sağlam həyat tərzi kateqoriyası üzrə məqalələr

Kamfora yağı

Kamfora Şərqdə qədim vaxtlardan tibbdə çox geniş istifadə olunurdu. Onun köməyi ilə ağrılar, iltihablarla mübarizə aparırdılar. İnsanlar inanırdı ki, kamforanın kəskin iyi qara güvvələri qovur.

Kamfora təbii müalicəvi vasitədir. Kamfora yağını kamfora ağacından istehsal edirlər.

Kamfora yağı müasir dövrdə də həm tibbdə, həm də kosmetologiyada geniş istifadə olunur. Kamfora yağı bir çox qızdırıcı, ağrısızlaşdıran, iltihabəleyhinə mazların tərkibinə daxildir.

Ev şəraitində təmiz kamfora yağı müxtəlif ağrılar və iltihablar zamanı təbii müalicəvi vasitə kimi uğurla istifadə oluna bilər. Kamfora yerli qan dövranı yaxşılaşdırır, iltihabı azaldır, sinir sisteminə çox müsbət təsir edir, sakitləşdirir, ürəyin fəliyyətinə müsbət təsir edir.

Davamı →

Güclü və sağlam saçlara sahib olmağın yolları - Dermatoloji Mütəxəssisi Həkim Ata Nejat Ertek

Sağlam və baxımlı saçlar üçün soyuq aylarda saçlarınızına daha çox diqqət göstərməlisiniz. Budur saç baxımınızda diqqət yetirməniz lazım olanlar məqamlar ...

Sağlam və gözəl saçlara sahib olmaq hər kəsin arzusudur. Dermatoloji Mütəxəssisi Həkim Ata Nejat Ertek mövzu ilə əlaqədar maraqlı məlumatlar verir.

Qış aylarında hava çox quru olduğu üçün saçlara daha çox diqqət göstərilməsinin lazımlı olduğunu vurğulayan Ata Nejat Ertek bildirir ki, «Tez-tez yumaq saçı qurudar, icələrək qırılmasına səbəb olur. Saçları 3 gündə bir yumaq böyük şəhərlərin çirkli havası səbəbi ilə məcburidir. Saç dibləri və saç üzərində olan turşu və qoruyucu lipid təbəqəni əritdiyi üçün saçınızı çox isti suyla yumayın. İlıq su istifadə edin, çünki sağlam saçlar üçün saçınızı ilıq su ilə yumağınız faydalıdır».

Saçı kip şəkildə yığmaq qopmasına səbəb olur.

Davamı →

İştahsız uşaqlar üçün faydalı məsləhətlər

Uşaqları kiçik olan və hər yeməyi bəyənməyən körpələrin valideynləri, nahar vaxtı çox sıxıntı keçirirlər.

Sağlam, cəlbedici hesab etdiyimiz bütün ərzaqlardan dadlı yeməklər hazırlamaqlarına baxmayaraq, bu yeməklərin əksəriyyəti uşaqların kürsüsündən döşəməyə tökülür. Ən pisi isə odur ki, uşaqların bu hərəkətərini valideynlər ürəklərinə salır və bunu valideyn laqeydsizliyi kimi dəyərləndirirlər. Harda səhvə yol verilir? Bu uşaqlar niyə hər qidanı bəyənmirlər?

Körpələr niyə hər qidanı bəyənmir? 
Hər qidanı bəyənməmək, körpəliyin bir hissəsidir. 1-3 yaş arası körpələrin bir çox qidalara əhəmiyyət verməməsinin inkişafi səbəbləri var. Bir il sürətli inkişafdan sonra (orta hesabla 1 yaşlı körpə öz doğum çəkisindən 3 dəfə artır), körpələrin çəkisi daha yavaş artmağa başlayır. Odur ki, təbii ki, onlar daha az qidaya ehtiyac duyur. Həmçinin körpələrin daim hərəkətdə olması da onların qida vərdişlərinə təsir edir. Gün ərzində az miqdarda qida atışdırmaq, bu məşğul kəşfçilər üçün tam doyumlu yemək yeməkdən daha yaxşıdır.

Bunu anlayan valideynin məqsədi sadəcə düzgün qidanı almaq, onu, qidalandırıcı maddələrini maksimum qoruyacaq şəkildə hazırlamaq (qaynatmaq yerinə buxara vermək, qızartmaq yerinə sobada bişirmək) və onu yaradıcı şəkildə onlara təqdim etməkdir. Qalanı isə uşaqlara qalır. Nə qədər yeyəcəkləri, nə vaxt yeyəcəkləri və ümumiyyətlə yeyib-yeməyəcəkləri onların məsuliyyətidir.

Davamı →

Gənəgərçək yağının faydaları

Əvvəllər gənəgərçək yağı daha geniş istifadə olunurdu. Keçmiş əsrdə bu yağın köməyi ilə soyuqdəymələr, iltihablar, yaralar, qəbizlik və s. müalicə edirdilər.

