Pnevmoniya, yəni sətəlcəm ağciyər toxumasının iltihabi xəstəliyidir. Adətən pnevmoniya sürətlə inkişaf edərək qısa müddətdə sinədə ağrı, temperaturun yüksəlməsi, bəlğəmli öskürək və təngnəfəsliklə xarakterizə olunur. Bəzi hallarda isə pnevmoniya soyuqdəymə və kəskin respirator virus infeksiyalarından, yəni qripdən sonra inkişaf edir. Pnevmoniya ilə xəstələnməyə görə risk qrupuna kiçik yaşlı uşaqlar və yaşı 65-dən çox olan şəxslər, şəkərli diabet, QİÇS, xronik ağciyər-ürək və mədə bağırsaq xəstəliyi olanlar, orqanizmin immun sistemini zəiflədən preparatları qəbul edənlər, ağır cərrahi əməliyyat keçirənlər, zərərli vərdişləri olanlar — siqaret çəkənlər, alkoqol qəbul edənlər daxildir.