İmmun sistemi kateqoriyası üzrə məqalələr

Allergik dəri xəstəliklərinin müalicəsi və profilaktikası

Dərinin açıq hissələrini (üz, əllər) qorumaq üçün peşə geyimlərindən başqa, bir sıra mühafizəedici məlhəmlərdən, pasta və yuyucu maddələrdən də istifadə edilir. Bu maddələr iki yerə bölünür:
1) mineral yağlardan, neftdən və neft məhsullarından (lak, qatran və s.) qoruyan;
2) turşulardan, duzlardan, qələvilərdən qoruyan dərmanlar.
Birinci qrup məlhəmlərə «bioloji əlcək», «mikolan», «selikon məlhəmi» və s. aiddir. Bunlar dərinin səthində üzvi maddələri buraxmayan təbəqə əmələ gətirir.
İkinci qrup məlhəmlər zərərli su məhlullarını keçirmir.
Davamı →

Antigenlərin təsnifatı.HLA antigenlər.

Antigenlərin təsnifatı

Antigenlər müəyyən meyarlara görə bir neçə növə bölünür:
A.Yerləşməsinə görə:
1.Hüceyrə AG — ləri (membran, nüvə, sitoplazmatik)2.Humoral AG — ləri (hüceyrə xarici)
3.Stromal AG — ləri (kollagen, elastik və digər liflərin antigenləri)
B.Yadlığa görə:
Autoantigenlər — müəyyən şəraitdə spesifik əkscisimlərin sintezinə səbəb olan orqanizmin özünəməxsus antigenləri.
İzoantigenlər — genetik cəhətdən eyni olan orqanizmlərin antigenləri (bir yumurta əkizlərində).
Singen — bir genetik xəttə aid olan orqanizmlərin antigenləri.Məs., donor və resipient genetik cəhətdən bir nəslə aid olduqda (baba, ata, oğul və nəvə).
Allogen — eyni növün ayrı — ayrı fərdləri üçün səciyyəvi antigenlərdir.Məsş, insanlarda əsas histouyğunlaşma kompleksinin antigenləri — HLA.
Heterogen — müxtəlif növ orqanizmlərə (heyvan, mikroorqanizm növləri) aid ola AG.Bu antigenlər əsasən lipid və polisaxaridlər mənşəli olur.
C.İmmun cavab yaratma mexanizminə görə:
1.Timusdan asılı antigenlər.
Bu antigenlər T-limfositlərin (T-helperlərin) iştirakı ilə immun cavab yaradır, B limfositləri aktivləşdirir, İgM və İgG-nin sintezini stimulyasiya edir.
2.Timusadan asılı olmayan antigenlər.
Bu antigenlər isə T-limfositlərin istirakı olmadan birbaşa B limfositlərini aktivləşdirir və humoral immun cavabın yaranmasına təkan verir.
Davamı →

Antigenlər, quruluşu, növləri və xassələri.

Antigen və onun quruluşu

Orqanizmə daxil olduqda immun sistemi tərəfindən spesifik əkscisimlərin və sensibilizə olunmuş limfositlərin əmələ gəlməsinə səbəb olan və onlarla immun reaksiya yaradan genetik yad maddələr antigen (AG) adlanır.
Antigenin spesifik əkscisimlə birləşən sahəsi epitop və ya antigen determinantı, əkscismin buna uyğun sahəsi isə paratop adlanır.Epitop antigenin əkscisimlə birləşə bilən ən kiçik hissəsidir.Antigenlər bir və ya bir neçə antigen determinatı daşiya bilər.Çoxlu sayda determinata malik molekul multideterminantlar antigen adlanır.Eyni bir molekul üzərində olan determinatlar həm eyni, həm də fərqli ola bilər.Antigen üzərində olan determinantların sayı və xüsusiyyətləri molekulun avidliyini — valentliyini müəyyən edir.
Molekulyar çəkinin artması ilə mütənasib olaraq antigenin valentliyi də artır.Məsələn, kiçik ölçülü disaxarid
AG — in valentliyi mürəkkəb heyvan mənşəli zülalların valentliyindən bir neçə dəfə azdır.Mürəkkəb zülallar, polisaxaridlər, qlikoproteidlər, nuklein turşuları, lipidlər və bəzi süni iri molekullu birləşmələr antigenlik xassəsinə malikdir.
Maddənin antigenlik xassəsi bir neçə faktordan asılıdır.Bu faktorlara aşağıdakılar aiddir:
-maddənin suda həll olmaq qabiliyyəti
-antigenin təbiəti
-molekulyar çəkisi və fəza quruluşu
Antigen orqanizmə müxtəlif yollarla daxil ola bilər: parenteral (dəri altı, əzələ daxili, vena daxili), həzm və tənəffüs yolları vasitəsilə və s.Orqanizmə daxil olduqdan sonra AG müxtəlif immun cavab reaksiyaları yaratmaq qabiliyyətinə mailkdir:
-müxtəlif sinif spesifik əkscisimlər (ƏC) — immunqlobulinlərin əmələ gəlməsi
-ləng tipli allergik reaksiya (LTAR) ilə nəticələnən limfositlərin həssaslaşmış vəziyyəti
-immunoloji tolerantlıq — antigen daxil edildikdə immun cavabın yaranmamasına səbəb olan immun refrakter vəziyyət.
Davamı →

İmmunitetin yaranma nəzəriyyələri

Təbii çiçək xəstəliyinin gedişinin digər xəstəliklərdən fərqini ilk dəfə Razes həkimi müəyyən etmiş və xəstəlikdən sonra daimi immunitet yaranmasını söyləmişdir.Hipokratın davamçısı olan bu alim xəstəlik zamanı orqanizmdə olan keyfiyyət və kəmiyyət dəyişikliklərini 4 əsas şirə — qan, fleqma, sarı və qara öd ilə əlaqələndirirdi.Razesin nəzəriyyəsinə görə təbii çiçək xəstəliyi qanın «qıcqırması» ilə bağlıdır.O hesab edirdi ki, dəridə əmələ gələn yaralar partlayaraq orqanizmi qandakı artıq mayedən azad edir.


«Xaric etmə» nəzəriyyəsinə görə çiçək xəstəliyi zamanı çirkli qan qarışığı qıcqırır və qovuqcuq əmələ gətirib orqanizmdən kənar olunur.Belə təmizlənmədən sonra xəstəlik bir daha insana qayıtmır.

Davamı →
Top