Sən demə, iqamət dəyişikliyi ilə həyatı dəyişmək mümkün imiş. Bakıda sıradan bir vətəndaş ikən Amerikada rok starı ola bilər və ya evini dəyişməklə həyatını da dəyişə bilərmişsən.
QOÇ — isti iqlimə sahib olan şəhərlər bu bürcün nümayəndələri üçün uyğundur. Yaşayacaqları bölgədə açıq hava idman zallarının olması vacibdir: Misir, Yunanıstan.
BUĞA — yer dəyişikliyini sevmir. Bu fikrə düşmək üçünsə gərək uzun-uzadı düşünsünlər. Bitki örtüyünün və suyun bol olduğu liman şəhərləri onlar üçün uyğundur: Argentina, Afrika, Norveç, Yaponiya.
ƏKİZLƏR — onlar cansıxıcı olmayan şəhərləri tərcih etməlidirlər. Gün içində yeni insanlarla tanış olmaq, turlara çıxmaq ən sevdikləri məşğuliyyətdir: Misir, Norveç, İtaliya, Finlandiya.
XƏRÇƏNG — özünü harada təhlükəsiz hiss edirsə, orada da xoşbəxt olur. Yaşadıqları yerləri məcburiyyət qarşısında qalmasalar, dəyişməzlər. Uyum və öyrənmə istedadları vardır. Nəmli, sulu, inancları güclü olan insanların yaşadıqları şəhərləri seçərlər: Baham adaları, Rumıniya, özəlliklə də Amerika.
ŞİR — teatr, film, animasiyaları çox sevir. Bir çox Şirlər aktyorluq qabiliyyətini elə tətil səyahəti zamanı ortaya çıxarırlar: Hollandiya, İngiltərə, İsveçrə, Almaniya, İtaliya.