Sidik-cinsiyyət sistemi kateqoriyası üzrə məqalələr

Böyrəklərin xalq təbabəti üsulları ilə təmizlənmsəi

Böyrəkləri sağlam saxlamaq üçün insan ilk növbədə düzgün və sağlam qidalanmalıdır. Acı, duzlu, qızarmış, çox yağlı, hisə verilmiş qidalar böyrəklər üçün ziyanlıdır.

Böyrəklərimiz meyvə-tərəvəz, süd məhsulları, yarmaları, təbii şirələri xoşlayır. Buna əks-göstərişlər yoxdursa, gün ərzində 2 l maye qəbul edin. Bu təmiz su, kompot, şirə, çay və s. ola bilər. Susuzlaşmaya yol verməyin. Susuzlaşma insanın orqanizminin bir çox funksiyalarını (o cümlədən, böyrəklərin funksiyasını) kəskin şəkildə pozur.

Böyrəklər istini sevir, soyuğu, nəmliyi isə xoşlamırlar. Tez-tez baş verən soyuqlamalar, soyuq və nəm otaqda yaşamaq, soyuq suda, yaş paltarda (məsələn, dənizdə dincəldiyi zaman) uzun müddət qalmaq hiss edilmədən böyrəklərin xroniki iltihabına səbəb ola bilər. Soyuq qış günlərində mümkün qədər isti geyinmək, bel nahiyəsini isti saxlamaq,  uzun gödəkçələrə üstünlük vermək lazımdır.

Böyrəklər hərəkət sevir (bədən tərbiyəsi, idman). Hərəkət onaların qanla təchiz olunmasını yaxşılaşdırır. Bəzi yoqa mövqeləri var ki, onlar böyrəklərin fəaliyyətinin yaxşılaşmasına kömək edir. Lakin böyrəklər həddən artıq yükləmələri xoşlamır (xüsusilə ağır çəkilərin qaldırılmasını).

İldə 2 dəfə olmaqla böyrəkləri orada yığılan duz, qum və s. maddələrdən təmizləmək lazımdır.

Yayda bu daha asandır. Böyrəkləri qarpız və xiyar çox yaxşı təmizləyir.

Böyrəklərin təmizlənməsi üçün müxtəlif müalicəvi otlar və s. təbii vasitələr çox geniş istifadə olunur.

Davamı →

Nefroptoz - böyrəyin sallanması

Bədənin vəziyyətinin dəyişilməsi, nəfəsalma zamanı böyrəklər şaquli istiqamətlə 1-2 sm olmaqla yerini dəyişir.

Bu normal fizioloji prosesdir. Lakin bəzən böyrək 10 sm kimi aşağı enir, hətta kiçik çanağa düşür, bəzən isə burulur. Böyrəyin belə həddən artıq hərəkətliliyi «nefroptoz» adlandırılır.

Nefroptoz təhlükəli pozulmadır. Nefroptoz zamanı böyrəyin normal fəaliyyəti pozulur.Nəticədə bu böyrəkdə iltihab inkişaf edə bilər, daşlar əmələ gələ bilər. Bundan əlavə böyrəklərin normal fəaliyyətinin pozulması nəticəsində insanda arterial hipertenziya (arterial təzyiqinin patoloji yüksəlməsi) inkişaf edə bilər.

Əksər hallarda nefroptoz qadınlarda inkişaf edir. Bunun səbəbləri arasında:

Davamı →

Böyrək daşı xəstəliyi

Böyrək daşı xəstəliyi – böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Bu zaman böyrəklərdə və/və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir.

Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların hər hansı bir xəstəliyinin müayinə edilməsi zamanı aşkar edilir.

Əksər hallarda isə onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar (bu barədə xəstəliyin simptomları bölməsində oxuya bilərsiniz) və digər əlamətlərlə müşayiət olunurlar. Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər.
Davamı →

Ehtiraslı bitkilər

Şəfalı bitkilər, stress nəticəsində yaranan cinsi istəksizlik yaşayanların imdadına yetişə bilər. Mütəxəssislər bu problemlərin ortaya çıxmasında psixoloji faktorların önəmli rol oynadığını söyləyirlər. Stress səbəbindən cinsi istəksizlik yaşayanlara şəfalı bitkilər kömək edə bilər. Sizlərə xarici saytlara istinadən ehtirası artıran bitkiləri təqdim edirik.
Davamı →

