Essen Motor Show sərgisində TechArt şirkəti Porsche 911 Turbo tuning versiyasını təqdim etməyi planlaşdırır. Qeyd edək ki, hətta tuningsız bu avtomobil çox gözəldi.
TechArt avtomobilin kütləsini azaldmaq üçün karbon materiallardan istifadə edib. Bu versiyaya yeni ön və arxa bamperlər, arxa spoiler daxildir. Eləcə də yeni 20 və 21 düymlik disklər quraşdırılmışdı. Yeni sükan isə sürət keçirən yarpaqlıqlarla təchiz olunub.
Avtomobil hələlik alıcılar üçün 3.8 litrlik 520 at güclü bir mühərriklə təklif olunur.
İlk dəfə 1907-ci ildə keçirilən Los Anceles Avtomoli sergisi bu il 106 yaşını qeyd edərel sərgisinə başlayıb. Bu ilki sərgidə 56 yeni avtomobil modeli təqdim edilib, 22 modelin isə dünya premyerası reallaşıb.
Yeni modellər arasında «Porcshe Macan», «Jaguar F-Type Coupe», «BMW 4» yer alıb. Diqqət çəkən maşınlar arasında «Ford SUV» «Edge», «Honda FCEV», «Subaru Impreza WRX», yeni MINI, «Mercedes»in «AMG Vision Gran Tourismo» adlarını qeyd etmək olar.
1.
Alman hetçbeki “BMW 3-Series GT” Yaponiyanın “3D Design” şirkətinin hazırlandığı yeni staylinq-paket alıb. Seriyalı avtomobil ban aksessuarları dəstinin və böyük diametrli təkər disklərinin sayəsində daha təcavüzkar və idmansayağı xarici görünüşlü olub.
Bundan əlavə tünerlər daxil bəzəkdə də fərdiləşdirmə xidmətlərini təklif edirlər. Bunun üçün dəbli dekor elementlərindən istifadə ediləcək. Tüninq-paketin təqdimatı ayın sonunda Tokio motorşousunda keçiriləcək.
“3D Design” dizaynerləri “BMW 3-Series GT”-nin banı üçün qabaq bamperin aşağı dodağını, yan ətəklər, arxa bamperin diffuzorunu və damın sonunda spoyler düzəldiblər.
Qara radiator barmaqlığı, hava çıxıntılarının qara əlavələri və tündləşdirilmiş şüşələr də hetçbekin idman xarakterini vurğulayırlar. Beşmilli təkər diskləri, əyləc sistemini göy supportları, aşağı salınmış asılqan və qaz buraxma sisteminin dörd dairəvi boruları avtomobilin fərdiləşdirilməsində heç də sonuncu rolu ifa etməyiblər.
Los-Anceles avtosalonu açılışı ərəfəsində Jaguar şirkəti «kupe» kuzovunda yığcam sportkar F-Type təqdim etdi. Yeni modelin top versiyası 550 at gücü və 680 Nm fırlanma anı hasil edən mexaniki sıxıcı kompressorlu beş litrlik V8 mühərriklə təchiz edilib. Jaguar F-Type R Coupe 4,2 saniyə ərzində sürətini sıfırdan saatda yüz kilometrə qədər artıra bilir. Onun maksimal surəti saatda 300 kilometr həddində elektron məhdudlaşdırılıb. Kupenin bütün modifikasiyaları arxa ötürməlidir. Mühərrik səkkiz pilləli avtomat ötürücü qutu ilə cütlükdə işləyir.
Nissan tam olaraq Qaşqai 2014 təqdim etdi. Nissan marketoloqlarının şuarlarına əsasən yeni Qaşqai heç də «Müasir tarixin ən mühüm avtomobili Nissan», «sıfırdan yaradılmış» və «yeni standartlar müəyyən edəcək » bir avtomobil deyil.
Yeni Qaşqai 2014 Nissan-ın Renault ilə birgə inkişaf etdirilən CMF platformasında inşa edilmişdir. Yeni avtomobilin çəkisi 40 kq azalıb. Active Menfez Shutter sistemilə təhçiz olunan radiator barmaqlığı 30 km/s sürəti aşdıqdan sora avtomatik olaraq bağlanır. Qaşqai 2014 7 düymlük sensor ekran və yeni Nissan Connect sistemilə təhciz olunub.
Motorlar :
1.2 litrlik DIG -T (116 a.g ) və fırlanma anı 190 Nm
1,6 litr həcmli DIG -T (150 a.g ) və fırlanma anı 240 Nm
1,5 litrlik DCI (110 a.g )
1,6 litr həcmli DCI (131 a.g )
1945-ci ildə müharibədən sonrakı dövrün avtomobil modellərinə baxış zamanı İ.V. Stalin 6 silindrli mühərriki olan QAZ-20-nin yetərincə qənaətcil olmamasından narazılığını bildirmişdi. Zavod bu avtomobilin mühərrikinin 4 silindrli versiyasını da nəzərdə tutmuşdu.
Zavod rəhbərliyi bu versiyanın adının, əvvəlcə, “Rodina”(Vətən) olmasını nəzərdə tutsa da, Stalinin “Rodina” nı neçəyə satacaqsınız?” sualı bu versiyanı dəyişdirmişdir. Bu hadisədən sonra QAZ-ın direktoru İ.K. Loskutov yeni modelə “Pobeda” adının verilməsini Stalindən xahiş etdikdə ondan belə cavab eşitdi: “Bu, çox da böyük qələbə olmasa da, qoy avtomobilin adı “Pobeda” (Qələbə) olsun”.
“QAZ-20”nin salonuna beş nəfər rahat yerləşirdi. Tam təchiz olunmuş halda 1460 kq çəkisi olan “QAZ-20”-nin ən yüksək sürəti 105 km/saat təşkil edirdi; 100 km/saat sürəti 46 saniyəyə yığa bilirdi, yanacaq sərfi isə hər 100 km üçün 11 litrə bərabər idi.