Xalqların da böyüyü, kiçiyi olur ,dənizlərin, dağların da, okeanların, hətta ağacların, otların, çiçəklərin də ...Böyüklü — kiçikli, irili — xırdalı, — bütün yaranmışlar gözəgörünməz bir bağ ilə bağlanıbdır, bir harmoniya ilə həmahəngdir .Və bu harmoniya həyatı hər gün bir az da gözəlləşdirir .
İbrahim bunu hər an, hər dəqiqə hiss edir. Bax elə indi də hiss edir .Qarşısında yamyaşıl bir çəmənlik uzanır. Günəş sağ tərəfdə parıldayır, hələ göyün tən ortasına qalxmasına çox var. Şəfəqlər yer üzünə çəpəki düşür və isti də, sən deyən, hiss olunmur. Kəpənəklər gözə dəymir, quşların səsi də eşidilmir .Arabir tək -tək sərçələr görünür .Onlar da yay- qış, onsuz da, çəmənliyin yerli sakinləridir.
" NƏSİMİ İLİ "- nin baş mövzulu əsəri
( Şiringül Musayevanın “Mən Nəsimiyəm” romanı haqqında )
Nədənsə, hər hansı bir nəsr əsəri haqqında fikir yürüdəndə, yaxud, mülahizə aparanda mütləqdir ki, Avropa və rus məşhurlarından sitat gətirilir, ortaya müxtəlif ölkələrin yaradıcılıq nümunələri ilə paralellər qoyulur. Görünür, hələ də yaxşı öyrənilməyən, şəffaf təhlil aparılmayan 130 illik romançılıq tarixi olan Azərbaycan ədəbiyyatının tənqid və ədəbiyyatşünaslıq sahəsində külüng çalanlar elə özləri də Avropa və rus mütəfəkkirlərinin sanballı hesab etdikləri fikirlərindən bolluca bəhrələniblər.