Qan-damar sistemi kateqoriyası üzrə məqalələr

Beynin damar malformasiyaları

Beynin damar malformasiyaları və ya damarların anadangəlmə inkişaf qüsuru ümumi populyasiyanın 1%-dən azını təşkil edir. Statistik məlumatlara əsasən, hər 200-500 adamdan birində beynin arteriovenoz malformasiyalarına rast gəlinir. Kişilərdə isə qadınlara nisbətən daha çox rast gəlinir. Bu növ malformasiyalar irsi olaraq ötürülmür.

Davamı →

Kuşinq sindromu

Kuşinq sindromu və ya hiperkortisizm ilk dəfə təxminən 100 il əvvəl Kuşinq Qarvi tərəfindən qeyd olunmuşdur. Bu sindrom özündə qanda kortizolun yüksəlməsi ilə əlaqədar meydana çıxan simptomları birləşdirir. Kuşinq sindromunu aşkarlamaq çətinlik törətmir. Diaqnoz adətən, kliniki əlamətlərə görə qoyulur və laborator müayinələrə əsasən təsdiqlənir. Əksər hallarda bu sindrom uzun müddət müəyyən xəstəliklər nəticəsində kortikosteroidlərin qəbulu nəticəsində meydana çıxır (revmatoid artrit və digər autoimmun xəstəliklər). Qeyd etmək lazımdır ki, sindromdan əlavə Kuşinq xəstəliyi və ya hipofizar AKTH asılı sindromu da mövcuddur.

Davamı →

Arteriyaların zədələnməsi

Arteriyaların okklüzion zədələnməsi- Periferik damarların okklüzion xəstəliklərinin əsas səbəbi aterosklerozdur. Klinika isə damarların prosesə nə dərəcədə qoşulmasından və xəstəliyin mərhələsindən asılıdır. Xroniki işemiya zamanı ilk siptomlardan biri əzələlərdə qan dövranının pozulması nəticəsində növbələşən axsaqlıqdır. Bu da öz növbəsində ayaqlarda qıcolma və ağrılara gətirib çıxarır. Xəstəliyin proqressivləşməsindən asılı olaraq distal hissələrdə sakit halda ağrılar baş verir, nəbz itir, dəri quru, qabıqlanmış və soyuq olur.

Davamı →

Ürək qapaq qüsurları

Ürək qapaq qüsurları dedikdə, onların əsas funksiyasının pozulması nəticəsində meydana çıxan patologiya nəzərdə tutulur. Ürək qapaqlarının hermetizasiyası, qapaqlar vasitəsilə normal qan dövranının pozulması və bu kimi xəstəliklər nəzərdə tutulur. Qapaq qüsurları iki növ olur: qapaq stenozu və qapaq çatmazlığı. Əksər hallarda stenoz və çatmazlıq birgə rast gəlinir, az hallarda ayrı patologiyalar kimi üzə çıxa bilər.

Mitral qapaq qüsurları - Bura aid olan mitral qapağın prolapsını qeyd etmək olar. Bəzən isə yorğunluq, halsızlıq, miqren, baş gicəllənmələri, ortostatik hipotenziya, təngnəfəslik, ürək döyünmənin artması, döş qəfəsində ağrı kimi əlamətlər müşahidə oluna bilər. Diaqnoz ürəyin USM müayinəsi ilə qoyulur.

