Əziz Nesin satirası kateqoriyası üzrə məqalələr

Oğru bu idimi?

Ona gəmidə rast gəldim. Qan-tər içində idi.
— Bu nə sir-sifətdir? — deyə soruşdum.
— Başıma gələnlərdən xəbərin yoxdur?
— Yooox… Xeyir ola, nə olmuşdur?
— Daha nə olacaq? Dilə-dişə düşmüşük. Sənin isə xəbərin yoxdur. Neçə gündür ki, əldən-ayaqdan düşüb ev axtarırıq. Yaxşı bir ev tapa bilsəm də, işim düzəlməyəcək. Nə eləsəm də, izimi itirə bilməyəcəyəm. Ən yaxşısı Avropaya qaçmaqdır...
Düzü, əvvəl elə zənn etdim ki, başına bir iş gəldiyi üçün polislər onu axtarır. Onu gəminin bir tərəfinə çəkdim. Qulağına əyilib yavaşdan:
— Sənə kömək edə bilərəmmi? — deyə soruşdum.
— Sən olmayasan, lap Xızır əleyhüssəlam gələ, yenə mənə kömək edə bilməz.
— Bir cinayət eləmisən?
— Yox canım. Kaş ki, cinayət eləyəydim.
— Mən, bəlkə də qonşuları ilə qan davaları var, — deyə fikirləşdim.
— De görüm, səni kim təqib edir? Bəlkə səni gizlətmək üçün bir yer tapa bildik.
— Ömrün uzun olsun. Ancaq bu mümkün olan şey deyil.
— Bir məni başa sal görüm, nə olub!

Davamı →

Böyük adamın qardaşı oğlu

Biz idarədə qardaş kimi dolanırdıq. Hamımız da burada çoxdandır işləyir, bir-birimizi yaxşı tanıyırdıq. Aramızda dedi-qodu olmazdı. Hamı bir-birini sevir və hörmətini saxlayırdı. Lap qohum kimiydik.
Biz beləcə rahat və xoşbəxt ikən günün birində müdir bizim otağa girdi. Yanında da cavan bir oğlan. Müdir bir az qayğı və bir az da hörmətlə, əli cavan oğlanın çiynində, onu özündən əvvəl otağa buraxdı. Özü də arxasınca girdi. Ayağa qalxdım. Ardımca yoldaşlarım da ayağa qalxdılar.
Bizim müdir çox yaxşı adamdır. Amma bir az sərtdir. Heç birimizə üz verməz, otağımıza da heç gəlməzdi. Görünür bu gəlişdə nə isə bir iş vardı. Cavan oğlana baxır, amma onu heç kəsə, heç şeyə oxşada bilmirdim. Yuxarıdan gəlmiş vəzifə sahibi desəm, oxşamırdı. Hərçənd indi azı uşaq yaşda olan cavanlar da müfəttiş vəzifəsində çalışırlar, amma bu onlara da bənzəmirdi. Müdir bəs nə üçün onun qoluna girmişdi?

Davamı →

Biz evə qəzet almırıq

Ankarada, neçə ildən bəri görüşmədiyim çox yaxın bir dostumun evində qonaq idim. Səhər tezdən yuxudan oyanan kimi qəzet oxumasam, başqa iş görə bilmərəm. Mən qonaq yerində də bu vərdişimdən əl çəkmək istəməyib səhər tezdən xidmətçidən qəzet istədim. O, əvvəlcə özünü eşitməməzliyə vurdu. İkinci dəfə istəyəndə isə bir söz deməyib getdi. Mən elə bildim ki, o, qəzet gətirməyə getmişdir.
Bir az sonra dostumun arvadı salona gəldi.
— Sabahınız xeyir!...
— Sabahınız xeyir...
— Rahat yata bildinizmi?
— Çox rahat yatdım.
— Xidmətçidən qəzet istəmişsiniz?
— Bəli.
Qadın pıçıltı ilə dedi:
— Biz evimizə qəzet almırıq.
Mən də onun kimi pıçıltı ilə soruşdum:
— Nə üçün?
O yenə də pıçıltı ilə dedi:
— Əvvəllər hər səhər üç qəzet alırdıq, indi almırıq… Altı aydır evimizə qəzet gəlmir.
Mən yenə də pıçıltı ilə:
— Nə üçün yavaşcadan danışırsınız – deyə soruşdum.
O bir az da qulağıma tərəf əyilib dedi:
Davamı →

İsmətimi necə qorudum

Çox şükür olsun ki, ismətimi tərtəmiz, toz zərrəsi qədər də ləkələndirmədən qurtardım. Bəyəfəndi, deyin görüm insan nə üçün yaşayır? İsmətli olmaq üçün yaşamır? Əlbəttə ki, ismətli olmaq üçün yaşayır. Bir qadın ismətini itirdi, üstəlik camaat da bundan xəbər tutdusa, sonra o qadın bir qəpiyə də dəyməz, heç kim onun üzünə baxmaz. Bəyəfəndi, elə bu səbəbə görə ismətimi çox yaxşı qorumuşam.
Onlar çox azğın ismət düşmənləriydi. Görüm onların gözü çıxsın, harada bir ismətli qadın görsələr ona göz dikirdilər. Hələ saf bir ismət görəndə onu ləkələmək üçün əllərindən gələni edirdilər.
Bəyəfəndi, mənim başıma gələnlər, heç kimin başına gəlməmişdir. Hansı birini sizə danışım. Bəyəfəndi, çox şükür ki, o vaxtlar keçdi, çox şükür ki, ismətimiz də azadlığa qovuşdu. Bəyəfəndi, vətənimiz, millətimiz var olsun...
Mənim də ismətimə göz dikdilər. Çox üzr istəyirəm, elə bilməyin ki, mən özümü tərifləyirəm, ancaq bircə onu deyim ki, mənim çox təmiz bir ismətim vardır. Əgər inanmırsınızsa, məni yaxından tanıyanlardan soruşa bilərsiniz.
Davamı →
Top