İnformatika kateqoriyası üzrə məqalələr

Əməliyyat sistemi

Əməliyyat sisteminin köməyilə istifadəçi-kompüter dialoqu yaranır, əməli və daimi yaddaş qurğuları iş prosesinə qoşulur, kompüter idarə edilir və istənilən proqram işə düşür. Beləliklə, ƏS-nin əsas funksiyası kompüterlərin ehtiyatlarının ( fiziki ehtiyatlar (mikropro­sessor, monitor, disklər) və məntiqi ehtiyatlar (proqramlar, fayllar və s.)) və hesablama sistemləri proseslərinin idarə olunmasıdır. Əməliyyatlar sistemlərinə PC DOS, OS/2,MS DOS, UNİX, Windows-u göstərmək olar.
ƏS-ləri yerinə yetirdikləri funksiyalarına görə üç qrupa bölünürlər:

  1. birməsələli (bir istifadəçidən ibarət) ƏS;
  2. çoxməsələli (çox istifadəçidən ibarət) ƏS;
  3. Şəbəkə əməliyyatlar sistemləri.
Davamı →

Proqramların hazırlanması

Proqramlaşdırma nəzəriyyəsi ilə praktik proqramlaşdırma paralel inkişaf etmişdir. İnkişafın ilk mərhələsində informasiya emalının riyazi nəzəriyyəsi hazırlanmış və elə həmin dövrdə də proqramların düzgünlüyünü yoxlayan vasitələr və səmərəli translyatorların yaradılması prinsipləri işlənib hazırlanmışdır. O zamanlar proqramçılara çox yüksək ixtisaslı işçilər kimi baxılırdı. Bu, nadir peşələrdən idi, proqramların istehsalı isə hələ kütləvi xarakter daşımırdı.
Kompüterlərin sonrakı inkişafı və yayılması ağırlıq mərkəzini tətbiqi sahəyə keçirdi. Proqramçıların, eləcə də proqramların sayı artaraq, milyonlarla hesablanmağa başladı.
Davamı →

Ethernet

Ethernet Earth(yer kürəsi)+Net(tor, şəbəkə) sözlərinin birləşməsindəndir. Ethernet texnologiyası 1973-cü ildə Bob Metcalfe tərəfindən yaradılmışdır və DEC, İntel, Xerox firmaları(DİX birliyi kimi tanınır) tərəfindən işlənilib hazırlanmışdır. Metkalf əvvəl Alto Aloha Network adlanan sistemin adını 1973-cü ildə «Ethernet» adlandırdı. Bununla o texnologiyanın sadəcə Alto kompüterlərində deyil, bütün kompüterlərdə çalışa biləcəyini vurğulamaq istəyirdi. Metkalf-ın texnologiyası bütün sistemlərlə məlumat bitlərini göndərə bilirdi və bütün siustemlərnən işləyə bildiyi üçün nəticədə «Ethernet» yaranmış oldu.
Davamı →

Proqramlar

Kompüter digər qurğulardan fərqli olaraq onun üçün əvvəlcədən hazırlanmış proqrama uyğun işləyən və ona daxil olan informasiyanın təhlilinə aid istənilən əməliyyatları yerinə yetirən qurğudur. Odur ki, kompüter üçün onun başa düşəcəyi dildə və ətraflı əməllər ardıcıllığı, yəni proqram tərtib olunmalıdır.  Proqram-maşının addım-addım yerinə yetirəcyi təlimatlar və yaxud əmrlər siyahısıdır. Kompüterdən istifadə etmək və onun tətbiq sahəsini genişləndirmək üçün onlar proqram təminatına malik olmalıdır. Proqram təminatı elə proqramlar kompleksidir ki, onsuz kompüterin işini təsəvvür etmək olmaz. Proqram təkcə konkret məsələni həll etmək üçün deyil, istifadəçi ilə kompüter arasında ünsiyyət yaratmaq, informasiya emalı prosesini idarə etmək, məsələnin həllində proqramçıya kömək etmək, səhvləri aşılayıb ona çatdırmaq və s. üçün lazımdır. Proqram təminatı kompüter istifadəçisinin araşdırdığı problem və məsələlərin həllini təşkil edən proqramlar yığımıdır.

Davamı →

Proqram təminatı

  1. Müasir kompüterlərin proqram təminatı
  2. Sistem proqram təminatı
  3. İnstrumental proqramlar (Proqramlaşdırma sistemləri)
  4. Tətbiqi proqramlar
  5. Proqram təminatinın komponentləri

Kompüter digər qurğulardan fərqli olaraq onun üçün əvvəlcədən hazırlanmış proqrama uyğun işləyən və ona daxil olan informasiyanın təhlilinə aid istənilən əməliyyatları yerinə yetirən qurğudur. Proqram – maşının addım – addım yerinə yetirəcəyi təlimatlar  və yaxud əmrlər siyahısıdır. Kompüterdən istifadə etmək və onun tətbiq sahəsini genişləndirmək üçün o, proqram təminatına malik olmalıdır.

