Fotosessiya kateqoriyası üzrə məqalələr

İncəsənət nümunəsi olan dəhlizlər

Astraxanda rəssam Boris Çerniçenko yaşadığı binada dəhlizləri şəkil qalereyasına çevirib.
Bu binanın sakinləri evlərinə girərkən özlərini təbiətin qoynunda hiss edirlər. Birinci mərtəbə ağcaqayın meşələri, ikinci mərtəbə hamar yollar… Bütün divarlar mənzərə ilə örtülüdür.
Məşhur incəsənət xadiminin sözlərinə görə 8 mərtəbəni rəngləmək üçün ona bir neçə həftə vaxt lazım olub. Hər bir meydança özünəməxsus ahəng və məzmuna malikdir.
Davamı →

Saqqızdan küçə incəsənəti

Ben Uilson insanların tulladığı və bir çoxlarının da tapdaladığını incəsənət nümunəsinə çevrir.Öz qeyri-adi incəsənətini yaymaq üçün Bill saqqız axtarır.Son 6 ildə o küçələri gəzərək qurumuş saqqızların üzərində rəssamlıqla məşğul olur.Əlbətdə böyük pislikdən nəhəng yaxşılıq alına bilər.Ancaq əyri oturaq,düz danışaq:Londonlular saqqızları ağızlarından çıxararaq səkiyə atanda ümumiyyətlə heç nə barədə düşünmürlər.Burada əlində xüsusi boya naboru olan Benin növbəsi gəlir.o adi zibildən nəzərləri cəlb edən gözəl bir incəsənət nümunəsi yaradır.O,əvvəlcə asfalta yapışmış saqqızı tapır (ən çətini budur),sonra onu qızdıraraq üzərini lakla örtür.Bələlliklə akril boyaya başlamağa tam hazırdır.  
Davamı →

Tottori qum təpələrində abidələr

Tottori qum təpələrində yerləşən muzeydə sənət ustaları öz möhtəşəm əsərlərini bitiriblər.Dünyanın ilk qum muzeyində 5-ci dəfə keçirilən bu sərgi Olimpiya oyunları ilə əlaqədar olaraq «Böyük Britaniya» mövzusuna həsr edilib.Qeyd edək ki,sərgi aprelin 14-dən 2013-cü ilin yanvarına kimi davam edəcək. 
Davamı →

Sənət əsərlərinə çevrilən zibillər

Həyatımızda lazım olmayan dəyərsiz şeylərə demək olar ki,hər yerdə rastlaşırıq:o,ayaqqlarımızda dolaşır,bəzən evimizdə müəyyən yerləri tutur,zibbiliklərdən belə onlardan can qurtarmaq olmur.Lakin elə insanlar var ki,onlar zir-zibillərdən belə sənət əsəri düzəldərək,onların içərisindəki gözəlliyi çıxardır.İngiltərədən olan Syu Vebster və Tim Noblun da məhz belə adamlardandırlar.Bu rəssamlar özlərinə məxsus xüsusi texnika ilə kölgə əsərləri yaratmaqla məşhurdular.Bunun üçün imkan olduqca ilk baxışdan nəzəri cəlb etməyən çoxlu metal qalıqlar yığılır.Düzgün işıqlandırma ilə zibil yığını möhtəşəm sənət əsərinə çevrilir.
Davamı →

Uilyam Payın möhtəşəm su burulğanı

Uilyam Payın «Xaribda» adlanan su burulğanı abidəsində şəffaf akril silindrində suyun dairəvi axınının möhtəşəm görüntüsünü müşahidə etmək olar.Silindrin ətrafında pillələr düzülüb ki,istəyən şəxs üstdən də rahat müşahidə edə bilsin.Bu abidə 2000-ci ildə Darem qraflığında bir otel üçün xüsusi hazırlanıb.
Davamı →

Rəssam Endryu Myersin heyrətamiz əsərləri

Endryu Myers Almaniyada doğulub İspaniyada böyümüş gənc rəssamdır. Avropanın modern həyat tərzi, klassik memarlıq inciləri Endryunun sənətinə də təsir etişdir. O, bir-birindən gözəl rəsmlər və heykəllərin müəllifidir.

Mismarlardan hazırlanan sonuncu kompozisiyaları isə görənləri heyrətə gətirir.

Endryu müsahibələrində bu tip kompozisiyaların əslində öz sənətindən uzaq olduğunu deyib: «İllərlə məcazi anlamı olan bürünc heykəllər işləmişəm. Lakin daima “daha yaxşı” və daha mənalı əsərlər  üçün çalışmışam. Bütün bunlar mənim üçün çətin başa gəlsə də, maraqlı və qeyri-adi olduğuna görə həvəslə işlədim”.