Keçmişdə gənəgərçək yağı doğuşun stimulyasiyası məqsədi ilə də istifadə olunurdu. Bağırsaqların fəaliyyətini gücləndirən gənəgərçək yağı həmçinin uşaqlığın yığılmasına da təkan verir.

Nənələrimiz gənəgərçək yağını üz və saçlarına qulluq etdikdə də çox geniş istifadə edirdilər. Təəssüf ki, hal hazırda bu yağ və onun faydalı xüsusiyyətləri ədalətsiz olaraq unudulub. Gənəgərçək yağının faydalı xüsusiyyətləri haqqında sizə məlumat vermək istərdik.

Gənəgərçək yağı tam təbii vasitədir. Bu yağ gənəgərçək ağacından istehsal olunur.

Gənəgərçək yağı həqiqətən yaxşı işlədici təsirinə malikdir. Yağ bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Böyüklər üçün doza — 2-3 xörək qaşığı gənəgərçək yağı. Yağın təsiri 2-6 saatdan sonra baş verir. Lakin bütün digər işlədici vasitələr kimi, gənəgərçək yağından da tez-tez istifadə etmək olmaz. Bu bağırsaqları «tənbəl» edəcək. Qəbizliyin səbəbini təyin edib aradan qaldırmaq lazımdır.

Davamı →

Beyini qocaldan amillərə qarşı mübarizə

Beyin həssas orqanlardan biri olmaqla yanaşı, bədənimizdə ən çox oksigent istifadə edən və hər mərhələdə mükəmməl xüsusiyyətə malik olan orqandır.ABŞ-ın Vircinya ştatının eyni adlı universitetində aparılan tədqiqatlar, insan orqanizmində qocalığın ilkin əlamətlərinin ilk öncə beyində göstərdiyini müəyyən edib.
30 yaşından sonra unutqanlıq, yaddaş zəifliyi kimi problemlər də ola bilər. Ən çox oksigen istifadə edən beyin, hər mərhələdə mükəmməl xüsusiyyətə malikdir. 
Beyin sarsıntısı, beyin infarktı və ya anevrizması, baş ağrısı kimi xəstəliklər isə bütövlükdə sağlamlığa təsir göstərir. Bunun üçün beyin xəstəliklərini törədən amillərdən uzaq olmaq, düzgün qidalanmaq və mülicə götürmək, beyin gimnastikasına vaxt ayırmaq yetərlidir. Yüngül baş ağrıları üçün reseptə uyğun dərmanların istifadəsi məsləhətdir.
Davamı →

Yoqa bel ağrısını sağaldır

Alimlər bel ağrılarının müalicəsində yoqanın xeyirli olub-olmadığını araşdırırlar.
Britaniyada milyonlarla adam xroniki bel ağrısından əziyyət çəkir. Mövcud müalicə metodları isə məhdud təsirə malikdir.

Alimlərdən, yoqa müəllimlərindən və həkimlərdən ibarət dəstə birləşərək 12 həftəlik yoqa kurslarının fərqli təsirə malik olub-olmayacağını müəyyən etmək istəyirlər. Artrit Araşdırma Kampaniyasının dəstəklədiyi bu layihə iki növ yoqada istifadə edilən hərəkətləri nəzərdən keçirəcək.

Yoqa zehni diqqətlə fiziki hərəkətləri nəzərdə tutur. Yoqa bel ağrılarının müalicəsində istifadə edilə bilər. Söhbət İyengar və Hatha Yoqa növlərindən gedir. Ötən 18 ay ərzində bel ağrılarından şikayət edən 18 ilə 65 yaş arasında olan 260-dan çox adam sınaq məşğələlərdə iştirak edəcək.

York Universitetinin sınaqlar şöbəsinin direktoru David Torgerson və direktor müavini Cenifer Klaber Mofetin fikrincə, yoqanın həqiqətən də xeyirli olduğunu sübuta yetirmək üçün daha böyük sınaqlar keçirilməlidir.

Nəzərəçarpan nəticə isə Professor Torgerson deyir ki, sınaqlar yoqanın xeyirli olduğunu sübuta yetirərsə, onda bu, bel ağrılarından əziyyət çəkən xəstələrin həyatını əhəmiyyətli və ucuz şəkildə dəyişmiş olacaq. Yoqa əzələlərin dartılması və möhkəmlənməsi ilə əzələ dözümlülüyünü artırır.

Davamı →

İmmuniteti gücləndirən qidalar

Bu qidalar soyuqdəymə, qrip və uçuq kimi infeksiyaların səbəb olduğu sağlamlıq probemlərinə qarşı immuniteti gücləndirir.

Xolesterol səviyyəsi yüksək olduğundan çox yeyilməyənyumurta sarısı yüksək midqdarda protein tərkiblidir və immunitet sistemini gücləndirir. Tərkibindəki sink və selenium da immuniteti dəstəkləyir.

Hindistan qozu yağının tərkibindəki laurik asidin antimikrobial, antifungal, antibakterial və antioksidan xüsusiyyətləri var.

