Hәr bir insanın öz prinsipləri, hər bir cəmiyyətin özünəməxsus mental dəyərləri, hər bir yazıçının öz yaradıcılıq sferası var. Fərqli dünyagörüşünü, fəlsəfi mövzuları məişət fonunda təqdim edən və onların simvolikstrukturunu yarada bilən yazıçılardan biri də HenrixYohanİbsendir.
Əvvəla, İbsenin «Kuklalar evi” əsərinin təhlil edərkənhansı səbəbə görəyazının adını „Kuklalar” qoyduğumu aydınlaşdırım. İlk baxışdan, əsəri oxuyan, yəni, ümumiyyətləİbsenin siyasi, ictimai-sosial, elmi-fəlsəfi düşüncələrinə bələd olmayan oxuculara belə görünə bilər ki, haqqında danışdığımız həmin “Kuklalar evi”, birmənalı olaraq,qadın azadlığı haqqında yazılmış bir əsərdir.