Sidik axarının daşları sidiyin böyrəklərdən axınının qismən və ya tam blokadası zamanı təzahür edir. Bu səbəbdən 90-95% pasientlərdə sidik axarının daşları yalnız böyrək sancısı yarandıqda aşkar edilir.
Sidik axarının mənfəzi daşla qismən tutulduqda ağrılar küt olub, müvafiq qabırğa-onurğa sütunu bucağında yerləşir. Sidik axarının tam obturasiyası zamanı sidiyin böyrəklərdən axını kəskin pozulur, ləyənlər genişlənir, ləyəndaxili təzyiq yüksəlir.
Böyrək toxumasında mikrosirkulyasiyanın pozulması və sinir uclarının qıcıqlanması güclü ağrı tutmasına-böyrək sancısına səbəb olur.