Prostat vəzin adenoması: prostat vəzin adenoması və ya hipertrofiyası kifayət qədər çox rast gəlinən xəstəliklərdəndir. Amerikada aparılan tədqiqatlara görə, adenoma 30-40 yaxşı kişilər arasında 10%, 40-50 yaş arası kişilərdə 20 %, 50-60 yaşarası kişilərdə 40%, 60 yaşdan yuxarı olan kişilərdə isə 70%-ə qədər təsadüf olunur. Maraqlısı budur ki, kişilərdə yaşlanan zaman sidiyə çıxmaq daha çətin, qadınlarda isə əksinə hətta onu saxlamamaq dərəcəsində də ola bilər. Ahıl yaşlarda kişilərdə nəinki hormonal status dəyişir, həmçinin hormonların müxtəlif toxumalarda çevrilmə prosesi dəyişir, o cümlədən də prostat vəzidə. Normal prostat vəzin 30 qr çəkisi vardır.
Varikosele — toxum ciyəsi venalarının genişlənməsidir. Ən çox 10 — 15 yaşlı oğlanlarda təsadüf edilir. Toxum ciyəsi venalarının genişlənməsi birincili və ikincili olur. Birincili və ya idiopatik varikoselenin etiologiyası bu günə kimi bəlli deyil. İkincili varikosele çox vaxt peritonarxası şişin sol böyrək venasını sıxması nəticəsində baş verir.
Xayalarda qan üç vena istiqamətində hərəkət edir: kremaster, toxumçıxarıcı axacaq və xaya (daxili toxum ciyəsi venası) venaları vasitəsilə. Xaya venası sağ tərəfdə bilavasitə aşağı boş venaya, sol tərəfdə isə sol böyrək venasına açılır.
Bədən çəkisinin 1/200 hissəsini təşkil edən böyrəklərdən bir dəqiqə ərzində ürək tərəfindən bədənə vurulan qanın 1/4 hissəsi keçir (dəqiqədə 1 l və ya gün ərzində 1500 l). Beləliklə, böyrək qan təchizatı başqa üzvlərin qan təchizatından xeyli intensivdir. Misal üçün, 100 q toxumaya düşən qan dövranı böyrəkdə 430 ml/dəq, ürəkdə 66, qaraciyərdə 57, baş beyində 53 ml/dəq-dir.
Böyrək arteriyası (a.renalis) qarın aortasından ayrılır, nisbətən böyük damar olub, diametri 9 mm-ə qədərdir. Böyrək qapısına girəndən sonra o bir neçə pay, sonra payarası arteriyalara (aa.interlobares), sonra qövsvari arteriyalara (aa.arcuatae) bölünür ki, bunlar da paycıqarası arteriyalara və onun dalınca yumaqcıqların gətirici arteriyalarına (vaz afferens) bölünürlər. Gətirici yumaqcıq arteriyası yumaqcıq kapsuluna daxil olandan sonra yumaqcıq kapilyarlarına bölünürlər və sonra yenidən birləşərək çıxarıcı arteriyanı (vaz efferens) əmələ gətirirlər.
Prostat vəzi haqqında hamıda müəyyən qədər məlumat vardır. Çoxları bu vəzin xəstəliyinin ancaq yaşla əlaqədar olduğunu düşünür. Amma bu belə deyil! Prostat vəzi tək üzvlərdən olub, kiçik çanaqda sidikliyin altında, düz bağırsağın önündə, qasıq bitişməsinin arxasında yerləşmişdir. Vəzin konsistensiyasi sərt və şəkli şabalıda bənzəyir. Prostat vəzinin iki səthi var:ön səthi qasıq bitişməsinə, dal səthi düz bağırsağa söykənmişdir. Dal səthin ortasında saqital istiqamətdə bir zəif şırım gedir: bu şırım prostat vəzini iki paya bölür: sağ pay və sol pay. Bunların arasında kiçik bir pay da vardır, buna orta pay deyilir. Bu pay qocalarda hipertrofiya edərək xeyli böyüyür və sidik buraxmağa maneçilik göstərir. Prostat vəzi sərt birləşdirici toxumadan və saya əzələ liflərindən təşkil olunmuş kapsul ilə əhatə olunmuşdur.