Hər birimiz nə vaxtsa qayğılardan qurtulmaq üçün uzaqlarda kimsəsiz adalardan birinə getməyi arzulayırıq.
Amma əgər bu fikir təkcə sizdə deyil, birdən-birə minlərlə insanın ağlına gəlsə kimsəsiz adalar sıx əhalisi olan tarixi ada şəhərlərə çevrilər.
Qeyd edək ki, Avropada bu cür ada şəhərlər çoxdur.
İlk baxışdan bu ev tornadonun acı nəticəsi kimi görünür: elə bil tufan evi yuxarı qaldıraraq baş-ayaq edib və təzədən yerinə atıb.
Memarlar İrek Qlovaçki və Marek Rojanski Terfens şəhəri üçün yenilik yaratmaq istəyirdilər.
Onlar təkcə layihənin modelini hazırlamaq üçün 8 ay vaxt sərf ediblər.
Detalizasiyanın səviyyəsinə baxanda onların nə üçün bu qədər zamana ehtiyac olduğu aydınlaşır.
Ev xarici görünüşü ilə maraq cəlb eləsə də, daxili interyeri insanı heyrətləndirir.
Takanori Aiba-yapon fotoqrafı,rəssamı,illüstratoru və memarıdır.O,jurnalların illüstrasiyasından başlayaraq,zamanla pəşəkar dizayner və memar olmuşdur.Onun son işi isə qeyri-adi bonsay ağaclarıdır.Sənət əsərində qəribəlik ondadır ki,uzaqdan bonsay stilində evə bənzəyir,yaxınlaşanda isə....
Onun işlərində memarlıq və dizayn vəhdətlik təşkil edir.Əsərlər baxanda özünü nağıllar aləmində,ağaclar arasında yaşayan xeyirxah məxluqlar sırasında hiss edirsən.Bunun üçün Aiba hətta bir neçə personaj da yaradıb.Bələliklə hər bir insan özü üçün hekayə qura bilər.
Əsas bir balaca fantaziya olsa bəsdi.
Qeyd edək ki,bu kompazisiyalardan real həyatda da,məsələn parklarda istifadə etmək olar.1978-ci ildən illüstrator işləyən Takanori öz işləri üçün bir çox mükafatlara layiq görülüb.Yokohama da muzeylərin biri və “Skylark Gusto” restoranlar şəbəkəsinə dizaynı da o verib.Öz işlərində münasibətdə isə Takanori gülərək bunları deyir:”Bəlkə də mən hələ böyüməmişəm”.