Mən tez-tez badam südünün bizim öyrəşdiyimiz inək südünü əvəz edə biləcəyi haqda eşitmişəm. Onu nəinki vegeterianlar, həmçinin laktozanı qəbul edə bilməyən insanlar da içə bilər. Badam südü tərkibində olan kalsi və minerallara görə heç də inək südündən geri qalmır.
Əvvəlcə biz badam südünü supermarketdən almaq istədik, lakin sonra mən onun hazırlanması reseptini tapdım və məlum oldu ki, onu hazırlamaq marketdə tapmaqdan daha asandır.
Bizə lazım olacaq məhsullar: 1 stəkan quru badam, 4 stəkan su, xurma, darçın və bal.
Hazırlanması: Beləliklə, badamın üstünə suyu elə tökürsünüz ki, o tamamilə badamların üstünü örtsün və badamı belə vəziyyətdə ən azı 4 saat saxlayırsınız. Badamın qabağını əvvəlcədən də təmizləyə bilərsiniz, lakin 4 saat suda qaldıqdan sonra onun qabığını təmizləmək sizin üçün çox asan olacaq. Əgər badamın qabığını təmizləməsəniz, süd tam ağ olmayacaq.
Bir çox mənbələr yazır ki, 1 stəkan badama 3-4 stəkan su lazımdır. Biz 4 stəkan su əlavə etməyi qərar verdik, lakin bizim südümüz çox duru alındı, ona görə 3 stəkan su tökməyi məsləhət görərdik.
Deyilənə görə, “Pavlova” tortu ilk dəfə ötən əsrin 20-ci illərində məşhur Rus balerinası Anna Pavlovanın şərəfinə Avstraliyalı bir qənnadçı tərəfindən hazırlanmışdır. Digər versiyaya görə isə, tort Avstaliyada deyil, Yeni Zelandiyada icad olunub. Mübahisələr indiyənədək davam edir. Tortu isə bütün dünyada bəyənib xoşlayıblar. Eləcə də bizim evdə.
“Pavlova” tortu 3 qatdan ibarətdir. Birinci qat – dairəvi merenq (bize) layıdır. Bunun üstünə ikinci qat – qaymaqlı krem çəkilir. Bu qatın üzərinə isə təzə meyvələr. Tortun originalında buraya kivi, çiyələk, marakuya meyvələri düzünür, amma bunların yerinə müxtəlif xırda giləmeyvələrdən də istifadə etmək olar. Elə bu reseptdəki kimi. Tort o qədər ləzzətlidir ki, tərif etməklə, qurtarmaz. Balerina kimi zərif, kövrək bir tortdur. Necə dəyərlər, adına laiq. Bişirin. Dadın. Nuş edin.
Tərkibi:
1 stəkan süd
1 x/q sirkə
1 ç/q duz
2 ədəd yumurta
2 x/q zeytun yağı
1 stəkan duru yağ
Lazımi qədər un
İçlik üçün:
500 qr qiymə
2 x/q duru yağ
1 ç/q duz
1 ç/q istiot
Tərkibi :
1 x.q kərə yağı
4 ədəd qaynadılmış xırda kartof
1 x.q un
½ stəkan süd
1 ədəd yumurta
1 stəkan kaşar pendiri
1 çay qaşığı duz
Omlet üçün:
1 x.q kərə yağı
2 ədəd yumurta
duz
istiot
2 xörək qaşığı doğranmış şüyüd
2 x.q doğranmış cəfəri
Üstü üçün:
2 x.q krem pendir
cəfəri
Tərkibi:
1 stəkan qaynamış noxud
1 ədəd yumurta
2 xörək qaşığı un
1 ədəd soğan
3 diş sarımsaq
cəfəri
1 çay qaşığı soda
duz
İstiot
sarıkök
duru yağ
Hazırlanması:
Qaynamış noxudu maşından keçirin. Soğan, sarımsağı rəndələyin. Cəfərini xırda doğrayın. Bunların hamısını bir qabın içinə qoyun, duz, istiot, soda, un, sarıkök və yumurtanı əlavə edib yaxşıca yoğurun. Soyuducuda 1 saat saxlayın. Hazırlanan qarışımdan qoz boyda kotletlər hazırlayın və isinmiş duru yağda qızardın.
Nuş olsun!
Tərkibi:
2 ədəd böyük ölçüdə qaynadılmış və soyudulmuş kartof
Yarım stəkan holland pendiri
4 yumurta
2 ədəd yaşıl soğan
İstədiyiniz ədviyyatlar
Hazırlanması:
Sobanı 200 dərəcədə isidin.
Qaynadıb soyutduğunuz kartofları iki yerə bölün.
Qaşıqla içini çıxarın.
İçinə duz və istiot səpdikdən sonra pendir və bir-iki ədəd soğan doğrayın.
Sonra yumurtanı içinə qırın və yenə üzərinə istiot, duz əlavə edin.
Kartofları 20 dəqiqə sobada bişirdikdən sonra çıxarın.
Yumurta sarısının bişməsinə diqqət edin.
Nuş olsun!