
Cinsi yolla yoluxan və ən çox yayılan xəstəliklərdən (cyyx) biri də qonoreyadır. Bir sıra hallarda xəstə anadan doğuş zamanı dölə, xəstə insanın çirklənmiş hamam-tualet dəsti, paltarları, tibbi alətlər vasitəsilə də sağlam insanlara yoluxan bu xəstəlik çox müxtəlif adlarla (süzənək yaxud triplit) tanınır. Geniş sürətlə yayılması və kifayət qədər ciddi fəsadlara yol açması ilə kişi və qadın sonsuzluğunun səbəbləri arasında çox böyük çəkiyə malikdir. Qonoreyanın törədicisi neysseriya qonorreya adlanan bakteriyadır.
İsti havada bir çox digər orqan və sistemlər kimi böyrəklər də güclü yükləmələrə məruz qalır. İsti havada qan qatılaşır ki, onu təmizləmək böyrəklərə daha çətin olur. Məhz isti havadan böyrəklərdə daşların əmələ gəlməsi riski da artır. 
Tez-tez edilən bəzi səhvlər ümumi sağlamlığa təsir etdiyi kimi, böyrəklərə də təxmin etdiyimizdən çox zərər verir. Böyrəklər bədənin həyati orqanlarından biridir. Əsas funksiyaları bədəndəki tullantıların və toksinlərin sidik vasitəsilə atılmasını təmin etməkdir. Eyni zamanda, kalsium və fosfat kimi mineral səviyyələrini nizamlayır. Buna görə də böyrəklərin düzgün işləməsini dəstəkləmək həyati dərəcədə əhəmiyyət daşıyır. Hər hansı bir formada zərər aldıqları təqdirdə bu simptomlar özünü göstərir: qusma, pis nəfəs qoxusu, sidik rəngində və keyfiyyətində dəyişiklik, baş gicəllənməsi, dəridə qaşınma, nəfəs problemləri, ani aclıq, anemiya, yorğunluq, davamlı üşümə və s.
Sağlam böyrəklər orqanizmdə filtr funksiyasını həyata keçirir.
Böyrəklərin əsas vəzifəsi qanı bir sıra zərərli maddələrdən təmizləməkdir. Onlar gün ərzində bizim qanımızı dəfələrlə (1 dəqiqədə təxminən 1 litr olmaqla) öz “süzgəclərindən” keçirərək onun tərkibində olan parçalanma məhsullarını, toksinləri, şlakları, öldürülmüş və ya tam öldürülməmiş mikrobları təmizləyirlər.
Lakin bəzən böyrəklər xəstəlikləri və ya patologiyaları səbəbindən onların funksiyası pozulur və böyrəklər qanı yaxşı təmizləyə bilmir. Nəticədə orqanizmdə ziyanlı maddələrin konsentrasiyası təhlükəli səviyyəyə qalxır. Bu vəziyyət «böyrək çatışmazlığı» adlandırılır. Böyrək çatışmazlığı ona səbəb olan xəstəlikdən asılı olaraq kəskin və ya xroniki ola bilər. Əgər bu vəziyyətdə lazım olan müalicə tədbirləri görülməzsə, insan həlak ola bilər.
Həm kəskin, həm də xroniki böyrək çatışmazlığı zamanı ən geniş istifadə olunan müalicə metodlardan biri hemodializdir. Bu termin iki yunan sözdən əmələ gəlib — «haemo» (qan) və «dialisis» (ayırma). Hemodializ — xüsusi «süni böyrək» apparatın köməyi ilə qanın effektli şəkildə təmizlənməsidir. Hemodializ zamanı xəstənin qanı bütün burada yığılan toksiki maddələrdən, duzlardan, artıq mayedən azad olur.