Davamı →

Ürəyin işemik xəstəliyi

Adından da göründüyü kimi bu xəstəlik ürəkdə baş verən müxtəlif xəstəliklərdir. Bu xəstəliklərlə demək olar ki, hamımız tanışıq, özümüzdə olmasaq da yaxınlarımız, qohumlarımızda rast gəlmişik. Ürəyin işemik xəstəliyinin (ÜİX) bir neçə növü var: Stenokardiya, Miokard infarktı, Xroniki ürək çatmazlığı. Xəstəliyin əsasında ürək əzələsi olan miokarda oksigen çatmazlığı durur. Miokard sözün əsl mənasında «böyük iş» görür: bir yığılmaya damarlara 100 qramaa qədər qan ötürür. Normada bir dəqiqədə miokard 70-90 dəfə yığılır və beləliklə hesablamaq olar ki, o gün ərzində neçə ton qanı orqanizmə ötürür. Buna görə də miokarda daima və çox miqdarda oksigen lazımdır. Oksigen çatmazlığı zamanı miokardda toksiki maddələr yığılmağa başlayır və ağrı meydana çıxır.
Bundan başqa, xroniki oksigen çatmazlığı və qidalı maddələrin (ürəyə koronar və venoz damarlar vasitəsilə gələn maddələr) çatmazlığı nəticəsində miokardda dəyişikliklər meydana çıxır ki, bu da onun zəifləməsinə gətirib çıxarır. Bu zaman qan arteriyalara pis ötürülməklə yanaşı, həm də venalarda durğunluq əmələ gətirir ki, bunlar vasitəsilə də qan ürəyə çatmalıdır. Beləliklə, xroniki ürək çatmazlığı meydana çıxır. Koronar arteriyalarda qan dövranının pozulmasına səbəb ateroskleroz və damarların spazmıdır.
Stenokardiya: ÜİX-nin ən yüngül formasıdır. Xəstəliyin əsasında ürəyi qidalandıran koronar arteriyaların spazmı nəticəsində qan dövranını qısa müddətli pozulması durur. Adətən, 10-20 dəqiqədən sonra spazm keçir. Bu stenokardiya tutmaları aşağıdakı səbəblərdən meydana çıxır:

Fiziki və emosional (ağır hallarda və gecikmiş mərhələlərdə isə stenokardiya tutmaları sakit halda belə baş verir)
Spirtli içkilərin qəbulu
Arterial təzyiqin yüksək olması və ya ətrafdakı hava temperaturunun çox yüksək və ya çox aşağı olması.
Titrətmə (bədən temperaturunun çox yüksək olması)
Normadan artıq yemək
Stenokardiyanın əsas simptomu ağrıdır. Ağrı özünə məxsus xarakterlə başlayır: fiziki və ya emosional gərginlikdən sonra döş sümüyü arxasında (həkimlər bunu gərginlik stenokardiyası adlandırırlar) olur, gecikmiş mərhələlərdə isə sakit halda belə baş verə bilər (bu da müvafiq olaraq, sakitlik stenokardiyası adlanır ). Ağrı sol çiyinə, sol qola, sol kürək sümüyünə, bəzən isə çənənin sol hissəsinə yayıla bilər. Xəstələr bu ağrını sıxılma, döş sümüyünə təzyiq kimi qiymətləndirirlər, məhz buna görə də bu yaxınlara qədər, bu xəstəlik «döş qurbağa» sı adlandırılırdı, indi isə latın dilindən təxminən «sıxılmış ürək » kimi tərcümə olunur. Ağrı adətən, 5-10 dəqiqədən sonra gərginlik keçdikdən və ya nitratların qəbulundan sonra keçib gedir.

Diaqnozun
qoyulması üçün adətən, xəstəyəEKQ təyin olunur, bəzən onu fiziki yüklənmə halında çəkirlər. Diaqnoz qoyulduqdan sonra isə müalicə təyin olunur. Müasir dərman preparatları xəstəliyin ağrısız keçməsinə şərait yaradır. Lakin xəstəliyə qeyri-ciddi yanaşmaq olmaz, belə ki, bundan sonra baş verə biləcək mərhələ miokard infarktıdır. Bu xəstəliyin isə çox hallarda ölümə səbəb olması və daha çətin müalicə olunmasını bilmək kifayətdir ki, onun ciddiliyi nəzərə alınsın.
Davamı →

Varikoz genişlənmə

Varikoz xəstəliyi statistikaya görə dünyada qadınların 25%-də, kişilərin isə 13%-də rast gəlinir. Razılaşmaq lazımdır ki, bu elə də kiçik bir rəqəm deyil. Varikozun xüsusilə qadınlara  nə qədər rahatsızlıq gətirdiyi hamıya məlumdur. Varikoz genişlənmə venaların genişlənməsi, şişməsi, uzanması, əyrilik və düyünlərin əmələ gəlməsi ilə xarakterizə olunur. Varikoz genişlənmə çox vaxt aşağı ətrafların ,düz bağırsağın venaları (babasil) və az hallarda qida borusunun və sperma liflərinin venalarını zədələmiş olur.

