sağlam həyat tərzi kateqoriyası üzrə məqalələr

Hansı şirə hansı xəstəlikdə faydalıdır?

Meyvələr insan orqanizminə nə qədər faydalıdırsa, onlardan hazırlanan şirələr də sağlamlığa bir o qədər müsbət təsir göstərir. Ancaq meyvə şirələrindən düzgün istifadə edilmədikdə vücudda xəstəliklərin yaranması belə mümkündür.
Bəs hansı şirələr hansı xəstəliyin müalicəsinə müsbət təsir göstərir?
Davamı →

Möcüzəvi barmaq masajı

Barmaqlarımız sinir ucları ilə çox zəngindir. Barmaqlara təsir etməklə orqanizmin bir çox orqan və sistemlərinə təsir etmək mümkündür. Bunu hələ qədim zamanlarda Şərq təbibləri bilirdi və uğurla istifadə edirdi.
Yaponiyanın Tsutsumi məktəbinin təbiblərinin fikrinə görə, baş barmaq tənəffüs sistemi ilə bağlıdır. Bu barmağı allegiya xəstəlikləri, angina, zökəm, bronxial astma zamanı masaj etmək lazımdır.
Davamı →

Yuxu zamanı insan bədənində baş verən dəyişikliklər

İnsan həyatın təxminən 1/3 hissəsini yuxuda keçirir. Yuxu həyati vacibdir. Yuxunun az olması insan sağlamlığına çox ciddi ziyan vurur, bir çox xəstəliklərin, o cümlədən ürək-damar, sinir sistemi, xərçəng xəstəliklərinin riskini artırır. Yuxu zamanı orqanizm həm dincəlir, həm də bərpa olunur, orqanizmdə çox vacib proseslər gedir.
Davamı →

Qatıqla faydalı içkilər

Payız və qış fəsillərində soyuqdəymə və virus xəstəliklərinin sayı kəskin artır. Özünüzü bu xəstəliklərdən qorumaq istəyirsinizsə, ədviyyatlar əlavə olunmuş qatıq için. Nəzərə alın ki, təzə qatıq daha faydalıdır.
Qatıq bağırsaqların mikroflorasına çox müsbət təsir edir ki, bu immun sistemini möhkəmləndirir. Ədviyyatlar isə güclü mikrob və virus əleyhinə təsirə malikdir. Mütəxəssislər hər gün 1 stəkan müxtəlif ədviyyatlar əlavə olunmuş qatıq içməyi tövsiyə edirlər.
Davamı →

Çox yeməyin, yoxsa...

Həzrət Peyğəmbər (s) buyurur: "Çox yeməkdən çəkinin, çünki insanı daşürəkli edər və bədən üzvlərini İlahi vəzifələri yerinə yetirmək üçün süstlük və tənbəlliyə çəkər, canın qulağını moizə eşitməkdən saxlayar və kar edər". (Tebyan)
Bəli, həqiqətən də çox yemək insanın ürəyindəki qəsavəti artırar və bədənini süstləşdirər. İnsan tənbəllik etdiyi üçün ibadətlərini yerinə yetiməkdə həvəsli olmaz. Bu, aydın məsələdir ki, insan çox yemək yeyəndə namazlarını qəlb hüzuru ilə qıla bilməz. Əgər tox qarına yatarsa, sübh namazına dura bilməz, dursa da süst və məst halında olar.
Davamı →

Yorğunluğun dərmanı nədir?

Bir çoxumuz həddən artıq işləyir və bu, tükənmə, sağlamlıq ilə bağlı problemlər, pis vərdişlər, depressiya və bədbəxtçilik kimi mənfi nəticələrə gətirib çıxarır.
Fiziki və zehni yorğunluğun əsas səbəbləri aşağıdakılardır:
  • Vəzifəniz yüksəkdir və məsul olduğunuz öhdəliklər çoxdur, qrafikinizə nəzarət edə bilmirsiniz;
  • Bir neçə işdə işləmək məcburiyyətindəsiniz və bunu dəyişdirə bilmirsiniz;
  • Özünüzü həddindən artıq çox yükləyirsiniz və siz sanki həmişə işdə olursunuz;
Siz hər zaman onlayn rejimində olursunuz, bütün zəng və mesajlara dərhal cavab verirsiniz, hər zaman stressdəsiniz.
Davamı →

Omega-3-ün faydaları nələrdir?

Omega-3 yağ turşuları, qida maddələri ilə qəbul edilməli olan çox doymamış yağ turşularıdır. Bədənin Omega-3 ehtiyacı, ana bətnində başlayır. Ehtiyac uşaqlıq, yetkinlik və qocalıq dövründə davam edir. EPA və DHA adı verilən Omeqa-3 yağ turşuları vardır. Yetkinlər üçün EPA, hamilələr, süd verən analar və uşaqlar üçün isə DHA uyğundur.
Yetkinlər üzərində aparılan tədqiqatlarda Omega-3 orqanizmdə iltihabın qarşısını aldığını, immunitet sistemini gücləndirdiyini və hüceyrə divarlarının sağlamlığını qorumaqla bədxassəli xolesterolun (LDL) qarşısını aldığı müşahidə olunmuşdur.
Davamı →

Darının faydaları

Darını " quş yemi" kimi tanıyırlar. Ancaq darı dünya xalqları tərəfinfən buğda və düyüdən sonra istifadə olunan 3- cü bitki sayılır. Əvvəllər onu " qızıl dən" adlandırırdılar. Darı şərqi slavyan ölkələrinin milli yeməyi hesab olunur. O, buğda ilə müqayisədə eneri dəyərinə görə aşağı, lakin mineral və vitamin baxımından dəyəri yüksək olan taxıl bitkisidir. Onun tərkibi əvəzolunmaz amin turşularla, mikro və makro elementlərlə, fol turşusu ilə zəngindir.
Davamı →

Osteoxondrozla bağlı məsləhətlər

İnsanların çoxu osteoxondrozu təhlükəsiz xəstəlik hesab edir, lakin vaxtında tədbir görülmədikdə cox ciddi narahatlığa səbəb olur. Ən çox da qadınlar da təsadüf olunur. Az hərəkətli insanlar da, vaxtının çoxunu kompyuter arxasında keçirənlərdə daha çox  osteoxondroz müşahidə olunmaqdadır. Ona görə birinci növbədə hərəkət önəmlidir. Ağrı onun əsas əlamətidir. Xəstəlik irəlilədikcə keyimələr  baş verir. Boyun osteoxondrozuna baş ağrıları, başgicəllənmə, sinə, boyun, qol ağrıları xasdır. Osteoxondroz ağrıları  fəqərə sütununun bu xəstəliyə düçar olmuş hissəsinə müvafiq olaraq fərqli xarakter daşıyır, məsələn: bel osteoxondrozunda beldə və ayaqlarda güclü ağrılar, keyimə və hətta aşağı ətrafların arıqlaması kimi hallar müşahidə oluna bilər.
Davamı →

Balıq yağının faydaları haqda

Balıq yağının faydaları nələrdir? Balıq yağı ən çox hansı balıqda olur? Balıq yağı əlavələrinin tərkib hissəsi nələrdir?
Balıq yağının faydaları
Balıq yağı bir çox cəhətdən çox faydalıdır. Ümumiyyətlə ürək və qan dövranı sistemi ilə əlaqədar tövsiyə olunur. Bəziləri balıq yağını təzyiqi və ya qandakı xolesterolu azaltmaq üçün istifadə olunur. Balıq yağı ürək xəstəliklərinin qarşısını almaq üçün də istifadə olunur.
Davamı →
Top