“İnsan həyatının başlanğıcı qadın sinəsində doğur
İlk kiçik sözləriniz onun dodaqlarından öyrənilir,
İlk göz yaşlarınızı o silir, və son nəfəsiniz
Tez-tez onların qulaqlarına üfürülür,
Kişilər onlara rəhbərlik etmiş insanın son saatında
Ona qayğı göstərmək kimi rəzil işdən qaçdıqları halda.”
Hər iki parça qadının dəyərini doğru nöqteyi-nəzərdən göstərir. Qadın bədəninin görünüşünə baxmaq kifayətdir ki, onun nə mənəvi, nə də fiziki olaraq ağır iş üçün nəzərdə tutulmadığını anlayasan. O, həyata olan borcunu əslində etdikləri ilə deyil, əzabları ilə ödəyir – doğmaqla, uşağa baxmaqla, səbirli və gülərüz yoldaş olmağa məcbur olduğu ərinə tabe olmaqla. Yüksək kədərlər və sevinclər və ya gücün əzəmətli nümayişi onlar üçün deyil. Qadının həyatı kişininkindən daha sakit, daha nəzərəçarpmaz və daha yumşaq axıb getməlidir, fərqi yoxdur, o xoşbəxtdir, ya yox.
Qadın lap əvvələn ilk uşaqlıq illərimizin tərbiyəçisi və dayəsi kimi hərəkət etməyə yönəlikdir, sadə bir səbəbə görə — çünki özləri də uşaqdırlar, səfehdirlər, uzağı görməzlər, bir sözlə, həyatları boyunca böyük uşaq olaraq qalırlar, uşaqla əsl insan olan kişinin ortasında bir yerdə dayanırlar.