Daim insan orqanizmində yığılan toksinlər, şlaklar, azad radikallar və digər ziyanlı maddələr orqanizmdə gedən qocalma proseslərini sürətləndirir, müxtəlif orqan və sistemləri zədələyir, mübadilə prosesləri pozur.
Dünya alimlərin tədqiqatları nəticəsində məlum olub ki, müəyyən qidalar orqanizmi bu ziyanlı maddələrdən təmizləyir, qocalma prosesləri hüceyrə səviyyəsində ləngidir, orqanizmə cavanlaşdırıcı təsir edir. Lakin belə qidaları mümkün qədər tez-tez qəbul etmək lazımdır.
Beləliklə, orqanizmi cavanlaşdıran qidalar:
Üzüm
Amerika alimləri tədqiqatlar nəticəsində belə qərara gəldilər ki, üzümün (xüsusilə üzümün tünd növlərininin) tərkibində olan maddələr orqanizmə cavanlaşdırıcı təsir edir, hüceyrələrdə toplaşaraq toxumaların qocalmasına səbəb olan azad radikalları orqanizmdən xaric edir.
Bundan əlavə üzüm dərinin vəziyyətinə də çox müsbət təsir edir, dəridə qırışların əmələ gəlməsinin qarşısını alır.
Bütün dediklərimizi kişmişə də aid etmək olur.
Fol turşusu (B9 vitamini) insan orqanizmi üçün ən vacib olan vitaminlərdən biridir. Bu vitamin mübadilə proseslərində, qan hüceyrələrin yaranmasında iştirak edir, immun və mədə-bağırsaq sistemlərinin fəaliyyətində mühüm rol oynayır.
Orqanizmdə olan fol turşusunun defisiti özünü çox vaxt heç bir əlamətlə büruzə vermir. Lakin tədqiqatlara əsasən, məhz bu vitaminin çatışmazlığına (digər vitaminlərlə müqayisədə) daha tez-tez hallarda təsadüf edilir. İlk növbədə fol turşusunun çatışmazlığı zamanı anemiya (qanazlığı) inkişaf edir. Bu anemiya növü zamanı eritrositlərin (qan hüceyrələri) sayı azalır, onların funksiyası pozulur. Əgər bu defisit vaxtında təshih olunmasa, iştahanın pozulması, əsəbilik, yorğunluq, saçların tökülməsi, dəri problemləri, ishal və s. kimi simptomlar meydana çıxır.
Fol turşusu xüsusən hamiləlik zamanı çox vacibdir. Məsələ burasındadır ki, bu vitamin dölün sinir borucuğunun (daha sonra sinir borucuğundan baş beyini formalaşır) inkişafında böyük rol oynayır. Bundan əlavə fol turşusu ciftin formalaşması üçün çox vacibdir.
Hamiləlik zamanı fol turşusunun çatışmazlığı ilk növbədə dölün sinir sisteminə mənfi təsir edir. Nəticədə döldə hidrosefaliya, anensefaliya (baş beyinin olmaması), beyin yırtıqları və s. ciddi qüsurlar inkişaf edə bilər. Fol turşusunun defisiti hamiləliyin vaxtından tez pozulmasına, cift çatışmazlığına səbəb ola bilər.
Adi vaxt insan orqanizminə gün ərzində 200 mqr fol turşusu tələb olunur. Hamilə qadınlar üçün gün ərzində 400 mqr (bəzi tədqiqatçıların fikirinə görə hətta 800 mqr) fol turşusu lazımdır.
Gündə içdiyimiz adi qara çay həmçinin çox effektli profilaktik və müalicəvi vasitədir.
Çayın tərkibində «kofein» maddəsi var. Bu maddə sinir sistemin fəaliyyətini yaxşılaşdırır, əqli və fiziki fəallığı artırır, yorğunluğu aradan qaldırır, orqanzmə tonuslaşdırıcı təsir edir, əhval-ruhiyyəni yaxşılaşdırır.
Arterial təzyiqinin enməsi zamanı tünd çay təzyiqin normallaşmasına kömək edir. Belə vəziyyətlərdə tünd çayı təcili yardım vasitəsi kimi istifadə etmək olar.
Çay damarları genişləndirir, damarların spazmızı aradan qaldırır. Çayın bu faydalı xüsusiyyəti onu baş ağrıları zamanı (xüsusilə miqren zamanı) çox təsirli müalicəvi vasitə edir. Başınız ağrıyırsa 1 fincan təzə çay için və bir qədər uzanın. Bir müddətdən sonra siz ağrının azalmasını hiss edəcəksiniz.
Bir çox ailə cütlüklərini bu sual narahat edir.
Sirr deyil ki, ailə qurulduqdan 1-2 ay sonra qohum-qonşu cavan qadından «bir xəbər var?» soruşmağa başlayır. Vaxt keçdikcə bu məsələyə olan diqqət daha da artır, cavan ailənin «problemi» daim müzakirə olunmağa başlayır. Bu isə həm cütlükdə olan münasibətlərə mənfi təsir edir, həm də hamiləliyin ehtimalını azaldır.
Məsələ burasındadır ki, daim yalnız hamiləlik haqqında düşünən və bunun nəticəsində ağır stess vəziyyətinə düşən qadında «psixogen sonsuzluq» inkişaf edə bilər. Bu halda səhhətində sonsuzluq üçün heç bir səbəbi olmayan qadın naməlum səbəblərə görə hamilə qalmır. Əksinə isə sakit və rahat şərait, stresslərin olmaması qadında hamiləliyin ehtimalını artırır.
