Andromeda Qalaktikası dünyadan görülə bilən ən uzaq göy cismi olmaqla yanaşı, bizim də içərisində olduğumuz, başqa sözlə Günəş sisteminin daxil olduğu Süd Yolu qalaktikasına ən yaxın olan böyük qalaktikadır. Süd Yolu qalaktiksadı ilə arasında təxmini olaraq 2.2 işıq ili məsafə vardır.
2006-ci ildə əldə edilən məlumatlara görə Süd Yolu qalaktikası Andromedanın kütləsinin təxminən 80 faizini təşkil edir. Messier 3, NGC 224 ya da M31 olaraq da bilinən Andromeda Qalaktikası söz olaraq zəncirə vurulmuş qız mənasını verməkdədir.
Südyolu qalaktikasının ölçüsü nə qədərdir?
Südyolu qalaktikasının forması necədir?
Bir çox insan aydın, dumansız yay gecəsində səmaya tamaşa etmiş və ulduzlarla dolu göy haqqında düşünmüşdür. Kainatın böyüklüyü haqqında bir-birindən fərqli bir çox nəzəriyyə irəli sürülmüşdür. İnsan ağlının qavramadığı qədər böyük fəza boşluğu və bu boşluğu dolduran qalaktikalar, milyardlarla göy cismi və onlar arasındakı qüsursuz müvazinət Allah’ın sonsuz gücünün dəlillərindəndir. Mükəmməl yaradılışı daha yaxşı təqdir etmək üçün Yer kürəmizin də yerləşdiyi Südyolu qalaktikasını təhlil etmək faydalı olar.
Kainat bir nöqtədən böyük partlayışla yaradılmışdır. Bütün partlayışlar mövcud nizamı pozduğu halda, “Big Bang” adlandırılan bu partlayış ilə kainatda sıfır həcmdən, yəni yoxluqdan möhtəşəm nizamla 300 milyard qalaktika əmələ gəlmişdir. Yaşadığımız Südyolu qalaktikası müşahidə edilən kainatdakı 300 milyard qalaktikadan biridir.
Qara dəliklər yanacağı bitmiş, yəni sönmüş ulduzlardır. Enerjisi bitən ulduzların işıqları da yox olur. Ulduzun öz içinə doğru yığılması və büzülməsi nəticəsində ulduzun yerinə sonsuz sıxlıqda və sıfır həcmdə cəzbetmə sahələri, yəni qara dəliklər meydana gəlir.
Qalaktik araşdırmaların nəticəsində məlum oldu ki, günəş sisteminin xaricində planetlər ulduzlardan daha çoxdur. Artıq gecə səmaya baxıb ulduzların çoxluğuna heyrət etsəniz, yenidən düşünmənizi tövsiyə edərik. Çünki gördükləriniz göydəki cisimlərin yalnız bir qismidir.
Qalaktik araşdırmalar Süd yolu xaricindəki qalaktikalarda ulduzdan çox planet olduğunu ortaya qoydu. Araşdırmalara görə, günəş sisteminin xaricində qarşımıza adam başına bir planet çıxır. Adi gözlə görməyin qeyri-mümkün olduğu bu planetləri teleskopla görmək belə olduqca çətindir.
Amerikalı astronomların apardıqları tədqiqatlar nəticəsində, 13,7 milyard il əvvəl kainatın yaranmasından sonra meydana gələn qaz buludunu kəşf etdilər.
Amerikanın “Science” jurnalında dərc olunan məqalədə bildirilib ki, bu qazın komponentləri kainatdakı elementlərin əsasını təşkil edən maddələrin yaranmasına səbəb olub. Kainatın yaranma nəzəriyyəsi olan “Böyük partlayış”a (Big Bang) görə, əvvəl hidrogen və helium kimi yüngül elementlər əmələ gəlib. Daha sonra yüz milyonlarla il keçib, qazlar yaranıb, sıxlaşıb və planetlər əmələ gəlməyə başlayıb.
Kaliforniya Universitetinin astronomiya və astrofizika professoru Xavyer Proçaskanın dediyinə görə, dünya tarixində ilk dəfə olaraq hidrogen və helium kimi yüngül elementləri tədqiq etməyə başlayıblar. O: “İlk dəfə kainatın ilk anlarında ulduzlardan gələn ağır elementlərin qarışmadığı qazları araşdırırıq”, – dedi.
Astronomlar bildiriblər ki, həmin qaz buludunda karbon, oksigen və silisiumun olmaması hidrogenin saflığına dəlalət edir.
Radiasiya kosmosda saniyədə 200.000 km-ə yaxın sürətlə hərəkət edən qamma şüaları, neytronlar, elektronlar və daha bir neçə atomaltı zərrəciklərdən ibarətdir. Bu zərrəciklər insanın bədəninə asanlıqla təsir edir və bədəndəki hüceyrələrə zərər verir. Bu zərər ölümcül xəstəliyin – xərçəngin ortaya çıxmasına səbəb ola bilər və ya çoxalma hüceyrələrinə təsir edə bilər. Bu da gələcəkdə genetik dəyişikliyə gətirib çıxarır.
Bütün dünya II Dünya Müharibəsində Xerosima və Naqasakiyə atılan atom bombalarının nə qədər böyük qüvvəyə malik olduğunun şahidi olub. Atılan hər iki bomba yüz minlərlə insanın həyatına son qoyub, bir çox insanda isə bir ömür boyu bərpa olunmayan fiziki qüsurlara gətirib çıxarıb.
Bir neçə saniyə ərzində yüz minlərlə insanın ölməsinə səbəb olan atomun daxilindəki bu böyük gücün necə ortaya çıxdığını araşdıraq:
Partlayış anı…