Menecerin bir problemi də işə yeni götürülənlərə işləmək bacarığı və onları səmərəli işçi qruplarına çevirməkdir. İsçi qruplarına səmərəli rəhbərlik etmək üçün bir sıra qabiliyyətlər olmalıdır:
1.Rəhbər tabelikdəkilərin davranış reaksiyalarına diqqət yetirir.
2.Lazım gəldikdə intizam yaratmaqdan ötrü cəzalandırmaya əl atır.
3.Rəhbər təkamül prosesini dərk edir, cəmiyyətdəki dəyişikliklərə uyğun olan idarəetmə üslubunu mənimsəyir.
4.Öz rolunu yerinə yetirməkdə ona nəyin təsir göstərdiyini tam aydınlığı ilə təsəvvür edir.
5.Ətrafdakılarla xoş münasibətləri genişləndirməyə çalışır.
Mütəxəssislər starteji planlaşmanı qarşıya qoyulmuş məqsədlərdən аsılı оlаrаq bir sırа хаrаktеrik хüsusiyyətlərinə görə fərqləndirirlər. Məsələn, АBŞ kоmpаniyаlаrındа planlaşma üçün bаşlıcа şərt – bütün bölmələrin strаtеgiyаsını cəmləşdirməkdən və еhtiyаtlаrın bölüşdürülməsindən ibarətdir. Ingltərə kоmpаniyаlаrındа strateji planlaşdırma zamanı əsas diqqət еhtiyаtlаrın bölüşdürülməsinə yönəldilir.
Qeyd olunan problemin Yaponiya iqtisadiyyatındakı tətbiqini təhlil etmək daha maraqlı olar. Yаpоniyа firmаlаrındа isə əsаs məqsədə müvafiq olaraq strateji planlaşma zamanı yеniliyi tətbiq еtmək və məhsulun kеyfiyyətini yüksəltmək ön plana çəkilir.
Bildiyimiz kimi, İT hər bir şirkət üçün əsas biznes funksiyasını həyata keçirir və İT-yə yatırılan investisiyanın gələcəkdə yüksək gəlir gətirəcəyi gözlənilir. İT-nin müəssisələrdə, təşkilatlarda tətbiqinin aşağdakı üstünlükləri vardır:
İT vasitəsi ilə biznesin bütün formal və qeyri-formal prosesləri təyin edilir. İT funksiyası şirkətin məlumat bazasını yalnız əldə saxlamır, həmçinin bölüşdürür və istifadə edilməsinə şərait yaradır. Bütün bunlar göstərir ki, biznesin İT uyğunlaşması biznesin başa düşülməsini daha da asanlaşdırır. İT tətbiq edilməzdən əvvəl əsas müəyyən etmək lazımdır ki, şirkətin nəyi var və ən əsası şirkət hansı işləri görür. Şirkətin uğurunun əsas səbəbi onun işinin düzgün təhlil edilməsidir. Təhlil mərhələsinin əsas faktorları aşağıdakılardır:
Biznes proses müəyyən bir nəticəyə nail olmaq məqsədi ilə bir-biri ilə əlaqəli bir sıra funksiya və fəaliyyətlərdən meydana gəlir. Bu proses nəticəsində əldə edilən gəlir şirkətin daxili və xarici müştəriləri üçün dəyər yaratmalı və onlar tərəfindən yararlı qəbul edilməlidir. Reallaşdırılan funksiyalar şirkətin birdən çox departamenti tərəfindən və ya biri tərəfindən icra edilir. Bu funksiyaların icrası gedişində departamentlər bir-biri ilə resurs, maliyyə, informasiya mübadiləsi edirlər. Bir növ öz aralarında məntiqi bir bağ yaradırlar. Bir sıra funksiya və vəzifələr sıra ilə yerinə yetirilir, buna ardıcıl əlaqəli vəzifələr deyilir. Bəziləri isə eyni zamanda gerçəkləşdirilir ki, bunlar isə paralel vəzifələr olaraq adlandırılır. İş prosesləri tək bir təşkilat içərisində reallaşdırıldığı kimi, bəzən birdən çox təşkilatı da əhatə edə bilər. Birinci növdən proseslərə təşkilati, ikinci növdən proseslərə təşkilatlar arası iş prosesləri adı verilir. Proses yanaşması, Adam Smitin iş bölgüsü və Frederick Taylorun optimallaşdırılmış vəzifə yanaşmalarının əksinə olaraq, görüləcək işi bir sistem olaraq ələ alır. Bu yanaşmada vəzifələrin bir-birindən müstəqil olaraq tək-tək optimallaşdırılması yerinə, prosesin bütününün performansının optimallaşdırılması hədəflənər.