Qeyd edək ki, rəssam daha da maraqlı əsərlər yaratmaq üçün böyük planlar qurur, lakin bu layihələrin nədən ibarət olduğunu isə hələ açıqlamayıb.

Davamı →

YUMURTA QABIĞINDAN MÖHTƏŞƏM ŞƏBƏKƏLƏR

Paraqravyor (stomotoloq alətinə oxşayır) adlı  yüksək sürətli qurğudan istifadə edən Brayn Beyti yumurta qabığından möhtəşəm əsərlər yaradır.
Belə kövrək materialda işləmək üçün insanda möhkəm əl və böyük səbr lazımdır.
Rəssamın əsərləri təkcə sərgilərdə nümayiş olunmur, həmçinin bir neçə müsabiqənin qalibi də seçilib.
Brayn oyma sənəti ilə  2005-ci ildə yüksəksürətli qurğu alandan sonra maraqlanıb. Ancaq incəsənətlə əvvəllər də məşğul idi. Rəssam şəkil çəkməyi xoşlayırdı, zaman-zaman  heykəltaraşlıq da edib.
Yumurta üzərində şəbəkələr hazırlamaq ideyası barədə isə Brayn bunları deyir: «Bu, mənim  ilk işimdir. Balqabaq, tüfəng qundağı və sair əşyalar üzərində naxışlar oymuşam. Ancaq yeni aləti satın alandan sonra, onu yoxlamaq istəyərkən əlimin altında yalnız yumurta var idi. Beləliklə, məndə ən kövrək materialdan əsər yaratmaq barədə ideya yarandı. Çox möhtəşəm alındı.»

Davamı →

KİTAB ÜZƏRİNDƏ OYMA NAXIŞLAR

Müasir rəssam Brayan Dettmer qədim kitablardan inanılmaz incəsənət nümunələri yaradır.
Heyrətamiz əsərlərin müəllifi Brayn öz işində bıçaq, kəlbətin və cərrah alətlərindən istifadə edir.
Detmer hətta tənqidçilər tərəfindən də tanınaraq, onların alqışını qazanıb. Onun işlərini  bir çox qalereyalarda görmək mümkündür.  Müəllif özü işləri barəsində bunları deyir: «İnformasiya əsri fiziki formada solur. Cüzi informasiya axını getdikcə sürətlənir, material və tarix isə yoxa çıxır. Materialların mənəvi çəkisindən asılı olmayaraq və tarix qarşısında məsuliyyət hiss etməyərək yeni informasiya növləri tez-tez şəklini dəyişir. Real dünyada donmuş material qalır, lakin virtual aləmdə ümumiyyətlə məhv olur. Tarix itir. Çünki formatlar  fizik sabitlikdən rəqəmsal yoxsulluğa kimi dəyişir. Bütün dünya kitabların zənginliyinə və dərinliyini qiymətləndirsə də, bir çoxlaprı tərəfindən nəzərə belə çarpmır. Müasir dünyada  kitabların əhəmiyyəti öz vacibliyini itirib, forması isə xətli və xətsiz dünyada qalıb. İnformasiyaların  fiziki formasını dəyişməklə, onun yeni, hələ heç kimə bəlli olmayan tərəflərini də çıxartmaq olar. Mən də məhz bu istiqamətdə işləyirəm, kommunikasiyanın kitab, xəritə, plyonka və digər informasiya vasitələri kimi obyektlərini redektə edirəm. Beləliklə onların rolu dəyişir, yeni məna əldə edir. Əvvəlcə kitabın bütün qırağını yapışdırıram. Beləliklə bağlı bir qab əldə edirəm. Sonra üzərində kəsərək ön ətrafını ayrmağa başlayıram. Bıçaqlardan, kəlbətinlərdən və cərrah alətlərindən istifadə edərək ancaq özümə lazım olan hissələrini saxlayıram. Kitaba heç nə əlavə olunmur, ancaq bəzi fraqmentləri üzə çıxarılır».
Qeyd edək ki, Dettmerin əsərlərini ABŞ, Meksika və Avropa sərgilərində görmək mümkündür
Davamı →

KAĞIZDAN HAZIRLANAN MÖHTƏŞƏM QƏSR

Məlumata görə bu qeyri-adi, möhtəşəm qəsr kağızdan hazırlanıb. Əsər yapon rəsam Vataru İtunun əl işidi.
Bu qəsrə baxarkən detallara, nəticənin incəliyinə və ustadın səbrinə heyran olmamaq mümkün deyil. Ən çox təəccüb doğuran isə işıqlandırmanın qəsri tanınmaz dərəcədə dəyişməsidir.
Qeyd edəki ki, möhtəşəm əsəri yaponlar «okeanda qəsr» adlandırıblar.
Davamı →
Top