Davamı →

Səyrici aritmiya

Bu xəstəlik zamanı müalicənin məqsədi mümkün halda ürəyin sinus (normal) ritminin bərpa edilməsi və onun normada saxlanmasıdır.
Ritmin bərpası: Ürəyin normal ritmini bərpa etmək üçün bir çox üsulla var. Birinci ən sadə üsul: xəstə özü üzərində tətbiq edə bilər. Metodun əsasında azan sinirin stimulyasiyası (vaqus) durur, bu zaman ürəyin ritmi azalmış olur. Bunun üçün ilk olaraq xəstə dərindən nəfəs almalıdır, sonra ağız və burnunu möhkəm sıxmalı və bu anda çətinliklə nəfəs almağa çalışmalıdır. Bu metodla digər ritm pozğunluqlarını da dayandırmaq olar. Təəssüf ki, bu metod bütün xəstələrə kömək etmir.

Davamı →

Anevrizma

Bu xəstəliklə heç bir simptom hiss etmədən, normal həyat tərzi keçirərək illərlə yaşamaq mümkündür. Bu vaxt ərzində isə anevrizma inkişaf edərək hər an təhlükə yarada bilər. Hətta həkim anevrizma diaqnozunu qoyduqdan sonra da xəstə çox vaxt vəziyyətin ciddiliyini tam anlamır.
Anevrizma — arteriya divarlarının (az hallarda venalar) nazikləşməsi və uzanması nəticəsində arteriyaların şişməsi və qabarmasıdır. Nəticədə də «anevrizmatik kisə» yaranır ki, bu da öz növbəsində yaxınlıqda yerləşən toxumaları sıxılmasına gətirib çıxarır. Anevrizma çox vaxt anadangəlmə olur. Bununla belə, yenidoğulmuşda  bu qüsur bilinmir və uşaq normal inkişaf edir.

Davamı →

Hipertoniya

Hipertoniya təbabətin ciddi problemi olaraq qalır. Bu həm adi haldır, eyni zamanda orqanizm üçün ağır vəziyyətdir. Arterial təzyiqin kütləvi surətdə ölçülməsi zamanı müayinə olunanların təxminən 20-30%-də a/t-in yüksək olması aşkar olunur.
Qan təzyiqinin artması ilə insanın xarici mühitə uyğunlaşması arasında müəyyən əlaqə mövcuddur. İnsan xarici mühitə uyğunlaşa bilirsə, onda özünü güclü, enerjili, bacarıqlı hesab edir, əhval-ruhiyyəsi nikbin olur. Əksinə, əgər insan, onu əhatə edən mühitə uyğunlaşa bilmirsə, bu zaman orqanizmdə müxtəlif pozğunluqlar əmələ gəlir ki, onlardan daha tez-tez təsadüf olunanı hipertoniyadır. İnsanı əhatə edən xoşagəlməz hallar, hadisələr artdıqca hipertoniya da inkişaf edir, ürəyin, böyrəklərin patologiyasını müşayiət edən faktora çevrilir.

Davamı →

Limfa düyünlərinin böyüməsi

«Böyümüş vəzilər» termini bir və bir neçə limfa düyününün böyüməsini izah edir. Limfa düyünləri immun sistemin tərkib hissəsi olan limfatik sistemin əsas elementidir. Bəzən səhvən limfa düyününün böyüməsinə vəzi böyüməsi deyirlər. Bu termin elmi cəhətdən o qədərdə düzgün səslənmir. Çünki limfa düyünləri vəz deyil və heç bir maddə sekresiya etmir.
Davamı →
Top