Əlbəttə, bədən quruluşunu müəyyən təlimatlara uyğun tərbiyə etmək mümkün deyil, amma həkimlər vücudunuzun gözəl görünməsi üçün test hazırlayıblar. Testdən keçin və sağlamlığınız barədə dəqiq məlumat əldə edin.
Şam yeməyində nə yeyirsiniz?
A. Mən şam yeməyi yemirəm.
B. Yemək yeməzdən əvvəl sodalı su içirəm.
C. Ilk növbədə zeytun yağı ilə hazırlanmış salatdan başlayıram.
Cavab: C. Yemək yeməzdən əvvəl cüzi miqdarda da olsa, yağ qəbul etmək (zeytun yağı lap əla olar!) həzm prosesini asanlaşdırır. Bu halda Siz tez bir müddətdə doyduğunuzu və uzun müddət tox olacağınızı hiss edəcəksiniz.
İlin soyuq aylarında uşaqlarda qrip və soyuqdəymə xəstəliklərinin riski olduqca çoxalır. Təbii ki, uşağı bu xəstəliklərdən tam sığortalamaq mümkün deyil.
Həm də uşaq belə xəstəlikləri keçirdikdə öz immun sistemini sanki «məşq etdirir». Nəticədə növbəti dəfə eyni virus və ya infeksiya ilə «görüşdükdə» uşağın immun sistemi onlara asanlıqla qalib gəlir.
Lakin hər şeydə olduğu kimi burada da müəyyən hədd var. Uşaq həddən artıq tez-tez və ağır xəstələndikdə bu onun immun sistemininə çox mənfi təsir edir.
Beləliklə, valideynlər bütün lazım olan profilaktik tədbirləri görməlidirlər ki, uşaq mümkün qədər gec-gec xəstələnsin, xəstəlik yüngül keçsin və ağırlaşmalar verməsin.
İmmun sisteminin zəifliyinə çox insanlarda rast gəlmək olar. Bildiyimiz kimi, immuniteti zəif olan insanlar xəstəliklərə qarşı həssas olurlar. İmmun sisteminizi gücləndirmək istəyirsinizsə aşağıdakı məsləhətimizə əməl edin.
Ədviyyatlar:
2 ədəd çəyirdəyi təmizlənmiş armud
1 ədəd soyulmuş kivi
1ədəd çəyirdəkləri təmizlənmiş limon
1 ədəd kök
Hazırlanması:
İlk öncə armud və kökü blenderdən keçirin. Kivi və limonu xırda-xırda doğrayın. Bütün qarışıqları blenderdə əzib qarışdırın. Soyuducuda bir müddət qalıb soyuduqdan sonra süfrəyə təqdim edin. Hər səhər bu qarışığı qəbul etməklə özünüzü xəstəliklərə qarşı qoruya bilərsniniz.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozlarına görə, XXI əsr allergiyanın artması ilə müşayiət olunaraq, onun ən çox yayılmış xəstəliklər arasında ilk yeri tutması ilə nəticələnəcəkdir.
“Allergiya” terminini Avstriyalı həkim Klemens Pirke irəli sürmüşdür. Sonralar allergiyanı törədə bilən antigeni isə «allergen» adlandırmağa başladılar. Allergen rolunu nəinki mikrob və ya yad bir zülal, hətta, sadəcə olaraq orqanizm üçün yad olan istənilən bir molekul da oynaya bilər.
Allergen rolunu müxtəlif qida maddələri (çiyələk, yumurta, şokolad, balıq və s.), kosmetik vasitələr, məişət tozu, çiçəklərin tozcuğu, parfümeriya, kimyəvi boyalar, dərmanlar və digər adi maddələr də oynaya bilər. Əlbətdə ki, sadalan bu maddələr heç də insanların hamısında allergik reaksiyaya səbəb olmurlar.
Əlbəttə ki, qəti şəkildə — “bütün xəstəliklərin səbəbi immunitetin zəif olması ilə əlaqədardır” — demək düzgün deyil.
Xəstəliklərin əksəriyyəti müxtəlif səbəblərin toplanması nəticəsində baş verir, bu səbəblər arasında immunitet olmaya da bilər. Eyni zamanda bir çox müxtəlif xəstəliklər (həmçinin ağır və təhlükəli xəstəliklər) də vardır ki, onlar öz inkişafına məhz immunitetin zəiflənməsi zamanı başlayırlar. Buna görə immun sistemini hər zaman «döyüşə» tam hazır vəziyyətdə saxlamaq çox-çox vacibdir. Bəs, bunun üçün nə etmək lazımdır?
Gəlin, bir anlığa bədənlərindəki əzələ kütləsini aramsız olaraq artırmaqla məşğul olan kulturistlərə nəzər yetirək. Hər bir kulturist yaxşı bilir ki, o öz bədənindəki əzələləri nə qədər çox məşq etdirərsə (əlbəttə ki, müəyyən bir həddə qədər), nəticə də daha yaxşı olacaq: əzələlərin kütləsi daha çox “şişirdilmiş” olacaqdır.
Hər bir kişi bilir ki, qasıq nahiyəsi istənilən zərbələrə qarşı çox zərif hesab olunur. Xayaların güclü əzilmələri, cırılmaları, kəsikləri, bir çox hallarda, xüsusən də travmadan sonra həkimə müraciət etmədikdə sonsuzluğa səbəb ola bilir. Belə hal immunoloji sonsuzluq adlanır. Bəs bu necə baş verir?
İmmun sistemi – xeyli sayda immun hüceyrələri və digər müdafiəçiləri olan yüksək döyüş qabiliyyətli bir «ordudur». Bu döyüşçülərdən ən məşhurları limfositlərdir. Onlar hələ uşaq ana bətnində olarkən xüsusi hazırlıq keçerək “özününkü” olmayanları (bakteriyalar, viruslar, yad hüceyrələr və s.) “özününkülərdən” (hüceyrələr, toxumalar, orqanizmin öz molekulları və s.) ayırmağı öyrənirlər. Ancaq əfsuslar olsun ki, immun sisteminin döyüşçüləri arasında orqanizmin öz hüceyrələrinə hücum edən «satqınlar» da olur. Onlar autoimmun (“auto” – özünükü, şəxsi sözündəndir) və ya autoreaktiv hüceyrələr adlanır.