Mən, Ağakərim Ağasəlim oğlu Səlimov 1946-cı ildə Bakıda anadan olmuşam. Təqaüdə çıxana qədər 40 il orta mərtəbdə kimya müəllimi işləmişəm.
«Leşyeyənlərin naharına çevrilmək, yaltaqların əlinə düşməkdən daha şərəflidir. Çünki birincilər ölüləri, ikincilər isə diriləri gəmirirlər»
...Sübhün yorğun şəfəqləri Kolizeyin divarları arasından süzülərək laxtalanmış qan gölməçələri üzərində bərq vururdu. Ona dünənki döyüşdən sonra imperator tərəfindən azadlıq verilmişdi...
O isə indi bu azadlıqla nə edəcəyini bilmirdi...
Bütün gecəni azğınlaşmış gözlərin, harınlamış simaların ruhuna divan tutan kölgələri arasında keçirmişdi, neçə-neçə çarəsiz döyüşçünün qanına bulanmış qılıncına söykənərək. Ayaqları sözünə baxmırdı, titrəyən dizlərinin yorğun ritmini qırmağa, Kolizeyin təmizləyicilərini məğrur və azad insan kimi qarşılamağa çalışırdı… Təmizləyicilər isə gəlib çıxmırdılar və beləcə içindəki, onu çarmıxa çəkən suallarla üz-üzə qalmaqdan təngə gəlirdi.
Dünən Kolizeyə ölüm arxasınca gəlmişdi, əvəzində isə azadlıq qazandı...
İndi tənha yalquzaq kimi, dərisini qurumuş qan damlalarının tarıma çəkdiyi ayaqları üzərinə çökərək Kolizeyin sükuta bürünmüş divarlarını yarıb keçən işıq selinə doğru ulamaq istəyirdi.
Suda qalmaqdan çürüyüb, kəndir rənginə çalan çirkli saçlarının kəpəyi hərbi gödəkcəsinin yaxalığına tökülən bu adamı şəhərdə tez-tez görürəm. Uşaqlar onun İsti gözlərindən siqaret alışdırır. Baxışı da yerişi qədər tələskəndir. Harda yaşadığını, nə işlə məşğul olduğunu heç kəs bilmir. Bəziləri onu küçədə yaşayan sərsəri, bəziləri ağıldankəm sayır. Onun yemək yediyini, kimdənsə çörək pulu istədiyini də görməmişəm. Heç vaxt bir yerdə oturub dincəlmir də. Geyimi köhnə olsa da ütülü və həmişə bir az nəm olur. Başının üstündə halə var. Kölgəsi də işıqlıdır, qara deyil. Bir dəfə onu Göy qurşağının üstündə oturan zaman da görən olub.
Qutuda cəmi bir ədəd siqaret qalmışdı, onu götürüb çəkməyə başladı. İşıqsız, soyuq otağı isə Mişel Sardunun mahnısı bürümüşdü. Qadın eyni anda üç şey edirdi: – siqaretini tüstülədir, mahnıya qulaq asır və dodağının altında öz-özünə danışırdı...Səhərə kimi yatmayıb Den Braunun “ Da Vinçi şifrəsi”ni oxumuşdum. Günortaya az qalmasına baxmayaraq, əsərin təsirindən hələ də qurtarmamışdım.
Maaş kartını bankomata salıb, şifrəmi yazanda qəribə, mistik duyğular məni bürüdü; elə bil önümdəki elektron lövhəcik indicə bəşər tarixinin qədim bir sirrini açacaqdı. Amma heç bir qəribəlik baş vermədi, monitorda əvvəlcə adım, sonra balansımdakı məbləğ göründü: 106 manat.
Məbləğ məni elə də narahat eləmədi. Beş-altı saat dərsim vardı cəmi. Yaş ötdükcə vaxta daha çox qənaət etməyi düşünürdüm. Məktəbdə dərs, evdə dərs, “skayb”la dərs və fonda iri hərflə yazılmış devizim: Vaxt bütün qazanclardan daha dəyərlidi.
