Tərkibi:
- 0,5 st. limonad (yaxud sevdiyiniz başqa mineral qazlı su)
- 0,5 st. bitki yağı
- 1 st. şəkər tozu
- 3 yumurta
- 1 st. un
- 2 ç.q. qabartma tozu
- 2 x.q. xaş-xaş (bunsuz da olar)
- 2-3 kivi
ştreyzel üçün:
- 1/4 st. şəkər tozu
- 1/4 st. un
- 50 q kərə yağı
Hazırlanması:
Şəkər tozu əriyənədək yumurta ilə çalın. Limonad və yağı əlavə edin, qarışdırın.
Unu qabartma tozu ilə qarışdırın, hissə-hissə yumurtalı qarışığa əlavə edib qarışdırın. Xaş-xaş vurun, yenə qarışdırın.
Dördbucaqlı sinini yağlayın, un səpin. Yaxud da içinə folqa çəkin.
Xəmiri içinə tökün, hamarlayın. Üstünə nazik doğranmış kivi düzün.
Ştreyzel hazırlayın: un, yağ və şəkəri qarışdırın, ovma alınacaq. Bunu piroqun üstünə səpin.
180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə, üstü qızaranadək bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.
Nuş olsun!