Kulinariya kateqoriyası üzrə məqalələr

Meyvə lavaşı


Azərbaycan mətbəxində turş meyvələrdən xüsusən alça və zoğaldan hazırlanan lavaşlar əsrlərlə qida mədəniyyətimizin ayrılmaz bir hissəsi olmuşdur. Lakin digər mətbəxlərdə də bu cür meyvə lavaşları mövcuddur. Lakin onları təkcə turş deyil həmçinin istənilən bişməsi mümkün olan meyvələrdən-banan, mango, moruq, çiyələk, alma, gavalı, qarağat, böyürtkən, şaftalı, kivi, armud, hətta qarpızdan hazırlayırlar.
Davamı →

Qayıq küftəsi

Tərkibi (6 pay):
500 q mal əti
4-5 x.q. narın suxarı
1 ç.q. zirə
1 ç.q. nanə qurusu
1 çimdik qara istiot
1 çimdik duz
1 armudu st. su

İçlik üçün:
1 banka Meksika qarışığı (qarğıdalı, noxud, bibər)
1 soğan
1 ç.q. kəklikotu
2 x.q. zeytun yağı
Davamı →

Öz şirəsində ərik

Ərik kimi digər meyvə və giləmeyvələri — gavalı, nektarin, qara qarağat, dənəli gilənar və s. — də öz şirəsində bağlayıb qışa saxlamaq olar. Piroq, rulet, blinçik, tort, kompot, kisel və s. üçün gərək olanda əvəzsizdir.

Meyvə ilə şəkər tozunu 1:3 nisbətində götürün. Yəni 3 kq meyvə üçün 1 kq şəkər tozu.

 Əriyi yuyun, iki bölüb dənələrini çıxarın. Məsələn, gilənarı elə dənəli də hazırlamaq olar, çünki dənəsini çıxarmaq çox vaxt aparır (amma dənəli meyvələri 8-9 aydan artıq saxlamaq olmaz, dənənin tərkibi elədir ki, sionid turşusu yaradır və zəhərlənmə verir).
Davamı →

Yayın sərin dadı

Yay aylarında gözləri və ağız dadını oxşayacaq qeyri-adi və çox faydalı buz kubları düzlətmək üçün meyvə və tərəvəz qırıqlarından, müxtəlif göyərti və şəfalı bitkilərin kombinasiyasından faydalanmaq mümkündür.
 
Davamı →

Dondurmalı sendviç

Tərkibi:
1 paket kakaolu peçenye (14 ədəd)
1 qutu toz krem şanti
1 çay stəkanı krem
1 yemək qaşığı labne pendiri
1 yemək qaşığı bal
2 yemək qaşığı damla şokolad

Hazırlanması:
1 çay stəkanı soyuq kremlə toz krem şantini birlikdə mikserlə yaxşı qarışdırın. Sonra balı və labne pendirini əlavə edib qarışdırmağa davam edin. İçinə damla şokoladı da əlavə edib qaşıqla qarışdırdıqdan sonra, hazırladığımız kremi bütün peçenyelərə bərabər şəkildə paylaşdırın. İki peçenyeni birləşdirin və yüngül şəkildə sıxın. Kənarlarını bıçaqla düzəldib, bir-birinə dəyməyəcək şəkildə servis boşqabına qoyun. Soyuducuya qoyub, yaxşı donduqdan sonra yeyə bilərsiniz. Nuş olsun!
Davamı →

Qara çörəkdən kvas

Tərkibi:
4-5 dilim qara çörək (borodinskiy)
1 çimdik kişmiş
3 x/q şəkər tozu
0,5 ç/q maya (acıtma)
3 litr su zövqə görə
0,25 ç/q qıtıqotu

Hazırlanma qaydası:
1. Çörək kubiklər şəklində doğranılır. 

2. Əvvəlcədən 160°C
temperaturundə isidilmiş sobada çörəklər 1 saat qurudulur. 

3. Əsas odur ki, çörəklər yanmasın, yoxsa kvas acı çıxar.
Davamı →

Kəsmikli keks

Ağartı məhsulları kalsium bolluğuna görə hər zaman mütəxəsislər tərəfindən yeyilməsi tövsiyyə edilir. Qatıq, şor, kəsmik və s kimi vitaminli bu məhsullar orqanizm üçün çox faydalıdır. Xüsusəndə kiçik yaşda uşaqlara yeyilməsi vacib olan ağartı məhsullarını adi halda yeyə bilmirsinizsə onlardan müxtəlif şirniyyatların tərkibində istifadə edə bilərsiniz.
Davamı →

Pendirli göbələklər

Tərkibi:
15 ədəd iri göbələk (şampinyon)
500 qr pendir (duzlu suluquni)
250 qr kərə yağı
100 qr əridilmiş yağ

Hazırlanma qaydası:
Göbələklər nəmli salfet ilə silinir və qabıqları soyulur.  Suluquni pendiri iri sürtkəcdən keçirilir. Həmçinin iri sürtkəcdən soyuq kərə yağı da keçirilir.  

Pendirlə yağ qarışdırılır və göbələyin içi doldurulur.  Sobanın tavasına folqa kağızı sərilir, üstü yağlanır və hazırlanan göbələklər tavaya düzülür. Əvvəlcədən 200°C temperaturunda isidilmiş sobada, 15 dəqiqə bişirilir.  Hazır olduqda süfrəyə verilir. Nuş olsun!
Davamı →

Lavaş ruletləri

Lavaşdan sadə və asan başa gələn çox dadlı ruletlər hazırlamaq olar. 20 müxtəlif tərkibə malik içliklər isə ruletlərə daha çox ləzzət və gözəl görünüş qatacaq.

Lazım olan məhsullar:
— Lavaş İçliklər:
1. Ev kəsmiyi (200 qram), 2 diş sarımsaq, duz, göyərti və biraz mayonez.

2. Krab çubuqları (1 paket), soyutma yumurta, sürtgəcdən keçirilmiş pendir, 2 diş sarımsaq, mayonez və göyərti.

3. Soğanla qızardılmış şampinyon göbələyi, 1 qab “Yantar” tipli krem pendir, göyərti. Əgər acı xoşlayırsınızsa, biraz xırdalanmış marinad xiyarlarından əlavə edə bilərsiniz.

4. Ev kəsmiyi, sarımsaq, göyərti, sürtgəcdən keçirilmiş pendir və duzlu xiyar.
Davamı →

Kələmli peraşki

Tərkibi:
4 stəkan un
1 stəkan su
4 x/q bitki yağı
2 x/q şəkər tozu
1 paket quru və ya 20 qr təzə maya
yarım ç/q duz
1 ədəd balaca bərk kələm
500 qr soğan
ədviyyatlar zövqə görə

Hazırlanma qaydası:
Un ələnir. Bir stəkan isti suya şəkər tozu və maya əlavə edilir. Üzərində köpük əmələ gələndə unun boşqabına əlavə edilir. Duz əlavə edilir. Xəmiri yuğurmağa başlayırırq və axıra yaxın ona otaq temperaturunda olan bitki yağı əlavə edirik. Xəmir çox bərk alınarsa ona lazımı qədər su əlavə edilir. Şar formasına salınır. Dəsmalla üstü örtülüb, bir saat yarımlıq isti yerə qoyulur.
Davamı →
Top