Çində Xunan əyalətində dağ silsiləsinin təpəsinə qaldıran Baylun liftinə minmək hündürlükdən qorxanlar üçün əsl dəhşətdir. Bununla belə 330 metr hündürlüyə qalxanda 50 nəfərlik şüşə kabinədən baxarkən möhtəşəm görünüş insanları heyrətləndirməyə bilmir.
Yüz Əjdaha Lifti də adlanan Bailong Elevator 1999-cü ildə tikilib. Buna kimi turistlər dağın təpəsinə ancaq azı 3 saat piyada qalxa bilərdilər. Lakin qayalıq demək olar ki, dik olduğundan buna da hər adam ürək eləmirdi. Hazırda isə bu məsafə cəmi bir dəqiqəyə qət edilir.
Qeyd edək ki, liftin üstünlüklərindən biri də budur ki, zəlzələ, yaxud da digər təbii fəalakətlər zamanı insanlar təcili evakuasiya oluna bilərlər.
Qocalma hər birimizin gözü önündə baş verən vizual prossesdir. Fotoqraf Bobbi Nil Adams bu prossesi daha da vizuallaşdırıb. Belə ki, o son “Ailə ağacı” adlanan layihəsində ailələrin, qohumların necə də bir-birinə bənzədiyini göstərmək istəmişdir. Aşağıda təqdim olunacaq şəkillərin fotoqraf bir tərəfini kəsmiş ailənin bir başqa üzvünün (ana atanın, ikinçi hissə də isə uşaqlarının yəni qızı və ya oğlunun) simasını əlavə etmiş və bununla bənzərlikləri göstərmək istəmişdir. Fikrimcə maraqlı alınıb.
Skype-İsveçdə yaranan səsli və görüntülü danışmağa imkan verən kompyuter proqramıdır.
Şimali Amerkada Kaliforniya ştatında yerləşən «Skype» ın əsas ofisi ilə sizləri bugün tanış etmək istərdim. «Skype» 2003-cü ildə Anti Heinla, Priit Kasesalu və Jaan Tallin tərəfindən yaradılıb. Daha sonra isə (2011-ci ildə) Microsoft firması «Skype» ı 8.5 milyard dollara satın almışdır.
Ofisin dizaynı ilə Blitz firması məşğul olmuş, və Skype şirkəti üçün kreativ eyni zamanda funksional işçi məkanı yaradmışdır. Blitz firmasının qarşısına qoyulmuş məqsəd Skype üçün səviyyəli fərqlənən ofis yaratmaq idi. Yüksək təchizatlı avadanlıqla təmin olunmuş ofis 5000 m2 sahəni əhatə edir. Bu layihə «yaşıl» ekoloji tikinti LEED Silver sertifikatına layiq görülmüşdür.
«Fraktal» sözü«fractus» latın sözündən yaranıb və«bölünmüş»,«parçalanmış»,yaxud «qırılmış» anlamını verir.Hissələri müəyyən mənada onun özünə oxşayan strukturlar fraktal strukturlardır.Qurulma prinsipindən asılı olaraq fraktal görüntülər üç sinfə ayrilır:həndəsi,cəbri, stoxastik.Fraktal qrafika əsasında təbiətdəki obyektlərə çox bənzəyən mürəkkəb obyektlər qurmaq olar.Fraktalın başlıca xassələrindən biri özünəoxşarlıqdır.Onların böyüdülmüş hissələri özünə və bir-birlərinə bənzəyir.Fraktalın kiçik bir hissəsi bütöv fraktal haqqında informasiyanı özündə saxlayır.
Fraktal qrafika,müasir və orijinal sənət formalarından biridir,riyazi düstürlar tərəfindən hazırlanır,eyni zamanda bir çox insanları özünə cəlb edir.Onun yaradılması üçün qələm,boya və ya digər rəngləyici vasitələrdən istifadə olunmur.İtalyanlı rəssam Silvia Cordedda fraktal hesablamalar nəticəsində inanılmaz vizual görüntülü şəkillər yaradır.Rəssam ixtisaslaşdırılmış proqramlardan istifadə edərək elə “bitkilər” yaradır ki,heç real həyatda da rastlamarıq.