Pulu çıxarıb geri döndüm. Geyim mağazasının yanından ötəndə vitrində gözümə bir gödəkcə sataşdı. Adi yun parçadan tikilmiş, olduqca sadə və rahat görünən tünd bənövşəyi rəngli gödəkcə məni mağazaya girməyə vadar etdi.
Hüseyn Cavid: «Həqiqət istərəm, yalnız həqiqət!»
Hüseyn Cavidin bir sənətkar və insan kimi həyat, habelə zəngin yaradıcılıq yolu olduqca mürəkkəb, ziddiyyətli dövrə təsadüf edib. İlk növbədə iki yerə parçalanmış Azərbaycanın taleyinə «Vətən, Vətən deyərək hər diyarə səs salaram» qeyrəti ilə yaşayan şair yazmışdı:
Dərd aldı sağımı, ölüm solumu
Namərd Araz kəsdi mənim yolumu.
Qədim Odlar Yurdunun «istibdad zülməti» və onun insanlarının hüquqlarının bərbad hala salındığını, ölkənin qəflət adlı «qanlı kəfən libasına büründüyünü» kədərlə qeyd edən Hüseyn Cavid qəlbən inanmışdı ki, Vahid Azərbaycan timsalında «nazənin Vətən» hökmən «şəbi — hicran bəlalarını» aradan qaldıracaq, işıqlı «sübhi — iqbal» ümidlərinə qovuşacaq. Bu ülvi məqsədə çatmaq üçün isə:
İmdi qeyrət edərsə millətimiz,
Yenə övdət edər səadətimiz.
Kür qırağında yerləşən kiçik qəsəbədir Poylu… Mənim nəzərimdə isə ora dünyanın mərkəzidir. Tariximizin qədimliyindən xəbər verən bir çox izlər qalıb o yerlərdə. Təəssüf ki, tariximiz tam açılmayıb, ya da yanlış yazılıb. Çünki zaman-zaman başqa millətlər hökm veriblər bu torpaqlarda. Onlar tariximizi danıblar. Ona görə mən demişəm: “Tarix bizim olub, tarix yazan özgələr”. Tariximiz bundan sonra yazıldıqca təzələnəcək.Qayıdaq yenə Poyluya. Mənim üçün beşikdir ora. Getməsən, öz yurdun, beşiyin inciyər səndən. Mən də arabir Poyluya gedib-gəlirəm. Gözəllikləri elə mən görəndir. Qarayazı meşəsi, Kür çayı və Yer üzünün daha neçə-neçə gözəllikləri orda — Poyluda baş-başa verib. Dünyanın özü sirdir, möcüzədir o yerlərdə. Adi bir ağacla görüşəndə sanki möcüzəylə görüşürsən. Kür çayına baxırsan, bir yerdə burulur, burulğana dönür, bir yerdə lal, başqa yerdə dayaz axır. Oralarda bənövşə bitir. Boynunu elə bükür, baxanı əsir edir. Təbiət nə qədər zəngindir. Elə bil nağıldır. Qapı ağzında bir anlığa ayaq saxladı, ağır taxta qapıları aliminium qapılarla əvəz eləmişdilər, süni, sintetik qoxular, işıltılı, adamı sıxan rənglər də yeniydi. Pilləkənə ayaq basmaq istəyəndə arxadan amiranə səs eşidildi.
— Hara?
Geri döndü, arxada bir polis dayanmışdı, baxışlarında, görkəmində yeri, göyü yaratmaq iddiası vardı, sanki onu oğurluq üstə yaxalamışdı.
— «Şəfəq» jurnalına, — doğrudan da oğurluq üstə yaxalanan adam kimi pərt halda dedi və əməlinə haqq qazandırmağa cəhd elədi. – Hekayə gətirmişəm.
— Bəs onda biz burda nə üçün durmuşuq? – polisin səsində kinayə duyulurdu. – Ordan sənin üçün zəng eləməlidilər.