Siqaert insan orqanizminin ən təhlükəli düşmənidir. Təəssüf ki, Azərbaycanda bu barədə məlumatı olanlar azdır. Ona görə siqaret satışının həcmi ildən ilə artır, nikotin qəbul edənlərin sayı gənclərin hesabına çoxalır.
Bu yazıda siqaretin zərərləri haqda yazacağıq. Ümidvarıq ki, bununla zərərli vərdişə aludə olanların, ona maraq göstərənlərə faydalı məlumatlar verəcəyik.
“Gündə 1 saatdan çox idmanla məşğul olan qadınlarda döş xərçəngi riskinə tutulma şansı azalır”.
Bu fikir Döş Xərçəngi üzrə Beynəlxalq Avropa Konfransında səslənib.
Beynəlxalq Araşdırma İnstitutunun professoru Matye Boniol aktiv həyat sürməyən və idmanla məşğul olmayan qadınlarla müqayisədə gündə ən azı 1 saat idmanla məşğul olan qadınlarda döş xərçənginə tutulma riskinin 12% azaldığını söyləyib.
O bu statistikanın istənilən yaş həddində olan qadınlara aid edildiyini və əldə edilən nəticənin 1987-ci ildən 2013-cü ilədək aparılan 37 araşdırmanın təhlilinin nəticəsi olduğunu bildirib.
Konfransda, həmçinin, araşdırma zamanı 4 milyondan çox qadının nəticələrindən də istifadə olunduğu qeyd olunub.
Qara ciyər insan orqanizmində ən əsas orqanlardan biridir.
Qara ciyərin sağlamlığı bütün orqanizmin sağlamlığında əsas rollardan birini oynayır. Qara ciyər orqanizmin filtridir. Filtr "çirklənəndə", şlaklar, toksinlər və s. ziyanlı maddələr orqanizmdə yığılmağa başlayır və bu bütün orqan və sistemlərin fəaliyyətinə mənfi təsir edir.
Spirtli içkilərin qəbulu, siqaretlərin çəkilməsi, düzgün olmayan qidalanma (menyuda daim qızarmış, çox yağlı, duzlu, istiotlu, konservləşdirilmiş, hisə verilmiş qidaların, fast-fud qidaların və s. olması), dərman preparatların nəzarətsiz qəbulu, pis ekoloji şərait, streslər və s. mənfi faktorlar qara ciyərin sağlamlığına ciddi zərbə vurur. Nəticədə insanda qara ciyərin funksiyasının pozulması simptomları meydana çıxır — sağ tərəfdə qabırğa altı nahiyəsində ağrılar, qida qəbulundan sonra ağırlıq, zəiflik, halın pisləşməsi, tez-tez təkrarlanan «səbəbsiz» baş ağrıları, dilin üzərində ağ və ya sarı ərp, ürəkbulanması, ağızda daim acı dadın olması, gəyirmə, qarında köp, qəbizlik və s.
C vitaminin (askorbin turşusu) insana lazım olan gündəlik dozası digər vitaminlərlə müqayisədə daha yüksəkdir.
C vitamini insan orqanizmin normal fəaliyyəti üçün çox vacibdir. Ümumillikdə bu vitamin orqanizmdə gedən 300-dən artıq bioloji proseslərdə iştirak edir:
— zülallar, yağlar, karbohidratların mübadilə proseslərini normallaşdırır;
— foil turşusu və dəmir mikroelementin mübadiləsində iştirak edir;
— kalsium, dəmir kimi vacib mikroelementlərin mənimsənilməsinə kömək edir;
— immun sistemi hüceyrələrin (anticismlər, leykositlər) əmələ gəlməsini stimullaşdırır. Virus və xərçəng əleyhinə təsiri olan interferon maddəsinin əmələ gəlməsində iştirak edir. İmmuniteti möhkəmləndirir. Orqanizmin infeksiyalar və allergenlərə qarşı olan davamlılığını artırır.
— kollagen zülalın sintezində iştirak edir. Bu zülal orqanizmdə ən tez-tez təsadüf edilən birləşdirici toxumasını əmələ gətirir;
Təəssüf ki, hal hazırda fizioterapevtik müalicə üsulları bir qədər unudulub və daha nadir hallarda istifadə olunur.
Lakin bu tam ədalətsizdir. Fizioterapevtik üsullar çox təsirli və sınanmış müalicə üsullarıdır. Bu üsullar tam ziyansızdır və insan orqanizminə heç bir yanaşı təsir etmir. Bu səbəbdən fizioterapevtik üsullar hətta hamilə qadınların və yenidoğulmuş uşaqların müalicəsində istifadə olunur.
Fizioterapevtik müalicəsinin üsullarından birielektroforezdir (buna həmçinin «ionoforez», «ionoterapiya», «ionohalvanizasiya» deyilir). Bu ən sınanmış və öyrənilmiş fizioterapiya üsullarından biridir.
«Elektroforez» terminin iki hissədən ibarətdir — «elektro» — elektrik cərəyan və «forez» — yunan dilində «daşınma», «köçürmə» deməkdir.
Elektroforez prosesi zamanı ionlar (elektrik yükü olan atomlar) elektrik sahədə hərəkət edir. Müxtəlf kimyəvi maddələr (dərmanlar) suda ionlara parçalanır və bu ionlar elektrik cərəyanı təsirindən hərəkət edərək insanın dərisindən, selikli qişalardan orqanizmin daxilinə keçir, daha sonra isə qana və limfaya sovrularaq orqanizmin müxtəlif sahələrinə çatdırılır və orqanizmə müalicəvi təsir edir.