Hikmət dənizi və aforizmlər kateqoriyası üzrə məqalələr

Qalibiyyət haqqında aforizmlər

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? ( Qurani Kərim )

Başqalarına qalib gələn qüvvətlidir, özünə qalib gələn isə əzəmətlidir.  ( Lao Tszi: Çin mütəfəkkiri )

Cəsarət insanı zəfərə, qərarsızlıq təhlükəyə, qorxaqlıq isə ölümə aparır.  ( Yavuz Sultan Səlim: Osmanlı hökmdarı )

Ya qələbə çalmağı, ya da qaliblərlə dostluq etməyi bacarın.  ( Fokion: Qədim Yunan sərkərdəsi )
Davamı →

Tərif haqqında aforizmlər

Tərif əsl fikirlərini gizlədənlərin söylədikləri yalandır.  ( Platon)
Pis əməl sahibi təriflənəndə ərş titrəyər, Allah qəzəblənər.  ( Hz.Əli ə.s. )

Qızıl və brilyantda olduğu kimi, tərifin dəyəri də az olmasındadır.  ( Samuel Conson: İngilis şairi )

Bizi nə qədər tərifləsələr də, özümüz haqqında bizə yeni bir şey öyrətmiş olmazlar.  ( Fransua de Laroşfuko: Fransız yazıçısı )

Davamı →

Səhv haqqında aforizmlər

Bilmədən edilən səhv yanlışlıq, qəsdən edilən səhv isə cinayətdir.  ( Bertold Brext: Alman yazıçısı )

Başqasının səhvinə dözsək də, öz səhvimizə qarşı amansız olmalıyıq.  ( Sabine Tastu: Fransız şairi )

Bəzi adamlar heç vaxt səhvə yol vermirlər, çünki heç nə etmək istəmirlər.  ( İohann Volfanq Höte: ( Alman şairi )

Əgər səhv etməsəydim, çox az iş görə bilərdim.  ( Qabriel Onore Marsel: Fransız filosofu )
Davamı →

Həya haqqında aforizmlər

Həya və iman bir beşikdə iki körpə kimidir.  ( Hz.Muhəmməd (s.ə.v.)

Həya gözəldir, lakin qadınlarda olsa, daha gözəl olar.  ( Hz.Əli ə.s.)

İnsan özü-özündən həya edə bilsəydi, təkcə gizli qalmış yox, hətta hər kəsin içində açıq şəkildə törədilmiş nə qədər cinayət törədilməmiş olardı.  ( Jan Labrüer: Fransız filosofu )
Davamı →

Həzrəti Muhəmməd ( s.ə.v. )

(Ey Rəsulum!) Səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.  ( Qurani Kərim )

Həzrəti Muhəmmədi (s.ə.v.) ilk dəfə görən onu görən kimi heybətindən titrər, onunla bir yerdə olan isə ona aşiq olardı.  ( Hz.Əli )

Həzrəti Muhəmməd (s.ə.v.) bütün zamanların peyğəmbəri idi.  ( Jül Masserman: Amerika psixoloqu )
Davamı →

Steve Cobsun deyimləri

Müştərinizə nə istədiyini soruşub ona görə məhsul çıxara bilməzsiniz, çünki siz onların istədiyini edərkən onlar başqa bir şey istəyəcək. (Steve Jobs)

Həyatımızla əlaqədar seçimlər bizə aiddir, buna görə ən yaxşısı olmaq üçün çalışmalıyıq. (Steve Jobs)


Qəbiristanlıqdakı ən varlı adam olmaq mənim üçün heç nə ifadə etmir. Mənim üçün əhəmiyyətli, gecə yatağıma uzananda «Bu gün mükəmməl iş gördüm»-deyə bilməkdir. (Steve Jobs)
Davamı →

Aforizmlər

Böcək olmağı qəbul edənlər, əziləndə şikayət etməməlidirlər.

Əgər bir yerdə kiçik insanların böyük kölgələri olursa, orada günəş batır deməkdir.

Gerçəyi insanların ölçüləri ilə deyil, insanları gerçəyin ölçüsü ilə tanı.
Davamı →

Təkəbbür haqqında aforizmlər

Yer üzündə təkəbbürlə gəzib dolanma.Çünki sən nə yeri yarada bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən.  ( Qurani Kərim )

Lovğalıq elə güclü zəhərdir ki, insanın qəlbindəki bütün yaxşılıqları yox edir.  ( Plutarx: Qədim Yunan filosofu )
Davamı →

Sevgi haqqında aforizmlər

Məhəbbət keçmişi və gələcəyi tanımayan bir ehtirasdır.  ( Onore de Balzak )

Sevmək başqalarının görə bilmədiyi möcüzəni görməkdir.  ( Jan Morias: Yunan şairi )
Davamı →

"Bismillah" ın siması

1. «Bismillah» ilahi rəng göstəricisi, tovhid cəhətinin nişanıdır. İmam Rza(ə) buyurmuşdur:
-«Bismillah» insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.

2. «Bismillah» tovhid rəmzidir. Bu ad əvəzində başqa adın çəkilməsi küfr rəmzi sayılır. Allah adını başqa adlarla bir tutmaq isə şirk əlamətidir. Nə Allahın adı ilə yanaşı, nə də Onun adının yerinə başqa ad çəkməyək. Allahın təkcə zatı yox, adı da şəriksizdir.
Davamı →
Top