Fizioterapiya fiziki üsullarla müalicə deməkdir. Fiziki üsullar dedikdə, günəş şüasının spektrlərindən, elektrodalğalardan, maqnit dalğalarından, ultrasəs dalğalarından müxtəlif aparatlarla istifadəsilə müalicə nəzərdə tutulur.
Fizioterapiyadan daha çox oynaq xəstəliklərində, dayaq-hərəkət sistemi xəstəliklərində, həmçinin, bir çox xəstəliklərin bərpa periodunda istifadə olunur. Fizioterapiya bərpa periodunda mütləq tətbiq olunmalıdır, əks halda, xəstəliklər xroniki hala keçə bilər.
Xəstəlik kəskin dövründən sonra mütləq bərpa və reabelitasiya periodu keçməlidir. Bu, aparılmış malicəni möhkəmləndirmək üçün vacib şərtdir. Fizioterapiyanın xəstəliyinin kəskin dövrlərində istifadə olunan növləri də var. Məsələn, ültrayüksək tezlikli cərəyan bütün iltihabi xəstəliklərdə istifadə oluna bilər.