Güman edirəm yüksək texnologiyalar əsri adlandırılan ХХI əsrdə postsənaye ölkələrinin iqtisadiyyat və infrastrukturunun səviyyəsinin universal ölçüsünün informasiya-kommunikasiya texnologiyaları (İKT) olmasını xatırlatmağa ehtiyac yoxdur. Bu amil hökumətin ardıcıl siyasəti nəticəsində telekommunikasiya, teleradio yayımı, internet-infrastruktur və ümumilikdə İKT sektorunda böyük uğurların əldə edildiyi Azərbaycan üçün də artıq uzun illərdir əhəmiyyət kəsb edir. Hələ 1990-cı illərdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə İKT sektorunu tənzimləyən ilk qanunlar qəbul edilib, mobil rabitənin təşəkkülü üçün əlverişli şərait yaradılıb, ilkin internet-infrastruktur və s. formalaşdılırıb. 2003-cü ildə qəbul edilən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” yaxın illər üçün fəaliyyətin başlıca məqsədi olan informasiya cəmiyyətinə keçidi müəyyən etdi. Ötən onillik ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İKT sektorunun inkişafına müqayisəedilməz əhəmiyyət verib və dinamik inkişafına zəmin yaradıb. Çoxlu sayda dövlət proqramları və qanunlar qəbul edilib.
1.İnformatikanın proqram-apparat hesablama komplekslərinin köməyi ilə təsvirlərin yaranması və emalı metod və vasitələrinin öyrənən xüsusi sahəsi necə adlanır?
A) mühəndis qrafikası
B) çertyoj qrafikası
C) bədii qrafika
D) maşın qrafikası
E) kompüter qrafikası
2.Təsvirlərin formalaşma üsullarından asılı olaraq kompüter qrafikasını necə bölürlər:
A) birölçülü, ikiölçülü, üçölçülü
B) mühəndis, çertyoj, maşın
C) rastr, vektor, fraktal
D) ağ-qara, rəngli, qarışıq
E) hamar, düz, həcmli
Tətbiqi proqram təminatı istifadəçinin hər hansı məsələni həll etmək məqsədilə yaradılır və sistem proqramlarının idarəsi altında işləyir.
Tətbiqi proqram paketləri (TPP) istifadəçi tərəfindən həll edilən məsələnin avtomatlaşdırılması üçün çox güclü alətdir və praktiki olaraq, onun informasiyanın emalında kompüterin bu və ya digər funksiya və prosedurlarının necə yerinə yetirlməsini bilməkdən azad edir. Hal- hazırda, öz funksional imkanlarına və reallaşdırma üsullarına görə fərqlənən çox geniş spektrli TPP mövcuddur.
TPP – müəyyən olunmuş sinif məsələləri həll üçün təyin olunmuş kompleks proqramdır.
TPP- lərinin aşağıdakı növləri var:
- ümumi təyinatlı (universal)
- üsulyönlü
- problemyönlü
- qlobal kompüter şəbəkələri
Proqram təminatı sistemini yerinə yetirdikləri funksiyalara görə iki hissəyə bölmək olar:
Sistem proqram təminatı (SPT) kompüterdə informasiyanın emalı prosesinin təşkili ilə yanaşı tətbiqi proqramlar üçün normal mühiti təmin edir. SPT kompüterin aparat vasitələri ilə sıx əlaqədə olduğundan, bəzən onu kompüterin bir hissəsi də hesab edirlər. SPT- yə aşağıdakılar daxildir.
Windows əməliyyatlar sistemində fayl və qovluqlarla işləmə qaydalarını nəzərdən keçirək. İstənilən qurğuda yeni qovluğun yaradılması üçün «Мой компьютер» -də qurğunu seçib, «Файл» menyusunu açırıq. Həmin menyunun «Создать» əmrini verərək, ekranda yeni yaranan qovluq işarəsinin altındakı «Новая папка» sözünü silərək həmin yerə qovluğun adını yazırıq Enter düyməsini basmaqla yeni qovluğu yaratmış oluruq. Hər hansı faylı və ya qovluğu bir qurğudan digərinə köçürmək üçün MOUSE-un sol düyməsindən istifadə etməklə həmin fayl və ya qovluğu seçib, sağ düyməni basaraq kontekst menyusunu açırıq. Həmin menyuda olan «Отправить» düyməsini əmrini verdikdə kompüterdə olan qurğuların siyahısı əks olunur. Lazımi qurğunu seçərək MOUSE-un sol düyməni sıxırıq və beləliklə, fayl və ya qovluğu həmin qurğuya göndərmiş oluruq.