Müştəriləri necə qorxutmamalı?
Azərbaycanda şirkətlərin mütləq çoxluğunun Facebook-da səhifələri var. Şirkətlər, marketoloqlar sosial şəbəkələrin gücündən yararlanmağa çalışırlar. Dünya markalarının sosial mediada irəliləyişində böyük təcrübəyə baxmayaraq, Azərbaycanda heç də bütün şirkətlər bundan düzgün istifadə etməyin yolunu bilmirlər. Hansı səhvləri etməmək və onlardan necə qaçmaq lazım olmasının yolları barədə Tactical Marketing Labs şirkətinin həmtəsisçisi Brett Relanderin məsləhətlərinin yararlı olacağını düşündük.
O, firmaların irəliləyişə nail olmasına kömək edir və internetdə müştərilərin reputasiyasının müdafiəsiylə məşğul olur. Brett digital-marketinq sahəsində 10 ildən çoxdur işləyir, Dallas Cowboys və IKEA kimi korporasiyalarla əməkdaşlıq edib. Texas Universitetində marketinq fənnini tədris edir.
Yaponlar həmişə adət-ənənələrə sadiq olub və olacaqlar. Mən “Jiro Dreams of Sushi” adlı sənədli filmə baxanda çox təsirlənmişdim. Xüsusilə, Jiro Ononun hər hansı bir işi sona qədər çatdırmanın onlar üçün nə qədər əhəmiyyətli olması haqqında dedikləri məndə dərin iz buraxmışdı. Hətta süpürgəçi olsan belə taleyindən gileylənməyə dəyməz, əvəzində işini mükəmməl səviyədə görməlisən. Yaponlar ideal iş axtarışında bir müəssisədən digərinə qaçmırlar, onlar istənilən işi xəyallarının işinə çevirirlər. Məsələ yanaşma tərzindədir.
Niyə də yenə yaponlardan öyrənməyək? Nəyə görə onların menecment sahəsində istifadə etdikləri idarəçilik metodlarını biz də tətbiq etməyək?
Kaizen metodunun əsasını “5S” prinsipi təşkil edir:
Seiri — dəqiqlik
Seiton — səliqə-səhman
Seiso — təmizlik
Seiketsu — standartlaşdırma
Shitsuke — intizam
İkinci Dünya Müharibəsindən sonra məhz bu sistem nəticəsində bir çox yapon şirkəti, o cümlədən də “Toyota” tez bir zamanda dirçələ və gücünə güc qata bilmişdir.
Əgər siz Kaizen sisteminin 5 prinsipini tətbiq etmək qərarına gəlmisinizsə, onda bu 5 müddəa burnunuzun dibində olmalıdır.
Ölçüsündən asılı olmayaraq, demək olar ki, hər bir şirkət fəaliyyətinin müxtəlif istiqamətlərində ən primitiv şəkildə olsa belə, proqnozlardan istifadə edir. Büdcə-maliyyə proqnozları, satışla bağlı proqnozlar, kadr ehtiyacı proqnozları və s. Şirkətin ölçüləri böyüdükcə, idarəetmə sistemi təkmilləşdikcə proqnozlara olan ehtiyac və onların strateji qərarların verilməsində oynadığı rol da əhəmiyyətli dərəcədə artmış olur.
Daha böyük şirkətlər, xüsusilə də banklar, maliyyə-investisiya şirkətləri iri həcmli vəsaitləri idarə etdiyindən, yaxın və uzaq gələcəklə bağlı daha dəqiq informasiya sahibi olmaq, doğru zamanda doğru qərar vermək onlar üçün həyati əhəmiyyət daşıyır. Bunun üçün yuxarı menecment üçün şirkətdaxili proqnozlar qədər ölkə iqtisadiyyatındakı gedişatın izlənməsi və gələcəklə bağlı makroiqtisadi proqnozlar da vacibdir. Çünki məhz bu tip iri maliyyə institutlarının balansı ilə makroiqtisadi göstəricilər arasında daha yüksək korrelyasiya mövcud olur.
Siz nə vaxtsa sənədləri necə imzaladığınız barədə düşünmüsünüzmü? Öz imzanızın gözəlliyi və səliqəliliyini qiymətləndirmisinizmi? Bu və ya digər rəsmi sənədlərə baxan zaman tanışlarınızın və ya tanış olmayanların imzalarını qiymətləndirmisinizmi? Elə düşünməyin ki, imzanız sırf sizin şəxsi işinizdir. Sən demə, qrafologiya sahəsində bilgili olanlar və ekspertlər insanın imzasına baxmaqla onun sahibi haqqında çox şey deyə bilərlər.
İlk imza rəsmi olaraq simvollar şəklində mövcud olmuşdur. Lakin artıq 16-cı əsrdə imza ad və ya təxəllüsü göstərən hərflərin aydın şəkildə uyğunlaşmasına çevrilir. 18-ci əsrdə isə imza özündə təkcə ad və familiyanın elementlərini deyil, anlayışı və onun saxtalaşma imkanını çətinləşdirən müxtəlif qrafik elementləri çətinləşdirərək mürəkkəbləşməyə başlayır.
Hər kəs imzanı özü sərbəst şəkildə fikirləşir. Hal-hazırda heç kəs imza çəkməkdə heç bir qayda və qanun ilə məhdudlaşdırılmamışdır. Lakin qrafik improvizasiyalarda onların müəllifi onun təbii xüsusiyyətlərini, yəni onun dəqiq portretini təşkil etməyə imkan verən müəyyən qanunauyğunluqlara tabedir. Ayk Nac bu mövzu ilə əlaqədar böyük bir hesabat hazırlamışdır: "İnsanın xasiyyətini onun imzası və ya praktiki qrafalogiya ilə bilmək".
Əməyin mühafizəsi işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması, onların iqtisadi və sosial, texniki-təşkilati, sanitar-gigiyenik, müalicə-profilaktik və digər tədbirləri özündə əks etdirən sistemidir.
Bütün müəssisələrdə sağlamlığın mühafizəsi və əmək şəraitinin təhlükəsizliyinin təmin olunması müdiriyyətin üzərinə qoyulur. İşəgötürən tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması öhdəlikləri müəssisələr haqqında (nizamnamə) əsasnamələrdə, kollektiv müqavilələrdə, daxili əmək qaydalarında təsbit olunur.
1. Menecmentdə qərarların təsnifatı.
2. Qərarların qəbul edilməsi zərurəti.
3. Qərarların səmərəli olması meyarları.
4. Qərar qəbul edilməsinə təsir göstərən amillər .
5. Qərar qəbul edilməsi üsulları.
6. Qərar qəbul edilməsi prosesi.