Həftə ərzində özünüzdə yorğunluq, halsızlıq, baş ağrıları, mədə problemləri hiss edirsinizsə, bu hər hansı bir xəstəliyin başlanması ilə yanaşı, orqanizminizin zərərli maddələrlə, toksinlərlə yüklənməsindən xəbər verir.
Həmçinin üz dərisinin solğunlaşması da bundan xəbər verir.
Belə halların meydana çıxması zamanı orqanizmin təmizlənməsinə ehtiyac duyulur.
Orqanizmin təmizlənməsinin bir çox üsulları var.
Bəzi mütəxəssislər belə üsullardan biri kimi orqanizmə faydalı içkiləri məsləhət görür.
Bu içkilər sırasında alma şirəsini xüsusi qeyd etmək lazımdır.
Alma tərkibində olan mineral duzlar sayəsində sidik təmizləyici və qan təmizləyici xüsusiyyəti ilə tanınır.
— Vitaminlər və mineral duzlar təmizləmə xüsusiyyəti ilə yanaşı enerji mənbəyidir.
— A vitamin tənəffüs yollarını, sinir sistemini, qan damarlarını və dərini sağlam saxlayır.
Gavalı şirəsi – susuzluğu yatırır, mədə və qarnı yumşaldır. Gavalının çəyirdəyini çıxarıb suda qaynadaraq süzür və alınan suyu soyudurlar. Daha sonra onu 1/5 hissəsini və ya 0,2 hissəsini qalanadək qaynatmaq lazımdır.
Şaftalı şirəsi – adi sıxmaqla alınan şirə susuzluğu yatırır, öd ifrazını yüngülləşdirir.
Albalı şirəsi – suyunu çıxarıb, od üstündə azacıq qatışandan sonra içəndə susuzluğu, qan təzyiqini və ödün sürətlə ifrazını yatırır. Ürəkbulanmaya qarşı da münasibdir.
Zoğal şirəsi – bağırsağı möhkəmləndirir, susuzluğu və qan təzyiqini yatırır. Albalı şirəsi kimi hazırlanır.
Kök şirəsi – mədəni möhkəmləndirir. Bu şirəni ürək döyüntüsü hallarında içmək məsləhətdir. Adi sıxmaqla alınır və bişirməyə ehtiyac yoxdur.
Söyüd yarpağının şirəsi – mədə və tənəffüs orqanlarını möhkəmləndirir.
Dahi alim və həkim Avisenna qızıgülün faydalı xüsusiyyətlərinə böyük elmi əsər həsr etmişdir.
Ta qədimdən qızılgül suyu və yağı müalicəvi və kosmetik vasitə kimi geniş istifadə olunurdu.
İnsanların əksəriyyəti bilir ki, qizilgülün ətri əhval-ruhiyyəni yaxşılaşdırır. Bunu tibb də təsdiq edir. Qızılgülün ətri insanın sinir sisteminə sakitləşdirici təsir edir, stresslə və depressiya ilə mübarizə etməyə kömək edir. Qızılgül əsl təbii antidepressantdır.
Gərgin iş günündən sonra üzünüzü qızılgül suyunda isladılmış pambıqla silin və bir qədər uzanın. Bu sizi sakitləşdirəcək və gərginliyin azalmasına kömək edəcək.
Qızılgül suyu ilə vannalar da çox yaxşı sakitləşdirici təsir edir. Vannanı ilıq su ilə doldurun və ora 1 stəkan qızılgül suyu tökün. Belə vannalar həmçinin bədən dərisinə də çox müsbət təsir edir — cavanlaşdırır, daha hamar edir, sellülitlə mübarizə aparır.
Bağırsaqların sağlamlığı və həzm sisteminin düzgün işləməsi üçün bu 7 qidanı yemək vacibdir.
İnanılmaz probiotik xüsusiyyətləri olan sarımsaq bağırsaqlardakı zərərli bakteriyaları məhv edər və immuniteti gücləndirər.
Lif və flavonoidlə zəngin olan kəvər həzm sistemini dəstəkləyən fermentlərlə zəngindir.
Yer almasının tərkibindəki probiotik xassəli inülin maddəsi tox hiss etmənizə kömək edər.
Turp tərkibindəki birləşimlər sayəsində bağırsaqdakı faydalı bakteriyaların sayını artırar, tox hiss etdirər və həzm sistemini rahatladar.
Qarabaşaq yarması «yarmaların kraliçası» adlandırırlar. Bunun səbəbləri çoxdur.
Qarabaşaq yarması ən xeyirli yarmalardan biridir. Onun tərkibində əvəzolunmaz aminturşular, vitaminlər, dəmir, kalium, fosfor, mis, kalsium kimi faydalı mikroelementlər var.
Qarabaşq rutinlə zəngindir. Bu maddə güclü antioksidant xüsusiyyətlərinə malikdir ki, orqanizmdə gedən qocalma proseslərini ləngidir, kapilyar və damarların divarlarını möhkəmləndirir, vitaminlərin orqanizmə olan təsirini artırır.
Qarabaşaq sıyığı uşaqlar, hamilə qadınlar və yaşlı insanların qidalanmasına mütləq əlavə etmək lazımdır.