Ukraynallı rəssam Svetlana İvançenko balıqqulağı, qum və dəniz kənarından tapdığı digər materiallardan möhtəşəm sənət nümunələri hazırlayır. Bu şəkillərdə seçilmiş balıq qulağı, qum, müxtəlif başqa bitkilərdən və ağac qabıqlarından istifadə olunub,rənglər isə gördüyünüz kimi təbiidir və heç bir süni boyadan istifadə edilməmişdir.
İngiltərənin Norfolk qraflığından derhemli fotoqraf Şelli Uol ölkədə ailəvi fotoların, əsasən də körpə uşaqların fotolarının çəkilməsində mütəxəssis sayılır. Onun şəkillərinə daha çox orijinallıq verən isə çətiliklərin təbii işıqlandırma ilə aparılmasıdır.
Valideynlər Şellinin qəbuluna düşmək üçün uşaq doğulmamışdan bir neçə ay öncə müraciət edirlər.
2 həftəlik olan balacaların «Yatan körpələri oyatmayın» seriyasından məftunedici fotoları.
Fotoşəkillərlə ilə əlaqədar hər gün yeni-yeni maraqlı ideyalar meydana çıxır.
Bu gün də sizə möhtəşəm ideyalardan birini təqdim etmək istəyirəm.
Belə ki, mükəmməl şəkildə əllə çəkilmiş rəsmlər real fotoşəkillərlə qarşılaşdırılırvə maraqlı sənət əsəri alınır.
Bu fikrin müəllifinin kim olduğunu bilməsəm də, deməliyəm ki, çox maraqlı və gözəl alınıb.
Londonlu rəsam Kelvin Okofor adi insan kimi yatsa da məşhur oyandı. Onun qeyri-adi texnikası qiymətləndirildi, rəsm əsərləri sərgidə böyük qiymətlərə satışa qoyuldu.
Onun əsərlərinin qəhrəmanlarının saatlarla eyni vəziyyətdə durmağa ehtiyacı yoxdur. Şəkillər fotoların surətidir. Maraqlıdır ki, 27 yaşlı rəsam dizinin üstünə vərəqi qoyaraq, ancaq karandaşla işləyir. Təsvir o qədər real çəkilir ki, bəzən onları ayırmaq mümkün olmur.
Ancaq diqqətlə baxanda karandaş ştrixləri müəəyn edilir. Bu cür texnika fotorealizm adlanır.