Rəqabətin aydın dərk edilməsi biznesdə uğurun əsas elementlərindən biridir. Hətta sizin məhsul və ya xidmətiniz bazardakı unikal boşluğu doldursa da başqa şirkətlər eyni müştərinin ehtiyaclarını təmin etmək üçün başqa variantlar təqdim edə bilər. Rəqabət barədə düşünərkən öyrənməli olduğunuz əsas şey müştərilərin hansı məhsulu və xidməti digərindən daha üstün tutduğudur.
Rəqabət birbaşa (eyni məhsulun satışında rəqabət) və dolayı (eyni bazarda rəqabət) ola bilər. Birbaşa və dolayı olmasından asılı olmayaraq rəqabətin intensivliyi biznesdə uğura hərtərəfli təsir edir. Bu səbəblə sənayedə başqalarından daha üstün olduğunuzdan əmin olmaq üçün biznes planlaşdırmada rəqabətin bütün növlərini nəzərə almaq vacibdir.
Birbaşa rəqabət
Oxşar məhsul və ya xidmət təklif edən çoxsaylı bizneslər arasında birbaşa rəqabət yaranır. Burger King və McDonald's birbaşa rəqiblərdir.
Müştərilər bir şeyi haradan almalı olduqlarına qərar verərkən qiymət, məkan, xidmət səviyyəsi və məhsulun xüsusiyyətləri arasındakı müxtəlifliyi nəzərə alır. Ancaq heç də bütün müştərilər bu xüsusiyyətləri eyni dərəcədə qiymətləndirmir və məhz buna görə rəqabət yaranır. Biznesinizin mövqeyini müəyyənləşdirməklə müxtəlif növ istehlakçıya nail ola bilərsiniz. Məsələn, varlı istehlakçıları hədəfləyən bizneslər qiymətlə bağlı rəqabət aparmır lakin hədəf auditoriyası işçi təbəqə olan biznesdə rəqiblərdən biri eyni məhsulu daha aşağı qiymətlə təqdim edə bilər. Rəqibinizin mövqeyini müəyyənləşdirməklə onun biznesindəki boşluqları öyrənə bilərsiniz.
Biznes risklərinin müxtəlif növləri vardır. Biznes riskləri daxili və xarici ola bilər. Onlar iş qabiliyyətinə birbaşa və ya dolayısı yolla təsir göstərə bilər. Risklər təhlükə əsaslı (məsələn, kimyəvi dağıntılar), qeyri-müəyyən əsaslı (məsələn, təbii fəlakətlər) və ya imkanlar ilə bağlı ola bilər.
Ümumi risk kateqoriyaları aşağıdakılardır:Təbii fəlakətlər: sel, fırtına, meşə yanğını və quraqlıq;
Pandemiya: qrip, donuz qripi və ya quş qripi;
Hüquqi: sığorta məsələləri, mübahisələrin həlli, müqavilə pozulması, qaydalara və öhdəliklərə əməl olunmaması;
Qlobal hadisələr: pandemiyalar və hava nəqliyyatının hərəkətinin dayandırılması;
Texnologiya: kompyuter şəbəkəsi çatışmazlığı və köhnəlmiş avadanlıqların istifadəsi ilə bağlı problemlər;
Ekoloji: iqlim dəyişikliyi, kimyəvi axıntılar və çirklənmə;
İş yerində sağlamlıq və təhlükəsizlik: material, avadanlıq, və ya iş yerindən qaynaqlanan qəzalar;
Əmlak və avadanlıq: təbii fəlakətlər, su borularının partlaması, soyğun, vandalizmin və s. səbəb olduğu zərərlər;
Mühafizə: oğurluq, fırıldaqçılıq, əqli mülkiyyət itkisi, terrorizm, qəsb və online təhlükəsizlik və saxtakarlıq;
İqtisadi və maliyyə xarakterli: qlobal maliyyə problemləri, faiz dərəcəsinin artımı, pul vəsaitinin çatışmazlığı, müştərilərin ödəməməsi, sürətli artım və artan xərclər;
Kadr: sənaye münasibətləri məsələləri, münaqişənin idarə olunması və vakansiyalar doldurulmasında çətinliklər;