Xarici mühitin təhlili təşkilatın nöqteyi-nəzərindən ətraf mühitin subyektlərinin və amillərinin inkişaf perspektivlərinin və vəziyyətinin qiymətləndirilməsini özündə əks etdirir. Sahələr, bazarlar, təchizatçılar (tədarükçülər) və təşkilatın birbaşa təsir göstərə bilmədiyi xarici mühitin qlobal amillərinin cəmi. Xarici mühitin təhlili alət rolunu oynayır ki, onun da köməyilə strategiyanı işləyib hazırlayanlar potensial təhlükələri və açılan yeni imkanları qabaqcadan görmək məqsədilə təşkilata münasibətdə xarici amillərə nəzarət edirlər.
1. Başqaları əllərini yanlarına saldığı və təslim olduğu məqamlarda, onlar yeni fürsətlər axtarır və onu tapırlar.
2. Digərlərinin uğursuzluq hesab etdiyi hadisədən nəticə çıxarmağı, dərs almağı bacarırlar.
3. Onlar düşünülmüş qərarlar qəbul edirlər.
4. Digərlərinin nə vaxtsa uğurun onları tapmasını gözlədiyi halda, bu insanlar özləri məqsədyönlü şəkildə və daima uğura gedəcək yol salırlar.
5. Onlar da digərləri kimi qorxu hissi yaşayır, lakin bu hissin onlara hakim kəsilməyinə icazə vermir, qorxu onları deyil, onlar qorxunu idarə edir. Qorxu sadəcə ehtiyat deməkdir.
6. Onlar düzgün sual verir- bu suallar tam və hər tərəfli cavablandırma tələb edirlər.
1. Müdir adidir, lider isə adamı həmişə təəccübləndirməyi bacarır.
Birincilər həmişə ciddi olur. Məsələn, kollektivlə birlikdə hardasa əylənməyə getmisiniz, müdir işdəki ciddi imicindən çıxmır. Amma lider sizinlə birlikdə dəlicəsinə içib rəqs edə bilər.
2. Müdir tez əsəbiləşir, lider isə səbirlidir.
Birincilərdə təmkin olmadığına görə əsəbiləşməyə meyllidirlər. Liderlər isə səbirli olmaqla kollektiv ruhlandırır.
3. Müdir iddialıdır, lider isə əzmli.
Əlbəttə, iddialı olmaq pis şey deyil. Amma bu iddialar bəzən çox pis nəticələnir. Nəyisə hamıdan yaxşı bildiyini iddia edib, sonra məyus olmaq heç də yaxşı hal deyil. Əzmkarlıq nümayiş etdirmək isə liderlərə məxsusdur.
4. Müdir riski sevmir, amma lider macəradan qorxmur.
Müdir itirəcəklərindən qorxur. Liderin isə belə bir qorxusu yoxdur. O risk etməyi sevir, macərapərəstdir.