Davamı →

İnformasiya texnologiyaları

  • Informatika fənninin predmeti
  • Informasiya nəzəriyyəsi
  • Informasiya texnologiyaları
  • Informasiya ölçü vahidləri
İnformatika fənni informasiyanın toplanması, saxlanması, işlənməsi (emalı), ötürülməsi və bu proseslərdə istifadə edilən kompüterlər və digər qurğuları öyrənir.
Davamı →

Yüksək səviyyəli dillər

Assembler dili mnemonik olsa da, dövrünün başlıca kompüter istifadəçiləri olan alimləri qane etmədi, çünki, artıq yuxarıda da qeyd olunduğu kimi, maşın koduna yaxın olduğuna görə onu öyrənmək çətindir. Bundan başqa, hər prosessorun öz assembleri olur və deməli, bir neçə maşında işləyən şəxs bəzən “bir neçə ayrı-ayrı assembler dilini” bilməlidir. Nəhayət, assembler dilində proqramlaşdırmaq üçün bütün prosesi ən kiçik detallarınadək təsəvvür etmək, mürəkkəb düsturları ayrı-ayrı əməllərin ardıcıllığı şəklində göstərmək lazımdır. Proqramçı isə beynində daha ümumi kateqoriyalarla işləyir: “düsturu hesablamalı”, “ədədi ekrana çıxarmalı”, “əməliyyatı 10 dəfə təkrarlamalı” və s.
Davamı →

Cəmiyyətin informasiyalaşdırılması və informatika tarixi

Bəşəriyyət yarandığı gündən əvvəlcə maddələrə, sonra enerjiyə və nəhayət, informasiyaya sahib olmaq uğrunda çarpışmışdır. Sivilizasiyanın ilk dövrlərində insana elementar bilik və bacarıqlar kifayət edirdisə, informasiyanın tədricən çoxalması nəti cəsində insan şəxsi biliklərinin az olmasını hiss etməyə başladı. İnformasiyanı düzgün emal etmək və lazımi qərarlar qəbul etmək üçün insandan malik olduğu bilik və təcrübələri ümumiləşdirmək tələb olunurdu. Ona görə də o, müxtəlif qurğular düzəltməyə başladı. İnformasiyanın emalı üçün nəzərdə tutulan üsul və vasitələr meydana gəldi və onlar cəmiyyətdə ciddi dəyişikliklərə – informasiya inqilablarına gətirib çıxardı.
Davamı →

İnformasiya texnologiyaları

“İnformatika”  termini ilk dəfə XX əsrin 60-cı illərində fransız mütəxəssisləri tərəfindən elmi ədəbiyyata daxil edilmişdir. Bu termin “informasiya” və “avtomatika” sözlərinin birləşdirilməsindən alınmışdır.
Avtomatika sözü hərfi mənada “özü-özünə yeriyən”, “özü-özünə yerinə yetirilən” mənasını verir. Burada isə avtomatika dedikdə proseslərin avtomatlaşdırılması başa düşülür. Əslində hər hansı prosesin yerinə yetirilməsi əsasən üç üsuldan biri ilə yerinə yetirilə bilər. Bu üsullar əl əməyinin tətbiqi, mexanikləşdirilmiş proses və avtomatlaşmış prosesdir. Birinci hal məlumdur. Mexanikləşdirilmiş prosesin yerinə yetirilməsində mexaniki qurğu və vasitələr tətbiq edilir. Bu isə işin icrasında əl əməyinin olmasına şərait yaradır. Avtomatlaşdırılmış proseslərdə isə əl əməyindən ya ümumiyyətlə istifadə edilmir, ya da ondan istifadə cüzi olur. Beləliklə, avtomatika dedikdə hər hansı prosesi yerinə yetirə bilən elektron qurğu və vasitələr yığımı nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, hal-hazırki dövrdə ingilis dilli dünya ölkələrinin əksəriyyətində “informatika” fənni “kompüter elmi” (kompüter science) fənni kimi adlandırılır.

Davamı →

Nanotexnologiya | Üçüncü elmi-texniki inqilab

Son illər inkişaf etmiş ölkələrdə dəqiq elmin səviyyəsi nanotədqiqatların həcmi ilə ölçülür. Yəni hansı ölkədə nanotexnologiya ilə bağlı tədqiqatlar varsa, deməli, o ölkədə elmi inkişaf gedir. «Nano» çox kiçik deməkdir. Bir nanometr metrin milyardda bir, millimetrin isə milyonda bir hissəsinə bərabərdir. Müqayisə üçün, demək olar ki, saç tükünün diametri 5000 nanometrdir. Nanotexnologiya 0,1-100 nanometr ölçülü hissəcikləri və bu quruluşlarda baş verən fiziki, kimyəvi və bioloji hadisələri öyrənir. Nanotexnologiyalar artıq cisimlərlə yox, onların tərkib hissələri olan atomlarla işləyir.
«Nanotexnologiya» terminini elmə ilk dəfə yapon fiziki Norio Taniquçi gətirib. Nanotexnologiya elmi anlayış kimi 1986-cı ildən işlədilir. Hazırda nanotexnologiyalara münasibətdə «yeni sənaye inqilabı» ifadəsi işlədilir. Nanotexnologiya yeni qeyri-adi xassələrə malik materiallar alınmasına imkan verir. Belə materiallardan elm və texnikanın müxtəlif sahələrində-biotexnologiyada, hərbi işlərdə, tibbdə, ətraf mühitin mühafizəsində və s. istifadə etmək mümkündür.
Davamı →
Top