Təşkilat məqsədini müəyyənləşdirəndən sonra bu məqsədə çatmaq üçün marketinq strategiyasını hazırlayır. Biz marketinq strategiyasının hazırlanmasına üç əsas səviyyədə baxa bilərik: baza strategiyasının yaradılması, kompaniyanın rəqabətli mövqeləşdirilməsi və strategiyanın tətbiqi (şəkil 2.3).
Şəkil 2.3.Marketinq strategiyasının hazırlanma prosesi Növbəti mərhələdə isə bazar məqsədi seçilir (həm müştərilər, həm də rəqiblər üçün). Bu vaxt təşkilat rəqiblərə nisbətən məqsədli müştərilərə fərqli üstün və ya rəqabətli üstün xidmət göstərməyi müəyyənləşdirir. Fərqli üstünlüyün müəyyənləşdirilməsi və məqsədlərin təyin edilməsi təşkilatın rəqabətli mövqeləşdirilməsini və onun təklifini təşkil edir. Həmçinin bax: 2. Marketinqin strateji planlaşdırılması 2.1 Təşkilatın məqsədi və ya missiyası 2.2 Marketinq strategiyasının hazırlanma prosesi 2.3 Baza strategiyasının müəyyənləşdirilməsi
Səmərəli marketinq strategiyasının yaradılması kompaniyanın potensial imkanları ilə yanaşı-rəqiblərə nisbətən onun zəif və güclü tərəfləri- ətraf mühitinin yaratdığı imkan və təhlükələrin yaradıcı və ətraflı qiymətləndirilməsi ilə başlayır. Belə təhlil əsasında marketinq məqsədini və onlara çatılmanın əsas istiqamətlərini müəyyənləşdirən kompaniyanın baza strategiyası seçilir.
Strategiyanın müəyyənləşdirilməsi mərhələsində strategiyanın təcrübədə reallaşdırmağa qabil olan marketinq təşkilatı yaradılmalıdır. Strategiyanın uğurlu olmasında marketinq təşkilatının strukturu həlledici rol oynaya bilər. Strategiyanın tətbiqi, həmçinin, məqsədli bazarda həm məhsulu, həm də xidməti mövqeləşdirə bilən məhsulların, qiymətin, reklam-təbliğat fəaliyyətinin uyğunlaşdırılmasından asılıdır. Nəhayət, strategiyanın tətbiqinin uğurluluğunu yoxlamaq üçün nəzarət mexanizmi lazımdır. Nəzarət həm strategiyanın səmərəli tətbiq edilməsilə, həm də bu strategiyanın son nəticəliliyiyilə bağlıdır. İndi də strategiyanın hər üç səviyyəsini ətraflı nəzərdən keçirək.