A) 6 bayt
B) 1 bayt
C) 12 bayt
D) 6 bit
E) 8 bayt
81. Şəbəkə yaratma
Maraqlar üzrə informasiyanın könüllü və bəzən də pulsuz mübadiləsinə əsaslanan elektron cəmiyyətlərin yaradılması prosesi.
82. Şəbəkə
İstifadəçilərə informasiya mübadiləsi, bir-biri ilə əlaqə saxlama və lazımi informasiyaya müraciət imkanı verən kompüterlər və digər müvafiq qurğuların kombinasiyasıdır.
61. Kommunikasiya
Rabitə, informasiya mübadiləsi, rabitə vasitəsi, informasiya vasitəsi, eləcə də kontakt, ünsiyyət, kimi mənalarda işlədilir.
62. Kompüterləşmə
Kompüterlərin tətbiqi nəticəsində insan fəaliyyətinin müxtəlif sahələrində informasiya proseslərinin və texnologiyalarının avtomatlaşdırılmasının təmin edilməsi.
41. İnformasiya cəmiyyəti
İnformasiya və biliklərin cəmiyyətin həyatındakı rolunun yüksəlməsi, infokommunikasiyanın, informasiya məhsullarının və xidmətlərinin ümumi daxili məhsulda (ÜDM) payının artması, qlobal informasiya məkanının yaratmaqla insanlar arasında effektiv informasiya mübadiləsini, onların dünya informasiya resurslarına çıxışını, informasiya məhsullarına və xidmətlərinə olan sosial və şəxsi tələbatlarını ödənməsini təmin edən müasir sivilizasiyasının inkişafının bir pilləsidir.
42. İnformasiya silahı
İnformasiya infrastrukturunun funksiya və xidmətlərini, və ya onun ayrı-ayrı elementlərini müvəqqəti və ya tamamilə sıradan çıxarılmasına yönəlmiş xüsusi (fiziki, informasiya, proqram, radioelektron və s.) metod və vasitələrin məcmusudur.
43. İnformasiya məkanı
1. Elektron şəbəkələrdən istifadə edərkən meydana gələn bütöv bir elektron informasiya məkanı.
2. İnformasiya kommunikasiyalarının aparıcı rol oynadığı müasir ictimai həyatın sahələri. Bu mənada informasiya məkanı anlayışı informasiya mühiti anlayışı ilə eyniləşir.
21. İnformasiyanın qorunması
Təbii və süni xarakterli təhdidlərə məruz qalan informasiyanın məxfiliyini, tamlığını və əlyetərliyini təmin edən metod və vasitələr toplusudur. İnformasiya təhlükəsizliyinin pozulması informasiya sahiblərinə və istifadəçilərinə zərər verə bilər.
22. İnformasiya cəmiyyətinin inkişaf indikatorları
İnformasiya cəmiyyətini inkişafını müxtəlif kəsimlərdə (informasiya, iqtisadi, sosial) xarakterizə edən göstəricilər siyahısıdır.
23. İnternet
1. Bütün dünya üzrə dövlət, akademik, kommersiya, hərbi, kooperativ və s. şəbəkələri özündə birləşdirən və TCP/IP protokoluna əsaslanan qlobal kompüter şəbəkəsidir.
2. Yüksək səviyyəli kommunikasiya xidmətini təmin edən və tərkib hissələri TCP/IP protokoluna əsasında unikal ünvan fəzası ilə məntiqi əlaqədə olan qlobal informasiya sistemidir.
3. Bütün dünyanı əhatə edən qarşılıqlı əlaqəli kompüter şəbəkələridir. İnternet TCP/IP protokolu əsasında kompüterlərə, informasiya resurslarına, elektron poçt xidmətlərinə, elanlar lövhələrinə və müxtəlif diskussiya qruplarına çıxışı təmin edir.
24. İnternet-inkubator
İnternet-kompaniyaların və onların layihələrinin qısa zamanda hazırlanması və bazara çıxarılması məqsədi güdən vençur investisiya modeldir. İlk bu tip inkubator 1995-ci ildə amerikalı iş adamı B. Gross tərəfindən yaradılmışdır.
25. İnternet-mağaza
İnternetdə müştəriyə (hüquqi və ya fiziki şəxsə) malların çatdırması da daxil olmaqla birbaşa satışının həyata keçirildiyi yerdir. Bu zaman istehlak informasiyalarının yerləşdirilməsi, malın sifarişi və alqı-satqısı internet-mağazanın saytında həyata keçirilir.
Sizə İnformasiya cəmiyyətinin 100 əsas anlayışını təqdim etmək istəyirəm.
1. Aktiv idarəetmə
Müəssisələr, təşkilatlar və vətəndaş qrupları tərəfindən öz maraq və arzularının formalaşdırılmasını, hüquqlarının, vəzifələrinin həyata keçirilməsini, eləcədə fikir ayrılıqlarının aradan qaldırılmasını nəzərdə tutan prosesdir. Bu proses cəmiyyətin istər yerli və regional, istərsə də milli və qlobal səviyyədə daha şəffaf və səmərəli idarəetmə formalarından istifadə etməsini təmin edən, elmi cəhətdən əsaslandırılmış metodların tapılmasını zəruri edir.
Ən qədim say aləti kimi eramızdan 30 min il əvvəl istifadə edilmiş (Çexiyada tapılmış) “vestonis sümükləri” hesab edilir. Eramızın V və VI əsrində qədim Romada istifadə edilən abak da ilk say alətlərindən hesab edilir. Qədim Çində VI əsrdə istifadə olunan suan-pan (hesablama lövhəsi), XV –XVI əsrlərdəYaponiyada isə soroban adlandırılmış alətlər də qədim say alətləri hesab edilirlər.
Qədim Babil, Misir, sonralar isə Yunanıstanda ədədləri göstərmək üçün müəyyən işarələrdən istifadə etməyə başlayırlar. Amma ədədlərin yazılışı o qədər də mükəmməl deyildi, onlardan istifadə edərək əməliyyat aparmaq yalnız xüsusi savada malik adamlara nəsib idi.