Təzə doğulmuş uşağınızın hansı xarakter sahibi olacağını bilmək maraqlı deyilmi? Bir sıra mütəxəssislər bunun üçün çoxdandır baş sındırırlar. Belə iddia edənlər var ki, onların hazırladığı tale rəqəmlərinin köməkliyi ilə beşikdəki körpənin də kimliyini bilmək olar. Bunun üçün uşağın doğulduğu il, ay və günün rəqəmlərini üst-üstə gəlmək lazımdır.
Məsələn, tutaq ki, uşaq 9 iyun 1984-cı ildə anadan olub. İndi həmin rəqəmləri toplayaq: 9+6 (iyun) +1+9+8+4=37
Bundan sonra alınan ədədin rəqəmlərini toplayırıq: 3+7=10
Alınan bu ədədin də rəqəmlərini toplayırıq 1+0=1
Beləliklə, uşağın tale rəqəmi 1-dir.
Və ya əgər uşaq 1 may 1978-ci ildə anadan olubsa, onun tale rəqəmi belə tapılır: 1+5 (may) +1+9+7+8= 31
Alınan ədədin tərəflərini toplayaq: 3+1=4. Demək, uşağın tale rəqəmi 4-dür. Beləliklə, bütün insanlar doqquz qrupa bölünür.
— qadın YANVARDA dünyaya gəlibsə, ömrü boyu sakit yaşayacaq, arzularına çatmaqda elə bir maneəyə rast gəlməyəcəkdir. Yaxşı ev sahibəsi və yaxşı ömür-gün yoldaşı olacaqdır.
-qadın FEVRALDA dünyaya gəlibsə, nadir hallarda gözəl olur, lakin qoçaq və şəndir, geyinib-kecinməyi xoşlayır. İlk gəncliyində xoşbəxt olur, çox vaxt dul qalır, lakin ikinci dəfə ərə gedir. İkinci nikah birincidən uğurlu olur.
Həftənin hansı günündə tanış olmağınız sonrakı münasibətlərin səviyyəsini və keyfiyyətini müəyyən edir. Buyurun baxın, görün ki, ahəngdarlığınız, uyarlığınız necədir?..
Əgər ilk tanışlıq bazar ertəsi baş tutubsa, ruhən yaxınlığın yaranacağına tam əmin ola bilərsiz. Həyati dəyərlər, maraqlar üst-üstə düşəcək, mənəvi uyarlıq təmin ediləcək.
Bu adamlar imkanı daxilində bir-birinə dayaq duracaqlar. Məişət işlərində əl-ələ verib çalışacaqlar. Məqsədə çatmaq üçün hər iki tərəf ən xırda detalları da müzakirə edib öz öhdələrinə düşən yükü məmnuniyyətlə çəkəcəklər.
Astroloqların apardığı araşdırmalara görə doğum tarixinin xarakteri müəyyən etməkdə böyük rolu olduğunu müəyyən edərək aşağıdakı kimi göstərmişlər.
1-10 yanvarda doğulanlar: dava-dalaşdan xoşlanmayan, sevdiyi insanları düşünən, səbirli və əməksevər. Uğursuzluğa dözə bilməyən, başqasının payında gözü olmayan.
11-19 yanvarda doğulanlar: son dərəcə məntiqli, bacarıqlı, sözübütöv, təhsilə önəm verən, güclü yaddaşa və güclü analitik qabiliyyətə malik olurlar.