Tərkibi:
1 stəkan qatıq
1 stəkan düyü
1/2 stəkan süd
1,5 xörək qaşığı un (təpələmə)
1 çay qaşığı kərəyağ
1 çay qaşığı nanə
1 çay qaşığı pul bibər
1 çay qaşığı tuzot (istəyə görə) Mən ləzzət qatdığını düşünürəm.
1 çay qaşığı təpələmə duz
5,5 stəkan su
Tərkibi:
1 stəkan süd
1 xörək qaşığı düyü unu
Pomidor suyu
1 çay qaşığı zeytun yağı
Hazırlanması:
Bir qazana süd, 1 xörək qaşığı düyü unu, yarım stəkan pomidor suyu və ya əzməsi əlavə olunub bişirilir.
Sonra, 1çay qaşığı zeytunyağı əlavə edilərək uşağa yedirdilir. Un qatılmadığında çox az çörək içi verilə bilər.
Qeyd: Körpələrə inək südü 1 yaşından əvvəl verilməməlidir.
Tərkibi:
3-4 portağal
300 q toyuq filesi
200 q xiyar
duz
mayonez
Hazırlanması:
Fileni bişirin (qaynara düşəndən sonra 20 dəqiqə qaynadın). Soyudun. Xırda-xırda doğrayın.
Portağalları yuyun. Bıçaqla portağalları orta xəttilə ziqzaq formasında kəsib ikiyə bölün. İçini çıxarın. Plyonkasını təmizləyib xırda doğrayın. Ancaq salata bu lətin az hissəsini vurun.
Xiyarı kubik-kubik doğrayın. Toyuq əti, portağal ləti və xiyarı qarışdırın. Zövqə görə duz və mayonez vurub qarışdırın. Portağal qabıqlarının içinə doldurun. Üstünü hansısa giləmeyvə ilə bəzəyə bilərsiniz.
Tərkibi:
Təmizlənib doğranmış heyva – 1kq,
şəkər – 1,2kq
Hazırlanması:
Heyva təmizlənir, 2 sm qalınlığında dilimlərə doğranır və qaynar suda 10-15 dəq. pörtülür. Sonra heyva dilimlərinin üzərinə qaynar şərbət əlavə edilir.
Şərbəti heyva pörtülmüş su ilə hazırlayırlar. Mürəbə arada 8-10 dəq. qaynadılıb 8 saat saxlanılmaq şərti ilə 3-4 dəfəyə bişirilir.