Uşağın immunitetinin möhkəmləndirilməsinə onun doğulduğu ilk gündən başlamaq lazımdır.
Bunun üçün ilk növbədə körpəni lazım olandan artıq geyindirməyin. Biz, uşaq doğulan gündən onu qalın geyindirməyə, üstünü daha isti örtməyə adət etmişik. Əslində isə bu əməlimizlə biz heç də uşağa kömək etmiş yox, əksinə, ancaq zərər vurmuş oluruq. Əgər uşaq doğulan gündən etibarən yüngül şəkildə bələnərsə, sonra döşəmədə iməkləməyə, otaqda ayaqyalın gəzməyə öyrəşmiş olarsa, o daha möhkəm və sağlam böyüyəcək.
Əlbəttə ki, bu zaman hər bir şeydə həddini bilmək lazımdır! Uşaq tez-tez üşüyərsə və nəticədə də tez-tez xəstələnərsə, onun immuniteti yalnız korlana bilər.
Yenidoğulmuş körpənin immunitetini möhkəmləndirmək üçün ona hər gün hava vannaları etmək lazımdır. Uşaq üçün hava vannalarını o, evə gətirildiyi gündən başlamaq olar. Gün ərzində 2 dəfə olmaqla uşağı soyunduraraq onu 1-2 dəqiqə ərzində lüt saxlayın. 1 aylığından sonra bu vaxtı 5 dəqiqəyə, 6 aylığına qədər 10 dəqiqəyə, 1 yaşına qədər 15 dəqiqəyə qədər çatdırın. Otağın temperaturu 22-23 C olmalıdır. Əgər çöldə hava soyuq deyilsə, uşağı tədricən, otağın nəfəslik pəncərəsi açıq olmaqla, otaqda qalmağa öyrəşdirmək lazımdır.
Ətrafında heç bir narahatlıq olmadığı halda, birdən ard-arda dəfələrlə asqırmağa başlayan, gözləri qızarıb-sulanan, təngnəfəs olan və ya dərisində qızartılar, səpki yaranan insanları görmüsünüz. Bəzən ən sadə qidalardan, arılardan, hətta çiçəklərdən də uzaq duran bu şəxslərin narahatlığının adı allergiyadır.
Allergiya orqanizmin bəzi maddələrə qarşı qabarıq cavab reaksiyası kimi təyin oluna bilər. Bu maddələr allergen adlanır.
Allergiya bədənə xarici maddənin girməsi və immun sisteminin hərəkətə keçməsilə başlayır. Bitki mənşəli tozcuqlar allergiyasını (pollinoz) nümunə götürək: irsi olaraq allergiyaya meyilli insan tozcuqlardan təsirləndiyi zaman immun sistemində tozcuqlarda olan zülallara, yəni allergenə qarşı immunoqlobulin E (İgE) deyilən antitel istehsal edilir. Bu antitellərin quruluşu allergenə görə dəyişir. Ev tozundan ev heyvanlarının tükünə, meyvə-tərəvəz növlərindən arıya qədər allergen maddələri çox müxtəlifdir.
Allergiya necə meydana gəlir?
Hər insanın bədənində İgE adlanan antitel istehsal edilir. Antitelin vəzifəsi orqanizmə soxulan yad cisimləri neytrallaşdırmaqdır. Allergik insanların bədənində daha çox İgE istehsal edilir. Bu zaman immun sistemi tam zərərsiz cisimlərə potensial təhlükəli kimi reaksiya verir. Yəni allergik insan bədəninə zərər verəcək heç bir şey olmadığı halda, birdən narahatlıq keçirir.
Bildiyimiz kimi immuniteti gücləndirmək üçün qidalanma əhəmiyyətlidir.
Xüsusi ilə yay meyvələri (gilanar, sitrus bitkiləri və s.) antioksidant və C vitamini sayəsində bədəni güclənirməyə kömək edir.
İlk növbədə bədənimizin başlıca düşməni olan xolestrol heç bir meyvədə yoxdur!
* Meyvələrdə təbii şəkər var, nə qədər çox meyvə yeyərsək beynimizdəki sinir hüceyrələri o qədər inkişaf edər, və yaddaşımızı gücləndirir!
* Meyvələr mükəmməl lif qaynağıdır!
* Meyvələr vitamin və mineral baxımından çox zəngindir!
* Az kalorilidirlər və kökəltmir! (Ancaq dieta vaxtnda kalorisi nisbətən yüksək olan əncir, banan və üzümdən uzaq olun)
* Meyvələri ac qarına yemək həzm prossesini asanlaşdırır!
Gilas
* Güclü bir ağrı kəsicidir,
* Xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri təmizləyər
* Qəbzliyi aradan qaldırır,
* Nikotinin vücuddan atılmasına kömək edir,
* Böyrəkləri daş və qum yığılmasından qoruyur, varsa zamanla tökər,
* Öd kisəsi daşının tökülməsinə kömək edir,
* Üzdə olan sızanaqların təmizləməsinə kömək edir;
(100 gr. gilas=70 kalori)