuza kralı Giyeron onun üçün qızıl tac düzəldən zərgərin taca gümüş qatması mövzusunda şübhəyə düşür və məsələni aydınlaşdırmağı o dövrün ən məşhur alimlərindən biri olan Arximedə tapşırır. Arximed gecəsini gündüzünə qatır və hər an bu məsələni düşünür. Taca zərər vermədən ona gümüş qatılıb-qatılmamasını öyrənmək istəyi artıq Arximed üçün vazkeçilməz duyğu halına gəlir.
Bir gün çimərkən Arximedin ağlına bir fikir gəlir. Suyun qaldırma qüvvəti sayəsində taca gümüş qatılıb-qatılmamasını öyrənmə fikri. Kəşfinin həyacanıyla çıl-çılpaq küçəyə çıxaraq qışqırmağa başlayır:
— Evrika, Evrika! Tapdım! Kəşf etdim!
Ya sizin bir kəşfiniz yoxdurmu? Hər il minlərlə kəşf olunarkən siz sadəcə tamaşaçımı qalacaqsınız? Bəlkə kəşf etməyi düşünməmisiniz? Ola bilsin, bu mövzuda heç də fikirləşməmisiniz? Bəlkə nəyi fikirləşəcəyiniz sizə məlum deyil? Ya edə biləcəyiniz ən böyük kəşfdən xəbəriniz varmı?
Bir az sonra oxuyacağınız sətirlər sizi ən böyük kəşfinizlə tanışlığa çıxaracaq. Amma əvvəlcə ABŞ Templ Universitetinin qurucusu Dr. Russel H. Convelin qələmə aldığı «Almaz ərazisi» hekayəsi.

Davamı →

Uğur qazan!

İkinci dünya müharibəsindən sonra iki yüz mindən artıq fransız hafizələrini itirmiş şəkildə Parisə geri qayıtmışdı. Əsir düşərgələrində elə pis işgəncələrə məruz qalmışdılar ki, adlarını belə xatırlaya bilmirdilər. Tibbi qeydlərdən sadəcə otuz iki nəfərin kim olduğu anlaşılmışdı. Buna görə digərlərinin şəkilləri ölkədəki bütün qəzetlərin ilk səhifələrində yayımlanmış və qohum-əqrəbalarının müəyyən bir gündə Parisdə toplanmaları istənmişdi.
Təyin edilmiş gündə meydan insanlarla dolmuşdu. Hər kəs yaxınını görmək intizarında idi. Anidən meydanda sakitlik hakim oldu. Və əsirlərdən biri səhnədə göründü. O, ağır addımlarla önə doğru gəldi və yüksək səslə soruşdu: «Aranızda mənim kim olduğumu bilən varmı?»

İndi mən bu sualı sizə soruşuram. Kim olduğunuzu bilirsinizmi? Nələrə qadir olduğunuzu düşünmüsünüzmü? Böyük potensiala malik olduğunuzdan, sizi müvəffəqiyyətə götürəcək cövhərlərlə zəngin olduğunuzdan və böyük işlər bacara biləcəyinizdən xəbərdarsınızmı?

Davamı →

Ən məhşur iş adamları

“Taym” jurnalının apardığı sorğu nəticəsində “Qurucular” kateqoriyası üzrə 100 ilə damğasını vuran iş adamları arasında ilk yerlərin sahibləri:

1. Stefen Betçel. İnşaat sektorunun ən məhşur şirkəti “Betçel Korporasiysı”nın qurucusu.
2. Leo Burnett. Dünyanın ən məhşur reklamçısı və “Leo Burnett Uorldvayd” şirkətinin qurucusu.
3. Uillis Carrier. Hava kondisionerləri, isitmə və dondurma sistemləri istehsalı üzrə dünyanın ən böyük şirkətlərindən biri olan “Karrier Korporasiyası”nın qurucusu və hava kondisonerlərinin ilk ixtiraçısı.
4. Uolt Disney. “Uolt Disney Korparasiysı”nın qurucusu və animasiya filimlərinin ilk imperatoru.
Davamı →
Top