Hüceyrələr arasındakı ensiz boşluqlar öz aralarında birləşərək limfa kapilyarlarını əmələ gətirir. Qan damarlarında oduğu kimi limfa kapilyarları da birləşib limfa sistemini əmələ gətirir. Limfa kapilyarlarının qan kapilyarlarından fərqi ondadır ki, limfa kapilyarlarının ucu küt qurtarır. Limfa damarlarının divarının quruluşu vena damarlarının divarının quruluşuna oxşardır. Limfa xüsusi axarlar vasitəsilə döş boşluğunda vena damarlarına açılır. İnsanda 2 limfa axarı var. Döş limfa axarı və sağ limfa axarı.