Həmd etmək.
«Həmd Allahındır» məsələsi ilə bağlı Əbu Hurəyrə və Əbu Səid əl-Xudri (r.a) rəvayət edirlər ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: «Qul “Həmd Allahındır” dediyi zaman, Allah da: “Qulum doğru söylədi. Həmd ediləcək tək mənədir” deyə buyurar.» Eləcə də, Ənəs b. Malik (r.a) rəvayət edir ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurdu: «Hər kim bir şey yediyi zaman Allaha həmd etməsi yaxud bir şey içdiyi zaman Allaha həmd etməsi səbəbindən Allah qulundan razı olar. » (Müslim, Zikr 89). Şəkk yoxdur ki, nə qədər nemət varsa, əl-hamdulilləh (həmd Allahadır) demək ondan daha fəzilətlidir. Çünki Ənəs b. Malik (r.a) rəvayət edir ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "İçindəki hər şeyiylə birlikdə dünya, mənim ümmətimdən bir kişinin əlində olarsa, daha sonra da bu adam əl-hamdülilləh deyəcək olsa, bu əl-hamdülilləh heç şübhəsiz bütün bu nemətlərdən daha fəzilətli olar. " (Əs-Siracu'l-Mü-nir, 3, 195). Deyirəm: Hədisin mənası budur ki, Bir adama dünya verilmiş və daha sonra da ona “əl-hamdulilləh” sözü pay edilib onu söyləməsi lütfündə olmuş isə, söylədiyi “əlhamdülilləh” sözü bütün dünyadan daha fəzilətlidir.
“Bismi” cümləsi ayədən sayılır yoxsa yox?
Allah təala Qurani Kərimi tədricən nazil etmişdir. Qurani Kərim insanların həyatda xoşbəxt yaşaması üçün, onların həyatını gözəlləşdirmək üçün nazil edilmişdir. Bu mübarək kitab bərəkətli, mübarək, müqəddəs, bənzəri olmayan bir kitabdır. Allah təala belə buyurur: “(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (Sad surəsi, 29). Yəni, bu Quranın xeyirləri və dini faydaları çoxdur. O nazil edilmişdir ki, ayələrini düşünək, onda olan uca sirrləri və hikmətləri təfəkkür edək. Möhkəm ayələr Quranın əsasıdır. İnadkarlıqdan uzaq olanlar, mütəşabeh ayələrə fitnə çıxarmaq məqsədi ilə tabe olmayanlar, haqqı istəyənlər, tabe olaraq anlayıb düşünən kimsələr öyüd alarlar və Allaha yönəlməklə hidayətə nail olarlar. Həmçinin bu Quranla ağıl sahibləri çoxlu öyüdlər alarlar. Bunda müsəlman və ya qeyri-müsəlman hər irqdən, hər rəngdən, hər dindən, hər sinifdən olan insana bir çağırış vardır. Bu onu göstərir ki, hər bir insan Quranın ayələrini düşünə bilmək imkanına sahibdir. Şəxsiyyətli hər insan da bunu edə bilər. Bunda isə böyük gözəlliklər və incəliklər vardır. (İzzet Derveze, et-tefsiru’l-hadis, Ekin Yayınları: 1/388-389).