Qan-damar sistemi kateqoriyası üzrə məqalələr

Anemiyaya diqqət!

Qan tərkibində hemoqlobinlər olan oksigenlərlə zəngindir. Oksigen məhz qan vasitəsilə bədənin müəyyən hissələrinə ötürülür. Hemoqlobinlər isə qana qırmızı rəng verən erotrositlərdən ibarətdir. Qandakı hemoqlobinlərin azalması anemiya xəstəliyinin yaranmasına gətirib cıxarır. Anemiya bir neçə növü mövcuddur. Onlar arasinda ən çox yayılanı dəmir defisitli və hemoqlobin çatışmazlığı. Normal halda qanda 14-15 qram hemoqlobin olmalıdır. Onlar qana qırmızı reng verir.

Onların ömrü isə 4 ay olur. Bu müddət ərzində çoxlu vitamin qəbul etmək və hemoqlobini yeniləmək lazımdır. Əks halda qandakı hemoqlobinin miqdarı azalacaq və ağ qan çoxalacaq.  Buna el arasinda “ağ qanın qırmızı qanı yeməsi” deyirlər. Bəziləri elə hesab edirlər ki, anemiyaya ariq insanlarda rast gəlinir. Amma əksinə anemiya daha çox kök adamlarda olur. Bol kalorili yemək yemək insanı anemiyadan sığortalamır.

Davamı →

Qan qruplarının irsən keçməsi

Uşağın qan qrupu onun anası və atasının qan qruplarından asılıdır. Qanın bəzi xüsusiyyətlərinə görə, tibbdə 4 qan qrupu seçilir:

I (0), II (A), III (B) və IV (AB). Ana və atanın qan qrupları eyni və ya müxtəlif olduqda, uşaqların qan qrupları da müxtəlif ola bilər. Misal üçün, ananın və atanın qan qrupları I və IV olduqda, onların uşaqlarında ya II-ci  ya da III-cü qan qrupu ola bilər.

Davamı →

Ürəyin işemik xəstəliyi haqda

Ürəyin işemik xəstəliyi (ÜİX) – çox təhlükəli və, əfsuslar olsun ki, insanlar arasında çox yayılmış xəstəlikdir. Ürəyin daxili qişası, qanın tərkibindən ona qidalı maddələrin və oksigenin daxil olmasına imkan vermədiyi üçün, ürək öz qan təchizatı sistemindən asılıdır.
Ürəyin qanla təchiz edilməsi aorta damarından ayrılan koronar arteriyalar vasitəsi ilə baş verir. Ürəyin işemik xəstəliyi məhz bu koronar arteriyalarda qanın miqdarının azalması nəticəsində baş verir. Bu isə koronar arteriyalarda baş verən spazm, iltihabi proses və ya onların divarında əmələ gələrək damarın daralmasına səbəb olan aterosklerotik düyünlərin səbəbindən olur.
Davamı →

Ürəyin işemik xəstəliyi

Ürəyin işemik xəstəliyinə-qan dövranının müxtəlif dərəcədə pozulması olan stenokardiya, miokard infarktı və kardioskleroz aiddir.
Döş anginası və yaxud stenokardiya tac damarlarında qan dövranının pozulması ilə əlaqədar olub, cavan və ahıl yaşlı insanlarda baş verir.Əsas əlaməti ürək və ya döşarxası nahiyələrdə tutmaşəkilli ağrı və onun sol qola kürəyə, boyuna vurması, bir neçə dəqiqədən bir neçə saata davam etməsidir.( yarımsaatdan sonra miokard infarktına keçir)
Davamı →

Aşağı təzyiqə qarşı effektli mübarizə

Müasir zamanda çoxları sadəcə təzyiqinin düşməsi və qalxması ilə əlaqələndirərək baş ağrılarından şikayət edirlər.Təzyiq kifayət qədər müxtəlif diapazonda dəyişkən normativlərə malik bir göstərici olduğundan kliniki nöqteyi nəzərdən onun dəqiq hüdudlarını müəyyənləşdirmək mümkün və düzgün deyildir.Aparılan tədqiqatlar onu göstərir ki, sistolik təzyiq 60-240, diastolik təzyiq isə 30-200 mm civə sütunu üzrə təyin oluna bilər.

