Kişi erotikası üzrə ixtisaslaşdığından və bunu zövqlə həyata keçirdiyindən fəxrlə danışan Playboy Enterprises bazar ertəsi Vivid TV-ni əldə etməklə daha açıq-saçıq pornoqrafiya dünyasına addım atdı.
Playboya baxışların dəyişdiyini göstərən sövdələşmədə, kompaniya, Vivid-in, VOD İnc.-in 41.7 mln.dollarlıq hissəsinin, həmçinin, The Hot Network və The Hot Zone-un 28.3 mln. dollara əldə edildiyi elan edildi.
Həmçinin bax:
Kompaniya elan etdi ki, sövdələşmə “istehlakçılara və distribyutorlara təqdim edilən televiziya proqramlarının seçim imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir”.
Playboy kompaniyasının icraçı direktoru Kristi Hefner və onun təsisçisinin qızı Hyu qabaqlar Playboy brendinin “aşağı keyfiyyətli deyil, yüksək keyfiyyətli əyləncə” məqsədinə xidmət etdiyini iddia edirdilər.
Keçənilki müsahibəsində o elan etdi ki, Palyboy “seksual əyləncə” və “qəşəng erotikanın fotoqrafiyaları” üzrə ixtisaslaşır.
Onun sözlərinə görə, Playboy brendinin pornoqrafiya ilə heç bir əlaqəsi yoxdur: onun “kişi ehtirası” ilə əlaqəsi var.
Mister Hefnerin bazara jurnal şəkilində çıxardığı Playboy ən məşhur dünya brendlərindən birinə çevrildi.
Vivid TV açıq-saçıq pornoqrafiya nümayiş etdirir və Playboy Enterprises-ın öz auditoriyasını saxlamaq üçün daha rəngarəng erotika təqdim etmək qərarına gəldiyi fikrini yaradırdı.
Sövdələşmə Playboyun öz üzərində nə qədər rəqabət təzyiqi hiss etdiyini göstərir. Kompaniya televiziyaya və internetə daha açıq seksual materialların vebsayt və kabel pornokanal televiziyalarında yayımlanması səbəbindən keçdi.
Playboy Enterprises bazar ertəsi elan etdi ki, 2001-ci ildə sövdələşmə faizlərə, vergiqoymaya və amortziasiya hesablanmasınadək olan mənfəətə 5 mln. dollar əlavə edəcək.
Dünənki sözvdələşmə nəticəsində Playboy kanalı ümumi sayı 91.9 mln nəfər olan 36.2mln. mülki əhatə edəcək.
The Hot Network və The Hot Zone və həmçinin, onlarla bağlı televiziya aktivləri Califa Entertaintment Group tərəfindən əldə edilib.
Vivid TV Stiv Hirş, Devid Ceyms və Bill Aşer tərəfindən əldə edilib.
Əgər təşkilat müəyyən edilmiş plan göstəricilərinə nail olsa, onda, şəbəkənin dəyəri 12 mln.ABŞ dolarına qədər qalxa bilər.
Mənbə:James Harding, “Palyboy enters hardcore market”,
Financial Times, 3 July 2001, p.32