Limfoma ümumi termin olub, limfatik sistemin bədxassəli şişi deməkdir. Limfomaların meydana çıxma səbəbi aydın deyil. Limfa sistemi, orqanizmin immun sisteminin bir hissəsidir. Bu limfoid orqanlardan və toxumalarda ibarətdir:
Divertikulitəsasən, 40 yaşdan sonra yaranan bağırsağın selikli qişasının torbayabənzər qabarıqlarıdır. Ölçüləri 3mm-dən 3sm-ə qədər olub, çox sayda olur. Nadir halda 15 sm-ə qədər giqant ölçüdə divertikullara da rast gəlinir. Divertikullar yoğun bağırsağın bütün nahiyələrində, ən çox da siqmaya bənzər bağırsaqda əmələ gəlir. Klinik şəkli — bəzən massiv qanaxma yarada bilər. Bundan başqa, ikincili erroziyalar da əmələ gələ bilər ki, bu da divertikulit yaranmasına gətirib çıxara bilir. Müalicə özündə pəhriz, simptomatik müalicə və böyük ölçülü divertikullar zamanı cərrahi əməliyyatı birləşdirir.
2005-ci ildə Kanadada öz sevgilisi ilə öpüşdükdən sonra yeniyetmə hipoksiya nəticəsində həyatını itirdi. Sonra aşkar olundu ki,bu yeniyetmə yerfındığına qarşı allergiyası var idi. Onun sevgilisi yeniyetmə ilə görüşməzdən əvvəl öz qidasında yerfındığı yağından istifadə etmişdi.Ölümündən sonra yeniyetmənin xarici müayinəsi nəticəsində onun öpüş nahiyəsində səpgilərin olduğu müşahidə olunmuşdu.Allergenlərin inhalyasiya,qida,dəri əlaqələri,birbaşa qan nəqli ilə ötürüldüyü məlumdur.Amma onların öpüşməklə ötürülməsi biraz təəccüblü görünür. Çoxlu müşahidə-tədqiqat işlərinin nəticəsində alimlər qida və dərman allergiyası olan şəxslərin əksəriyyətinin ikiqat təhlükədə olması qərarına gəliblər.
Bildiyimiz kimi, qanın hər bir formalı elementi və qan hüceyrələri orqanizmdə müəyyən bir funksiya yerinə yetirir. Bizə məlumdur ki, leykositlər orqanizmin mikroblardan, zəhərli maddələrdən və yad hüceyrələrdən qoruyur. Bir sözlə orqanizmin müdafiə sistemində iştirak edir. Böyük rus alimi İ.İ. Meçnikov müəyyənləşdirmişdir ki, leykositlər orqanizmdə müdafiə funksiya yerinə yetirir. Leykositlər orqanizmə daxil olan infeksion xəstəliklər törədən mikrobları udub, həll etməklə zərərsizləşdirir, nəticədə özləri də ölür və çirk əmələ gəlir. Bu proses faqositoz, leykositlər isə faqositlər adlandırılıb. Muçnikovun bu fikri immunitet təliminin əsasını qoydu. Bu kəşf bir çox keçirici xəstəliklərin qarşısının alınmasına, bəşətiyyəti qırğınlardan qurtaran peyvəndlənmə üsulunu yaratmışdı.
Allergiya (yun. «allos» — başqa, özgə; «erqon» — iş, fəaliyyət, təsir) — orqanizmin antigen təbiətli maddələrə qarşı yüksəlmiş və təhrif olunmuş reaksiyasıdır. Orqanizmin yad və ya potensial təhlükəli hesab edib, ona qarşı antitellər (əks-cisimlər) hasil etdiyi hər hansı maddəyə antigen deyilir. Allergiya törədən antigenlər allergen adlanır.
Allergik xəstəliklər lap qədimdən mövcud olmuşdur. Keçmişdə bədənin səpməsini, şişdiyini gördükdə, «toxluq edib» deyirdilər.
Qida maddələrinin törətdiyi allergik xəstəliklər hələ məşhur Hippokratın, Qalenin vaxtından məlumdur. 1819-cu ildə ilk dəfə ingilis alimi Con Boston otun təsirindən törənən allergiyanı təsvir etmişdir. Fransız alimi Şarl Rişe, rus alimi Q.P.Saxarov, ingilis pediatrı Smit, iyirminci əsrin əvvəllərində allergiya xəstəliklərini müşahidə etmiş, müəyyən təcrübələr aparmış və faydalı fikirlər söyləmişlər. Sonralar İ.İ.Meçnikov bu fikirləri daha da genişləndirmişdir.
Hazırda allergiya orqanizmə daxil olan hər hansı yad cismə, yad zülala qarşı həssaslığın artması kimi təsəvvür olunur. Müəyyən edilmişdir ki, immunokompetent sistem orqanizmə daxil olan hər hansı cismin, yaxud maddənin onun özününmü, ya ona yadmı olduğunu yaxşı bilir. Ona görə də orqanizmə daxil olan hər hansı yad cismə qarşı mühafizə xarakterli əks-cisimlər hasil olur.
Hazırda bütün bəşəriyyəti narahat edən problemlərdən biri də hər yerdə «SPİD» adlandırdığımız qazanılmış immun çatışmazlığı sindromu — QİÇS-lə mübarizədir. Bu qorxulu xəstəliyi virus törədir. Xəstəliyin beynəlxalq işarəsi AİDS-dir.
İmmun çatışmazlığı virusunun törətdiyi infeksiya uzunmüddətli gedişə malik olub, bir neçə müxtəlif mərhələdən ibarətdir. Elə buna görə alimlərin əksəriyyəti bütün xəstəliyi "İİÇV (insanın immun çatışmazlığı virusu) infeksiyası" termini ilə ifadə etməyi vacib sayır. QİÇS epidemiyasını pandemiya adlandırmağa başlayıblar ki, bu da əslində infeksiyanın bütün yer kürəsinə yayıldığını göstərir. Son zamanlar xəstəlik daha intensiv yayılaraq, epidemioloji mərkəz artıq Asiyada yerləşmək ərəfəsindədir. Bu bizi daha çox narahat etməlidir.
İlk vaxtlar belə hesab edirdilər ki, QİÇS xəstəliyinə əsasən qeyri-normal cinsi həyat tərzi keçirənlər tutulurlar. Lakin sonra bu xəstəliklər narkomanlarda, hətta uşaqlarda da aşkar edildi. Odur ki, bu sağalmaz bəlanın səbəblərini araşdırmaq aktual problemə çevrildi. Müəyyən edildi ki, QİÇS sağlam adama virusla yoluxur və ya xəstədən üç yolla keçə bilər: 1) cinsi əlaqə zamanı, 2) qan və ya onun preparatları ilə, 3) hamilə qadının qanı ilə uşağa.
Orqanizmin mühüm mühafizə reaksiyası olan immunitetin əsasını immunokompetent sistem (limfoid toxuma) təşkil edir. Təbiidir ki, bu sistemin hər hansı qüsuru immun proseslərinin pozulmasına səbəb olacaq. İmmun çatışmazlığı orqanizmin xəstəliklərə qarşı müqavimətini zəiflədir. Belə şəxslər tez-tez xəstələnir və xəstəliyi ağır keçirirlər.
İmmun çatışmazlığı anadangəlmə (ilkin) və qazanılma (ikincili) olur. Anadangəlmə immun çatışmazlığı olan uşaqlar tez-tez infeksion xəstəliklərə tutulurlar, onların fiziki inkişafı ləngiyir, kiçik yaşda infeksion xəstəliklərdən və ya bədxassəli şişlərdən tələf olurlar.