D vitamini orqanizmdə bir çox proseslərə təsir etdiyindən onun çatışmazlığı müxtəlif pozulmların inkişafına yol açır.
1.D vitamininin defisiti hipertoniyanın inkişafı riskini artırır.
2.Astma xəstəliyi də orqanizmdə D vitamininin çatışmazlığı ilə əlaqələndirilir.
3.D vitamini orqanizm tərəfindən fosfor və kalsiumun mənimsənilməsini təmin edir. Bu səbəbdən orqanizmdə D vitamini azdırsa bu dişlər, oynaq və sümüklərin sağlamlığına mənfi təsir edir.
4.Araşdırmalar göstərib ki, D vitamini hüceyrələri mutasiyalardan qoruyur, xərçəngin riskini azaldır.