Beləliklə, ailə qurulduqdan neçə müddət sonra (hamiləlik baş tutmadığı halda) artıq həkimlərə müraciət etmək lazımdır?
İndi insanlar günorta saatlarında yatmağa “günorta uşaqlar yatar” deyə boş yanaşır. Ya da ağır iş həyatı ilə bağlı olaraq günorta yatmağa vaxt olmur. Halbuki gün ərzində azca yatmağın diqqəti artırdığı, bacarıqları yaxşılaşdırdığı, hafizə və zəkanı inkişaf etdirdiyi deyilir.
Yuxu beyin funksiyalarını və görmə bacarığını inkişaf etdirir, fiziki və ruhsal yaxşılaşmanı sürətləndirir.
Öyrənilməsi çətin olan kəlmələri yaddaşda saxlamaq üçün həm gecə, həm də gündüz yuxusunun faydaları var.
Araşdırma zamanı bir fincan qəhvədəki kafein ilə 60-90 dəqiqə gündüz yuxusunun fərqli hafizə testləri üzərində testi müəyyən edilib.
Qəhvənin heç bir təsirinin olmadığı görülərkən, günorta yuxusunun hafizə performansını inkişaf etdirdiyi təsbit edilib.
Gecəni səhərə kimi yatmayıb, ayaq ağrısından şikəyətlənənlərdə ağrının səbəbi əksər hallarda narahat ayaq sindromu ilə əlaqədar olur.
Narahat ayaq sindromu (NAS) aşağı ətraflarda sakitlik halında, xüsusən də gecə yatarkən baş verən xoşagəlməz hissiyyat və ağrıdır.
Statistika göstərir ki, dünya əhalisinin hər 10 nəfərindən birində həmin narahatlıqlar müşahidə olunur. Bütün yaş qruplarında olanlar narahat ayaq sindromundan əziyyət çəkə bilər, lakin ona daha çox orta yaş qrupu və yaşlılarda rast gəlinir.
Şikayət hallarının yarıdan çoxunda heç bir nevroloji və ya somatik xəstəlik aşkar olunmur. Ona görə də xəstəyə birincili və ya idiopatik NAS diaqnozu qoyulur.
Birincili NAS çox vaxt irsi xarakter daşıyır və 30 yaşa qədər meydana çıxır. Lakin bir çox tədqiqatçılar ağrının yaranmasında xarici mühit faktorlarının da əhəmiyyət daşıdığını qeyd edirlər.
Səhər yeməkləri həm dadlı, həm də xeyirli olmalıdır. Müsli – səhər yeməkləri üçün ən yaxşı variantdır. Müsli tez mənimsənilir, vitamin və mikrolementlərlə zəngindir, qanda xolesterinin miqdarını azaldır, mübadilə proseslərini tənzimləyir.
Bundan əlavə qəbizlikdən əziyyət çəkən insanlar üçün bu qida əsl müalicəvi effekt verir ki, bağırsaqları “işləməyə” vadar edir. Bu xeyirli yeməyin bir neçə reseptini sizə təqdim edirik.
Zövqünüzə və səhhətinizə uyğun olaraq müxtəlif yarmalara (buğda, yulaf, darı və s.) xoşladığınız meyvələri, giləmeyvələri, meyvə quruları, çərəzlər və s., şirələr ələvə edə bilərsiniz. Nuş olsun!
Ərik və alma ilə müsli
3 stol qaşığı yulaf yarması (“gerkules”) bir qədər ilıq qaynanmış suda isladın. 5 ədəd ərik və 1 almanı xırda doğrayın və yarmaya əlavə edin. ¼ stəkan yağı az olan xama, 2 çay qaşığı bal və xırda doğranmış 3-4 qoz ləpəsi əlavə edib yaxşı qarışdırın.
Valideynlərin bir çox hissəsi uşaqların yuxuda danışmağı ilə üzləşir.
Uşaq yuxuda sözlər, cümlələr deyir. Adətən bunun səbəbi gün ərzində keçirilmiş streslər, yorğunluq, yuxunun az olmasıdır. Bu hal heç bir xüsusi müalicə tələb etmir və valideynləri narahat etməməlidir.
Belə hesab olunur ki, somnambulizm (yuxuda gəzmək) uşaqların 10-30%-də heç olmazsa 1 dəfə qeyd olunur. Oğlanlarda bu hala qızlarla müqayisədə daha tez-tez rast gəlinir.
Kənardan baxan insan üçün somnambulizm kifayət qədər qorxunc görünür. Yuxuya getdikdən 1-3 saat sonra uşaq ayağa qalxır, gəzməyə və ya hər hansı hərəkətlər etməyə başlayır (paltarını geyinir, oyuncaqların yerini dəyişir, soyuducunun qapısını açır və s.). Bu zaman uşaq dərin yuxuda olur, ətrafdakılara heç bir reaksiya vermir. Uşağı oyatmaq çox çətindir. Əgər bu mümkün olursa, uşaq özünə gələ bilmir, ətrafda olanları başa düşmür, heç nə xatırlamır.
Yuxuda danışmaq və gəzmək kimi hallar irsiyyətlə bağlıdır. Əksər hallarda somnambulizm da heç bir xüsusi müalicə tələb etmir və uşağın 14-16 yaşına kimi keçir.