Davamı →

Balıq yağı təsirsizdir

Tərkibində balıq yağı olan qida əlavələri ürək tutmaları ehtimalını azaltmır.Onun geniş spektrdə  müalicə və profilaktika vasitəsi kimi istifadə olunmasına baxmayaraq mütəxəssislər bu fikirdədirlər.

Davamı →

Ürəyiniz üçün bunlardan uzaq durun

Doymuş yağ nisbəti yüksək yağlarla çıxarılan qidaların ürək və damar xəstəlikləri riskini artırdığı ifadə edildi.Yağdan başqa turşu ehtiva edən yağların doymuş yağ nisbətinin olduqca yüksək olduğunu ifadə edən qidalanma mütəxəssisləri, bir çox restoranda və yemək fabrikində bu yağların istifadə edildiyini ifadə etdi.Yağdan əlavə turşu tərkibli qidaların ürək və damar sağlamlığı üçün yeyilməməsi lazım olduğuna diqqət çəkən mütəxəssislər, sağlam qidalanmaq üçün bəzi xəbərdarlıqlar verdi.

Davamı →

Qan və limfa sistemi

Qan, limfa, toxuma və beyin-onurğa beyni mayesi ilə birlikdə orqanizmin daxili mühitini təşkil edir. Qan damarlar daxilində cərəyan edir və bir sıra funksiyaları yerinə yetirir: nəqliyyat, tənəffüs, trofik, ekskretor, bədən hərarətinin tənzimi, müdafiə və s.
1. nəqliyyat funksiyası – qan vasitəsilə qazlar, qida maddələri, mübadilə məhsulları, hormonlar, mediatorlar, elektrolitlər, fermentlər və s. daşınır.
2. tənəffüs funksiyası – eritrositdə olan hemoqlobin hesabına oksigen ağciyərlərdən toxumalara, karbon qazı isə toxumalardan ağciyərlərə daşınır.
3. trofik funksiya – qana keçmiş qida maddələri toxumalara daşınır.
4. ekskretor funksiya – mübadilənin son məhsulları (sidik cövhəri, sidik turşusu, kreatinin, karbon qazı və s.) qan vasitəsilə böyrəklərə, tər vəzilərinə, ağciyərlərə, bağırsaqlara daşınır və oradan da orqanizmdən xaric edilir.
5. termorequlyasiya funksiya – bir çox fizioloci mexanizmlər hesabına qanın damarlardan müxtəlif nahiyələrə ötürülməsi ilə baş verir; belə ki, qanın dəri kapillyarlarına daha çox toplanması istiliyin itməsinə səbəb olur. Daxili orqanlara qan toplandıqda isə əksinə istilik az itirilir.

Davamı →

İnsult

İnsult keçirmiş insanları xəstəxanaya yerləşdirərkən ilk 24 saat ərzində, müalicə etdikdə daha tez effekt almaq mümkündür. Bunun üçün Amerika və Rusiya kardioloqları xəstənin özünün təyin edə biləcəyi bir neçə sadə insultönü əlamətləri nəzərə (xüsusən bədənin bir tərəfinin), qəfləti çaşqınlıq, nitqdə pozğunluq, qəfləti görmə pozğunluğu, başgicəllənmə və ya koordinasiyanın itməsi, yerişin çətinləşməsi, səbəbsiz güclü baş ağrıları.
Davamı →

Qanaxmalar

İnsanın qan damarlarında bədən qanının ¾ hissəsi dövr edir. ¼ hissəsi bəzi orqanlarda (dalaqda, qara ciyərdə, ağciyər və dəri) ehtiyat halında saxlanılır. Damar zədələndikdə qanaxma baş verir. Qanın miqdarı azaldıqca qan təzyiqi düşür, baş beynin, ürəyin və digər orqanların qanla təchizatı pozulur. Qanaxma zamanı 2-2,5L qan itirildikdə ölümlə nəticələnir.  
Qanaxma 3 cür olur: kapilyar, venoz və arterial qanaxma

Davamı →
Top