Laurik asid uçuq, qrip, soyuqdəymə, hətta HİV kimi virus və bakteriyalara qarşı təsirlidir. Tərəvəz bişirərkən yeməklərə azca əlavə edərək təsirini görərsiz.

Sarımsaq immunitet sistemini gücləndirən ən faydalı qidalardan biridir. C vitamini ilə qəbul edildiyində daha çox təsirli olur. Tərkibində ona qoxusunu bəxş edən alisin maddəsi bakteriya və viruslara qarşı təsirlidir. Həftədə 2-3 dəfə yeyildiyində sütun xərçəngindən qoruyur.

Göbələklərin tərkibində antiviral, antibakterial, antişiş xassəli betaqlekanlar immuniteti dəstəkləyir və infeksiyalara qarşı mübarizə aparır.

Davamı →

Balıq yeməyin faydaları

Sizi gənc saxlaya biləcək qidaların arasında ilk yerdə balıq durur.Hər növ balıq doymuşluq səviyyəsi aşağı yağla yüksək keyfiyyətdə və asanlıqla həzm olunan proteinlərin qaynağıdır.Balığı digər protein qaynaqlarından fərqləndirən əlamət içində olan yağ növü və yağ turşusu miqdarıdır.

Dəniz məhsulları qidalanma üçün çoxdur.Qısaca,balığın tərkibində yüksək miqdarda protein,vacib vitamin və minerallar vardır.Doymuş yağ və kalori miqdarı onlarda yüksək deyil.

Dəniz məhsulları əsas amin turşularının hamısını təqdim edən mükəmməl bir protein qaynağıdır.Dəniz məhsullarında olan protein asan həzm olunur,bunun üçün də hər yaşda olan üçün mükəmməl bir qidadır.

Dəniz məhsulları çox yaxşı B vitamini qaynağıdır.Sağlam inkişaf və böyümə üçün lazım olan kalsium,magnezium,potansium,fosfor,kükürd,florin,selenium,yod kimi əsas maddələr onun tərkibində var.

Bir çox dəniz məhsullarındakı xolesterin səviyyəsi yüksək deyildir.Balıqdakı xolesterin miqdarı ümumilikdə aşağı olsa da qabıqlı dəniz heyvanlarında bu miqdar yüksələ bilər.Lakin xolesterin səviyyəsi yüksək olan qidalarda belə bu miqdar yumurtadakından aşağıdı.

Dəniz məhsullarında çox az miqdarda yağ olur.Bunlar da «yaxşı yağlar»dır.Bu məhsullarda doymuş yağ miqdarı digərləri ilə müqayisədə çox azdır.

Yeməklərinizdə qırmızı ət yerinə balığa yer verməklə ümumi yağ və doymuş yağ qəbulunuzu xeyli azalda bilərsiz.

Davamı →

Zəli Möcüzəsi

Qara, sürüşkən, qurdabənzər və qanla qidalanan zəlilərdən çox vaxt iyrənirik. Halbuki bu «təbiət həkimləri» bəzən insanların elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır. Xoşagəlməz təsir bağışlasa da, müasir dövrdə zəli insanların bir çox dərdinin dərmanına çevrilmişdir.

Qeyd edək ki, zəli 1984-cü ildən «Qırmızı Kitab»-a daxil edilmişdir. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü var ki, bunun ancaq üçü (Şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibdə istifadə edilir. Bütün dünyada zəlinin ən yaxşı növlərindən biri — Şərq zəlisi Azərbaycandadır. Zəlinin insan və başqa canlılar üçün təhlükəli növləri vardır. 

Davamı →

Meyvə salatının faydaları

Hamıya məlumdur ki, orqanizmin sağlam olması üçün gün ərzində meyvə və tərəvəz yeməliyik. Ancaq bəzən tək bir meyvə yeyərək kifayətlənirik. Buna görə də, mütəxəssislər meyvələrin salat formasında yeyilməli olduğunu bildirirlər. Çünki meyvə salatına müxtəlif meyvələr əlavə edildiyi üçün orqanizmin vitamin və mineral çatışmazlığını ödəyir.

Bədənimiz gün ərzində bir çox vitamin və minerallara ehtiyac hiss edir. Əgər bir və ya iki meyvə növü ilə kifayətlənsək, bu vitamin çatışmazlığı ilə üzləşməyimizə səbəb olar.

Avropada insanlar meyvəni salat formasında yeməyi xoşlayırlar. Ancaq bizim ölkəmizdə demək olar ki, meyvə salatı sadəcə özəl günlərdə yeyilir.

Meyvə salatına əlavə edilən meyvələri də düzgün seçmək lazımdır. Elə etmək lazımdır ki, meyvə salatı müxtəlif vitamin qrupları ehtiva etsin. Xüsusilə də C, B, A vitaminləri ehtiva edilən meyvələr mütləq gün ərzində qəbul edilməlidir.

Meyvə salatlarına kivi, portağal, naringi, quru meyvələr, alma və armud əlavə etmək olar.

Sonda onu da qeyd edək ki, meyvə salatınını mövsum meyvələrindən hazırlamaq məsləhətlidir.
Davamı →
Top