İmmun sistemi bizi həm xarici (virus, mikrob və s.), həm də daxili (xərçəng hüceyrələri və s.) düşmənlərdən qoruyur. İmmunitet çox mürəkkəb sistemdir. Mütəxəssislər deyir ki, immun sistemini zəiflətmək asan, möhkəmləndirmək isə çox çətindir. Bu səbəbdən immun sistemini zəiflədən amillərdən uzaq olmaq lazımdır.
1. Natamam, sağlam olmayan qidalanma
Qidalanma mümkün qədər sadə, təbii və sağlam, vitamin, mineral və qidalı liflərlə zəngin olmalıdır. Qidalı liflərinin qidalanmada bol olması bağırsaq mikroflorasını normallaşdırır. Sağlam bağırsaq mikroflorası isə immun sisteminin yaxşı işləməsi üçün çox vacibdir. Meyvə, tərəvəz, paxlalılar, göyərti qidalı liflərlə zəngindir.