Erreksiyanı zəiflədən səbəblər

Depressiya
Depressiyaya düçar olmuş şəxslərdə beyin errektiv zonaları yaddan çıxarda bilər. Əslində seksual həyəcanlanma insanın beynindən başlayır və aşağıya doğru davam edir. Depressiya sizin istəyinizin qarşısını alıb errektiv disfunksiyaya səbəb ola bilər. Nə qədər istehzalı da olsa, depressiyanın qarşısını alan dərmanların əksəriyyəti də erreksiyanı zəiflədir.
Alkaqol
Kiçik bir miqdarda "əsarət" üçün istifadə olunsa da, alkaqoldan sui istifadə aktın sonlaşdırılmasının qarşısını alır. Alkogoldan çox istifadə bir qayda olaraq erreksiyaya təsir etsə də, bu qısamüddətlidir. İçkidən çox istifadə həmçinin ürək-qan-damar sisteminə ziyanlı təsir edir və bu da ereksiya ilə birbaşa əlaqədardır.
Davamı →

Spermsiz kişilər

Azospermiya kişi mənində sağlam çoxalma qabiliyyətli hüceyrələrin olmamasıdır.Bunun infeksion,cərrahi əməliyyat sonrası,genetik,xronikxəstəliklər,böyrək və qaraciyər  çatışmazlığı,istifadə olunan dərmanlar,radiasiyaya məruz qalma kimi bir çox səbəbi var.

Davamı →

Çay içən kişilərə xəbərdarlıq

Alimlər 21-75 yaş arası kişilər üzərində araşdırma aparıb.

Davamı →

Qarın kişiləri kişilikdən uzaqlaşdırır

İri  qarına sahib olan kişilər sidikxaricetmə və ereksiya ilə bağlı ciddi problemlər yaşayırlar.Problemlərin özünü tam şəkildə büruzə etməsi isə artıq kişi çanağının həcminin 100  sm-ə çatması ilə başlayır.
Davamı →

Sidik-cinsiyyət sisteminin neoplazmaları

Sidik-cinsiyyət sisteminin neoplazmaları hər iki cinsdə və hər yaşda rast gəlinə bilər. Onkoloji xəstəliklər içərisində kişilərdə 30%, qadınlarda isə 4% hallarda rast gəlinir. Böyrəklərin karsinoması dedikdə rast gəlinən neoplazmaların 2.5%-ni böyrəklərin adenoması başa düşülür. Qeyd etmək lazımdır ki, kişilərdə bu xəstəlik iki dəfə daha çox rast gəlinir. Adenokarsinomanın əmələ gəlməsinin səbəbləri: siqaret çəkmə, piylənmə, hipertoniya, böyrək sistaları.

İlk əlamətlərdən biri hematuriyadır (sidikdə qan) və bu minimal dərəcədən maksimal dərəcəyə qədər ola bilər. Daha sonra beldə ağrı, bir neçə həftə ərzində günün ikinci yarısından sonra bədən temperaturunun 38-39 dərəcəyə qədər yüksəlməsi müşahidə olunur.

Davamı →

Sidik daşı xəstəliyi

Xəstəliyin öyrənilməsi alimləri daim düşündürən mövzulardandır. İlk öncə onu qeyd etmək lazımdılr ki, kifayət qədər çox rast gəlinən xəstəlikdir. Sidik daşları 80% hallarda kalsiumdan, 5 %hallarda sidik turşusundan, 2% hallarda sistindən, digər hallarda isə qarışıq tərkibdən  ibarət olur. Daşlar sidik yollarında hər yerdə ola bilər və çox vaxt qanaxma və ağrıya səbəb olurlar. Bəzi daşlar var ki, gizli qala bilirlər, lakin böyrək ləyənciyi, kasacığı, sidik axarını zədələyərsə, bel nahiyəsində  böyrək kolikası adlanan ağrı meydana çıxır.  Ağrı o qədər güclü olur ki, xəstələr dözə bilmirlər. Ağrı ya bədənin  yan tərəflərində ya beldə yaranır, sonra isə böyrək nahiyəsinə keçir, ardıcıl olaraq sidik axarı ya cinsiyyət orqanları yerləşən nahiyə və ən sonda bud nahiyəsinə yayılır.

Davamı →
Top