Povestin əsəs mövzuları: neft və beynəlxalq kapitalizm, dünya siyasətində onun rolu və hiylələri, emiqrasiya və qəriblikdə yaşamaq, adlı-sanlı gürcü ailəsindən çıxmış, inqilabi krizis nəticəsində Avropaya düşmüş bir qızın taleyi.
Əsərdən seçilmiş hissələr
Gözlərini yumdu və heç bir inqilabın ondan ala bilməyəcəyi yeganə şey — gəncliyi barədə fikrə daldı.
Pipinsonun açıq ağzından isə sakit donqultu eşidilirdi. Bu onda yüksək təəccüb əlaməti idi.
Deyirlər, sürgün çörəyi acı olur. Düz deyil. Sürgün çörəyi nə acı olur, nə şirin. Sürgün ölkəsində onlar üçün, ümumiyyətlə, çörək olmur.
Gözləyirəm, birdən iki gənc sərgərdan könül rastlaşar, bəlkə, ehtirasla dolu iki cüt göz məndən musiqi istər ki, onların sükutunu pozub, onların əvəzinə danışsın.
Mən hamı ilə yaşıdam.
Bunlar üçün mən vuruşmamışam, bunları bazardan almamışam, deməli, bu hədiyyə ona gərək deyil.
Mən sənin nəfəsini duyuram, o, mənə puç ümidlərdən pıçıldayır.
Mən unuduram, daim unuduram ki, tənha yaşadığım evin bütün qapıları bağlıdır.
«Lissabonda bir gecə» qəhrəman-nağılçı dilindən nəql edilir. Nasistlərdən canını qurtaran qəhrəman sevgilisi Rutla Lissabona gəlib düşür. Burada o, hər yolla Amerikaya viza və ABŞ-a yola düşən paroxoda bilet almağa cəhd göstərir. Və hər dəfəsində uğursuzluğa məhkum olur. 1942-ci ilin gecələrinin birində o sahildə paroxoda biletləri ona havayı verməyə hazır olan yad bir kişi ilə tanış olur. Ancaq həmin kişinin bir şərti var: bu gecəni onunla keçirməli və onun danışdığı hekayətə qulaq asmalıdır. Bu hekayə həmin kişinin həyat dramıdır.